Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml məhlulun tərkibində 2 mq siprofloksasin hidroxlorid (siprofloksasin hesabı ilə) vardır.
Siprofloksasinin istifadəsi aşağıda sadalanan infeksiyaların müalicəsi üçün göstərişdir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Farmakoloji xüsusiyyətləri” bölmələrinə bax). Müalicəyə başlamazdan əvvəl, siprofloksasinə qarşı rezistentlik barədə bütün əldə olunan məlumatlara xüsusi diqqət yetirmək lazımdır. Antibakterial preparatların müvafiq istifadəsinə dair rəsmi tövsiyələri nəzərə almaq vacibdir. Böyüklər Qrammənfi bakteriyaların törətdikləri aşağı tənəffüs yolları infeksiyaları: - ağciyərlərin xroniki obstruktiv xəstəliyinin kəskinləşməsi*; - kistoz fibroz və ya bronxoektaziyalar zamanı müşahidə olunan bronx-ağciyər infeksiyaları; - xəstəxanadankənar pnevmoniya.
Xroniki irinli orta qulaq otiti. Xüsusilə qrammənfi bakteriyaların törətdikləri, xroniki sinusitin kəskinləşməsi*. Sidik yolları infeksiyaları: - ağırlaşmamış kəskin sistit*; - kəskin pielonefrit; - sidik yollarının ağırlaşmış infeksiyaları; - bakterial prostatit. Cinsiyyət orqanları sisteminin infeksion zədələnmələri: - qonokokk mənşəli uretrit və Neisseria gonorrhoeae mikroorqanizmlərinin həssas ştammlarının törətdikləri servisit; - xüsusilə, Neisseria gonorrhoeae mikroorqanizmlərinin törətdikləri orxoepididimit; - xüsusilə, Neisseria gonorrhoeae mikroorqanizmlərinin həssas ştammlarının törətdikləri çanaq orqanlarının iltihabi xəstəlikləri.
Mədə-bağırsaq traktı infeksiyaları (məsələn, səyahətçilər diareyasının müalicəsi). İntraabdominal infeksiyalar. Qrammənfi bakteriyaların törətdikləri dəri və yumşaq toxumaların infeksiyaları. Sümük və oynaq infeksiyaları.
Qarayara xəstəliyinin ağciyər forması (kontaktdan sonrakı profilaktika və radikal müalicə). Bakterial infeksiya nəticəsində meydana çıxan neytropeniyalı pasiyentlərdə qızdırma. Uşaqlar və yeniyetmələr Kistoz fibrozdan əziyyət çəkən pasiyentlərdə Pseudomonas aeruginosa mikroorqanizmlərinin törətdikləri bronx-ağciyər infeksiyaları. Sidik yollarının ağırlaşmış infeksiyaları və kəskin pielonefrit.
Qarayara xəstəliyinin ağciyər forması (kontaktdan sonrakı profilaktika və radikal müalicə). Həkim zəruri hesab etdiyi hallarda, siprofloksasini uşaqların və yeniyetmələrin ağır dərəcəli infeksiyalarının müalicəsi üçün istifadə etmək olar. Müalicəni yalnız, uşaqlarda və yeniyetmələrdə kistoz fibrozun və/və ya ağır dərəcəli infeksiyaların müalicəsində təcrübəyə malik olan həkim başlaya bilər. * Yalnız həmin infeksiyanın müalicəsi üçün adətən təyin olunan digər antibakterial preparatların qeyri-effektivliyi və ya məqsədəuyğun olmadıqları təsdiq olunduğu hallarda.
Təsiredici maddə olan siprofloksasin hidroxloridə, flüorxinolonlar qrupundan olan digər preparatlara və ya preparatın tərkibinə daxil olan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq qeyd olunduqda, preparatdan istifadə etmək olmaz. Hamiləlik, laktasiya dövrü, epilepsiya, MCC-nin qıcolmalarla müşayiət oluna bilən xəstəlikləri, 15 yaşınadək uşaqlarda istifadəsi. Siprofloksasinin və tizanidinin eyni zamanda istifadəsi əks göstərişdir (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax).
Hamiləlik dövründə istifadəsi əks-göstərişdir. Laktasiya dövrü Siprofloksasin ana südünə nüfuz edir. Yenidoğulmuşlarda oynaq qığırdaqlarına zədələyici təsir riskini nəzərə alaraq, siprofloksasini laktasiya dövründə istifadə etmək olmaz.
Flüorxinolonlar qrupunun nümayəndəsi kimi, siprofloksasin mərkəzi sinir sistemində əlavə reaksiyaların meydana çıxmasına səbəb ola bilər və bunun nəticəsində, pasiyentin nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir göstərə bilər (“Əlavə təsirləri” bölməsinə bax). Bu səbəbdən, pasiyentin nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyəti pozula bilər.
