Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 250 mq və ya 500 mq siprofloksasin vardır.
Siprofloksasin aşağıda göstərilən infeksiyaların müalicəsi üçün göstərişdir («Xüsusi göstərişlər» və «Farmakoloji xüsusiyyətləri» bölməsinə bax.). Müalicəyə başlamazdan əvvəl siprofloksasin müqaviməti ilə bağlı bütün mövcud məlumatlara xüsusi diqqət yetirilməlidir. Antibakterial dərmanların düzgün istifadəsi üçün xüsusi tövsiyələr nəzərə alınmalıdır. Böyüklər •Aşağı tənəffüs yollarında qrammənfi bakteriyalar tərəfindən yaranan infeksiyalar: - xroniki obstruktiv ağciyər xəstəliyinin kəskinləşməsi; - kistoz fibroz və ya bronxektaz zamanı bronxağciyər infeksiyaları; - pnevmoniya.
• Orta qulaq infeksiyaları (orta qulaqda xroniki irinli otit, xarici qulaqda ağır otit). • Xroniki sinusitin kəskinləşməsi, əsasən də əgər o, qrammənfi bakterialar tərəfindən yaranıbsa. • Sidik traktında infeksiyalar. • Qonokokk uretrit və servisit.
• adətən Neisseria gonorrhoeae tərəfindən törədilən orxoepididimit. • kiçik çanaq orqanlarının əsasən Neisseria gonorrhoeae tərəfindən törədilən iltihabi xəstəlikləri. Cinsi yolların yuxarıda göstərilən infeksiyaları zamanı törədici kimi Neisseria gonorrhoeae-nin səbəb olması məlum olarsa və ya ona şübhə olarsa, siprofloksasinə rezistentlik haqqında yerli məlumatları əldə etmək və laborator analizlər əsasında həssaslığı təsdiq etmək xüsusilə vacibdir. • mədə-bağırsaq traktının infeksiyaları (məsələn səyahətçilərin diareyası).
• İntraabdominal infeksiyalar. • Qrammənfi bakteriyaların törətdiyi dəri və yumşaq toxumaların infeksiyası • Sümük və əzələ infeksiyaları. • Neytropeniyası olan xəstələrdə infeksiyaların müalicəsi. • Neytropeniyası olan xəstələrdə infeksiyaların profilaktikası.
• Neisseria meningitidis tərəfindən törədilən invaziv infeksiyaların profilaktikası. • Sibir yarasının ağ ciyər forması (kontaktdan sonra profilaktika və radikal müalicə). Uşaqlar və yeniyetmələr • Göy irin çöplərinin (Pseudomonas aeruginosa) törətdiyi mukovissidoz zamanı bronxağciyər infeksiyaları. (Klinik tədqiqatlarda müalicə alan uşaqların yaşı 5-17 arası olmuşdur).
• Sidik traktının kəskinləşmiş infeksiyaları və pielonefrit (klinik tədqiqatlarda müalicə alan uşaqların yaşı 1-17 arası olmuşdur). • Sibir yarasının ağ ciyər forması (kontaktdan sonra profilaktika və radikal müalicə). Siprofloksasindən həmçinin uşaqlar və yeniyetmələrdə, əgər həkim vacib bilirsə ağır infeksiyaların müalicəsi üçün istifadə etmək olar. Uşaqlarda və yniyetmələrdə müalicəni yalnız kistozfibroz və/və ya ağır infeksiyaların müalicəsində təcrübəsi olan həkim başlamalıdır (“Xüsusi göstərişlər və “Farmakoloji xüsusiyyətlər” bölməsinə bax).
Siprofloksasinə və ya digər xinolon qrupu kimyaterapevtik vasitələrə və preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq; qan plazmasında tizanidinin konsentrasiyasının yüksəlməsi ilə bağlı klinik əhəmiyyətli əlavə təsirlərə (arterial hipotenziya, yuxuyameyllik) görə tizanidinlə birlikdə istifadə; qlükozo-6-fosfatdehidrogenaza çatışmazlığı.
