Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Siprinol 500 mq N10 tablet

Məhsul Kodu : 111-05831
İstehsalçı ölkə: Sloveniya
4,48 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

SİPRİNOL, örtüklü tabletlər

Siprinol tərkibi

 Təsiredici maddələr: 250 mq və 500 mq siprofloksasin müvafiq olaraq 291 mq və 582 mq  siprofloksasin hidroxlorid monohidrat şəklində. Köməkçi vasitələr:   mikrokristallik sellüloza, A tipli natrium nişasta qlikolyatı, povidon, natrium  kroskarmelloza, susuz kolloidal silisium dioksid, maqnezium stearat,  hipromelloza, propilenqlikol, talk, titan dioksid.

İstifadəsinə göstərişlər:

 Preparat siprofloksasinə qarşı həssas olan mikroorqanizmlərin səbəb olduğu bir sıra infeksiyaların müalicəsi üçün göstərişlidir. Terapiyaya başlamazdan əvvəl mikroorqanizmlərin siprofloksasinə qarşı rezistentliyi barədə mövcud məlumatlara diqqət yetirmək lazımdır. Antibiotiklərin düzgün istifadə edilməsi üzrə rəsmi rəhbərlikləri nəzərə almaq lazımdır. Böyüklər - Aşağı tənəffüs yollarında qrammənfi bakteriyaların səbəb olduğu infeksiyalar: - xroniki obstruktiv ağciyər xəstəliyinin kəskinləşməsi;  - xroniki obstruktiv ağciyər xəstəliyinin kəskinləşməsi zamanı siprofloksasin yalnız bu infeksiyaların müalicəsi üçün tövsiyə olunan digər antibakterial vasitələrin istifadəsi qeyri- məqsədəuyğun olduqda istifadə edilməlidir; - mukovissidoz və bronxoektatik xəstəlik zamanı bronx-ağciyər xəstəlikləri; - pnevmoniya;  - xroniki irinli orta otit; - xüsusilə qrammənfi bakteriyaların səbəb olduğu xroniki sinusitin kəskinləşməsi; - sidik yolu infeksiyaları; - ağırlaşmamış kəskin sistit; Ağırlaşmamış kəskin sistitdə siprofloksasin yalnız bu infeksiyaların müalicəsi üçün tövsiyə olunan digər antibakterial vasitələrdən istifadənin məqsədəuyğun olmadığı hallarda istifadə edilməlidir. - Kəskin pielonefrit; - sidik yollarının ağırlaşmış infeksiyaları; - bakterial prostatit; - genital traktın infeksiyaları; - həssas Neisseria gonorrhoeae səbəb olduğu qonokoklu uretrit və servisit; - orxoepididimit, o cümlədən həssas Neisseria gonorrhoeae səbəb olduğu xəstəliklər; - kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri, o cümlədən həssas Neisseria gonorrhoeae səbəb olduğu xəstəliklər. - mədə-bağırsaq traktı infeksiyaları (o cümlədən səyyah diareyası); - intraabdominal infeksiyalar; - qrammənfi bakteriyaların səbəb olduğu dəri və yumşaq toxuma infeksiyaları; - bədxassəli xarici otit; - sümük və oynaq infeksiyaları; - Neisseria meningitidis səbəb olduğu invaziv infeksiyaların profilaktikası - İnhalyasion qarayara (postkontakt profilaktika və xəstəliyin müalicəsi). Siprofloksasin bakterial infeksiyaya bağlı olduğu ehtimal edilən qızdırma ilə neytropenik xəstələrin müalicəsində istifadə edilə bilər. Uşaq və yeniyetmələr - Uşaqlarda Pseudomonas aeruginosa səbəb olduğu bronxial ağciyər xəstəlikləri olan kistik fibrozlu xəstələrdə; - ağırlaşmış sidik yolu infeksiyaları və kəskin pielonefrit; - inhalyasion qarayara (postkontakt profilaktika və xəstəliyin müalicəsi). Siprofloksasin uşaq və yeniyetmələrdə ağır infeksiyaların müalicəsində istifadə oluna bilər. Müalicə yalnız uşaq və yeniyetmələrdə fibroz-kistoz və/və ya ağır infeksiyaların müalicəsində təcrübəyə malik mütəxəssis tərəfindən təyin edilə bilər. 

Əks göstərişlər:

  Flüorxinolonlara və ya dərman vasitəsinin köməkçi maddələrinə qarşı yüksək həssaslıq. Siprofloksasin və tizanidinin eyni zamanda qəbulu.

Hamiləlik zamanı və laktasiya dövründə istifadəsi:

 Hamiləlik Siprofloksasinin hamilə qadınlarda istifadəsi üzrə məlumatlar göstərir ki, feto/neonatal toksiklik və ya qüsurların yaranması müşahidə edilməmişdir. Lakin preparatın dölün/yenidoğulmuşun oynaq qığırdağının zədələnməsinə səbəb ola biləcəyi istisna edilmir. Ehtiyat tədbiri qismində siprofloksasin bu kateqoriya xəstələrə təyin edilməməlidir.  Laktasiya Siprofloksasin ana südü ilə xaric olunur. Oynaq qığırdağının mümkün zədələnmə riski səbəbindən preparat laktasiya dövründə istifadə olunmamalıdır.

Siprinol istifadə qaydası, dozası

 Siprofloksasinin dozası xəstəliyin ağırlıq dərəcəsindən, infeksiya növündən, orqanizmin vəziyyətindən, xəstənin böyrək funksiyasından, uşaq və yeniyetmələrdə isə çəkidən də asılıdır. Müalicənin davamiyyət müddəti xəstəliyin ağırlıq dərəcəsindən, kilinik və bakterioloji nəticələrdən asılıdır. Bəzi mikroorqanizmlərin (məs., Pseudomonas aeruginosa, Acinetobacter və ya Staphylococci) səbəb olduğu infeksiyaların müalicəsi üçün siprofloksasinin daha yüksək dozaları, eləcə də digər antibakterial preparatlarla birgə istifadəsi tələb oluna bilər. Bəzi infeksiyaların (məs., çanaq orqanlarının iltihabi xəstəlikləri, intraabdominal infeksiyalar, neytropeniyadan əziyyət çəkən xəstələrdə infeksiyalar və ya sümük və oynaq infeksiyaları) müalicəsi zamanı digər antibakterial dərman vasitələri ilə yanaşı terapiya təyin edilə bilər.

Prepared by  T-Soft E-Commerce.