Dozalanma rejimi, infeksiyanın lokalizasiyasından və ağırlıq dərəcəsindən, törədicinin həssaslığından, pasiyentin böyrək funksiyalarından asılı olaraq, uşaqlar və yeniyetmələr üçün isə bədən kütləsinə müvafiq, fərdi qaydada müəyyən olunur. Müalicənin davametmə müddəti xəstəliyin ağırlıq dərəcəsindən, klinik və bakterioloji mənzərədən asılıdır. Bəzi bakteriyaların (məsələn, Pseudomonas aeruginosa, Acinetobacter və ya Staphylococci mikroorqanizmlərinin) törətdikləri infeksiyaların müalicəsi aparıldıqda, siprofloksasinin daha yüksək dozalarının istifadəsi və digər müvafiq antibakterial preparatların birlikdə istifadəsi tələb oluna bilər. Bəzi infeksiyaların (məsələn, çanaq orqanlarının iltihabi xəstəlikləri, intraabdominal infeksiyalar, neytropeniyalı pasiyentlərdə müşahidə olunan infeksiyalar və sümük və oynaq infeksiyaları) müalicəsi aparıldıqda, törədicidən asılı olaraq, digər uyğun antibakterial preparatların birlikdə istifadəsi tələb oluna bilər.
Böyüklər Göstərişlər Sutkalıq doza, mq Müalicənin ümumi davametmə müddəti (ən qısa müddət ərzində pasiyentin peroral müalicəyə keçirilməsini nəzərə alaraq) Aşağı tənəffüs yolları infeksiyaları Sutkada 2 dəfə 400 mqdan, sutkada 3 dəfə 400 mq-a qədər 7 gündən 14 günə qədər Yuxarı tənəffüs yolları infeksiyaları Xroniki sinusitin kəskinləşməsi Sutkada 2 dəfə 400 mqdan, sutkada 3 dəfə 400 mq-a qədər 7 gündən 14 günə qədər Xroniki irinli orta qulaq otiti Sutkada 2 dəfə 400 mqdan, sutkada 3 dəfə 400 mq-a qədər 7 gündən 14 günə qədər Sidik yolları infeksiyaları Ağırlaşmış və ağırlaşmamış kəskin piyelonefrit Sutkada 2 dəfə 400 mqdan, sutkada 3 dəfə 400 mq-a qədər 7 gündən 21 günə qədər; xüsusi hallarda (məsələn, absses zamanı) müalicəni 21 gündən artıq davam etdirmək olar Bakterial prostatit Sutkada 2 dəfə 400 mqdan, sutkada 3 dəfə 400 mq-a qədər 2 həftədən 4 həftəyə qədər (kəskinləşmə) Cinsiyyət yolları infeksiyaları Orxoepididimit və çanaq orqanlarının iltihabi xəstəlikləri Sutkada 2 dəfə 400 mqdan, sutkada 3 dəfə 400 mq-a qədər Minimum 14 gün Mədə-bağırsaq traktı infeksiyaları və intraabdominal infeksiyalar 1-ci tip Shigella dysenteriae və “səyahətçilər diareyasının” ağır formasının empirik müalicəsi istisna olmaqla, Shigella spp. mikroorqanizmlərinin ştammları daxil olmaqla, bakterial patogenlərin törətdikləri diareya Sutkada 2 dəfə 400 mq 1 gün 1-ci tip Shigella dysenteriae mikroorqanizmlərinin törətdikləri diareya Sutkada 2 dəfə 400 mq 5 gün Vibrio cholerae mikroorqanizmlərinin törətdikləri diareya Sutkada 2 dəfə 400 mq 3 gün Qarın yatalağı Sutkada 2 dəfə 400 mq 7 gün Qrammənfi bakteriyaların törətdikləri intraabdominal infeksiyalar Sutkada 2 dəfə 400 mqdan, sutkada 3 dəfə 400 mq-a qədər 5 gündən 14 günə qədər Dəri və yumşaq toxumaların infeksiyaları Sutkada 2 dəfə 400 mqdan, sutkada 3 dəfə 400 mq-a qədər 7 gündən 14 günə qədər Sümük və oynaq infeksiyaları Sutkada 2 dəfə 400 mqdan, sutkada 3 dəfə 400 mq-a qədər Maksimum 3 ay Bakterial infeksiya nəticəsində meydana çıxan neytropeniyalı pasiyentlərdə qızdırma. Siprofloksasin, rəsmi tövsiyələrə müvafiq, digər uyğun antibakterial preparatlarla birlikdə yeridilir. Sutkada 2 dəfə 400 mqdan, sutkada 3 dəfə 400 mq-a qədər Müalicə, neytropeniya müşahidə olunan dövrün sonuna qədər aparılır.
Qarayaranın ağciyər forması (kontaktdan sonrakı profilaktika və radikal müalicə). Ehtimal edilən və ya təsdiq olunan kontaktdan sonra, preparatın istifadəsini mümkün qədər tez başlamaq lazımdır Sutkada 2 dəfə 400 mq Bacillus anthracis mikroorqanizmlərinin daşıyıcısı ilə kontakt təsdiq olunduqdan sonra, 60 gün müddətində Uşaqlar Göstərişlər Sutkalıq doza, mq Müalicənin ümumi davametmə müddəti (ən qısa müddət ərzində pasiyentin peroral müalicəyə keçirilməsini nəzərə alaraq) Kistoz fibroz Sutkada 3 dəfə 10 mq/kq bədən kütləsi, bir dozaya maksimum 400 mq 10 gündən 14 günə qədər Sidik yollarının ağırlaşmış infeksiyaları və kəskin piyelonefrit Sutkada 3 dəfə 6 mq/kq bədən kütləsindən, sutkada 3 dəfə 10 mq/kq bədən kütləsinə qədər, bir dozaya maksimum 400 mq 10 gündən 14 günə qədər Qarayaranın ağciyər forması (kontaktdan sonrakı profilaktika və radikal müalicə). Ehtimal edilən və ya təsdiq olunan kontaktdan sonra, preparatın istifadəsini mümkün qədər tez başlamaq lazımdır Sutkada 2 dəfə 10 mq/kq bədən kütləsindən, sutkada 2 dəfə 15 mq/kq bədən kütləsinə qədər, bir dozaya maksimum 400 mq Bacillus anthracis mikroorqanizmlərinin daşıyıcısı ilə kontakt təsdiq olunduqdan sonra, 60 gün müddətində Digər ağır dərəcəli infeksiyalar Sutkada üç dəfə 10 mq/kq bədən kütləsi, bir dozaya maksimum 400 mq İnfeksiyanın növünə müvafiq Yaşlı pasiyentlərdə preparatın dozalanması Yaşlı pasiyentlərə siprofloksasini, xəstəliyin ağırlıq dərəcəsindən və kreatinin klirensindən asılı olaraq, daha aşağı dozalarda təyin etmək lazımdır. Böyrək və ya qaraciyər funksiyalarının pozulması müşahidə olunan böyüklərdə dozalanma rejimi.
Böyrək funksiyalarının pozulması Kreatinin klirensi (ml/dəqiqədə/1,73 m²) Zərdab kreatinini (µmol/l) Venadaxili doza (mq) > 60 < 124 Adi dozalanmaya bax 30-60 124-dən 168-ə qədər Hər 12 saatdan bir 200-400 mq < 30 > 169 Hər 24 saatdan bir 200-400 mq Hemodializ proseduraları qəbul edən pasiyentlər > 169 Hər 24 saatdan bir 200-400 mq (dializdən sonra) Peritoneal dializ proseduraları qəbul edən pasiyentlər > 169 Hər 24 saatdan bir 200-400 mq Qaraciyər funksiyalarının pozulması Dozanın korreksiyası tələb olunmur. Böyrək və ya qaraciyər funksiyalarının pozulmasından əziyyət çəkən uşaqlarda preparatın dozalanma rejimi öyrənilməyib. Siprofloksasin orqanizmə venadaxili infuziya şəklində yeridilir. Uşaqlar üçün infuziyanın davametmə müddəti 60 dəqiqə təşkil edir.
Yetkin yaşlı pasiyentlərdə infuziyanın davametmə müddəti, tərkibində 400 mq siprofloksasin olan “Siprofloksasin, infuziya üçün məhlul” preparatı üçün 60 dəqiqə və tərkibində 200 mq siprofloksasin olan “Siprofloksasin, infuziya üçün məhlul” preparatı üçün 30 dəqiqə təşkil edir. İri vena daxilinə infuziyanın tədricən yeridilməsi, pasiyentdə diskomfort hissini minimumlaşdırmaq və venoz qıcıqlanma riskini aşağı salmaq imkanı verir. İnfuziya üçün məhlulu orqanizmə həm sərbəst şəkildə, həm də digər uyğun olan infuziya üçün məhlullarla qarışdırdıqdan sonra yeritmək olar. İstifadə etməzdən əvvəl içərisində dərman preparatı olan flakonu çalxalamaq lazımdır.
Digər məhlullarla uyğunluğu Siprofloksasinin infuziya üçün məhlulunun aşağıda göstərilən məhlullarla birlikdə istifadəsi uyğundur: Ringer məhlulu, 0,9%-li natrium xlorid məhlulu, 5%-li və 10%-li qlükoza məhlulu, 10%-li fruktoza məhlulu, 5%-li qlükoza məhlulu 0,225%-li Na Cl və ya 0,45%-li Na Cl məhlulları ilə birlikdə. Siprofloksasinin infuziya üçün məhlulunun digər infuziya üçün məhlullarla uyğun olması təsdiq olunmadığı halda, preparatı orqanizmə sərbəst yeritmək lazımdır. Uyuşmazlığın zahiri əlamətlərinə çöküntünün əmələ gəlməsi, məhlulun bulanıqlığı və ya rənginin dəyişməsi aiddir. Uşaqlar Uşaqlarda siprofloksasini, “İstifadəsinə göstərişlər” bölməsində göstərilənlər istisna olmaqla, digər infeksion xəstəliklərin müalicəsi üçün istifadə etmək tövsiyə olunmur.