Siprofloksasin, bu kateqoriyalı pasiyentlərdə istifadə təcrübəsi olmadığını nəzərə alaraq, hamilə və ana südü ilə qidalandıran qadınlar tərəfindən istifadə edilməməlidir. Heyvanlar üzərində aparılan sınaqlardan alınan nəticələri nəzərə alaraq, yenidoğulmuşlarda oynaq qığırdaqlarının zədələnmə imkanını tam istisna etmək olmaz, baxmayaraq ki, teratogen təsir imkanı (malformasiya) təsdiq edilməmişdir. Döşlə qidalandırma dövrü Siprofloksasin ana südünə nüfuz edir. Yenidoğulmuşlarda əzələ qığırdaqlara potensial zərər vurma riski olduğundan, ana südü ilə qidalandırma dövründə siprofloksasindən istifadə etmək olmaz.
Hətta dərman vasitəsi həkimin ciddi göstərişlərinə əsasən qəbul edilirsə, sürücülük və ya digər mexanizmlərə müdaxilə edə biləcək reaksiya sürətinə təsir göstərə bilər. Bu əsasən preparatın alkoqolla paralel istifadəsi zamanı xarakterikdi.
Doza, infeksiyanın göstəricisinə, ağırlığına və yerinə, orqanizmin (lərin) patogenin (lərin) siprofloksasinə, xəstənin böyrək funksiyasına, uşaqlarda və yeniyetmələrdə bədən çəkisinə uyğun olaraq təyin olunmalıdır. Müalicə müddəti xəstəliyin ağırlığından, klinik mənzərənin xüsusiyyətlərindən və törədicinin növündən asılıdır. Müəyyən bakteriyaların (məsələn, Pseudomonas aeruginosa, Acinetobacter və ya Staphylococci) yaratdığı infeksiyaların müalicəsi, siprofloksasinin daha yüksək dozaları və digər zəruri antibakterial dərmanların eyni vaxtda qəbul edilməsini tələb edə bilər. Müəyyən infeksiyaların müalicəsi (məsələn, kiçik çanaq orqanlarının iltihab xəstəlikləri, intraabdominal infeksiyalar, neytropeniya, sümük və oynaq infeksiyası olan xəstələrdə infeksiyalar) müəyyən edilmiş patogenlərin növündən asılı olaraq digər zəruri antibakterial preparatların eyni vaxtda qəbul edilməsini tələb edə bilər.
Böyüklər Göstərişlər Gündəlik doza, mq Müalicənin ümumi davametmə müddəti (siprofloksasinin başlanğıc parenteral istifadəsi daxil ola bilər) Aşağı tənəffüs yollarının infeksiyaları Gündə 2 dəfə 500 mq – dan gündə 2 dəfə 750 mq-a qədər 7-14 gün Yuxarı tənəffüs yollarının infeksiyaları xroniki sinusitin kəskinləşməsi Gündə 2 dəfə 500 mqdan gündə 2 dəfə 750 mq-a qədər 7-14 gün Orta qulağın xronik irinli otiti Gündə 2 dəfə 500 mqdan gündə 2 dəfə 750 mq-a qədər 7-14 gün Xarici qulağın ağır gedişli otiti Gündə 2 dəfə 750 mq 28 gündən 3 aya qədər Sidik traktının infeksiyaları Fəsadlaşmamış sistet Gündə 2 dəfə 250 mqdan gündə 2 dəfə 500 mq-a qədər 3 gün Menopauza dövründə olan qadınlarda 500 mq birdəfəlik doza istifadə etmək olar Fəsadlaşmış sistit, fəsadlaşmamış pielonefrit Gündə 2 dəfə 500 mq 7 gün Fəsadlaşmış pielonefrit Gündə 2 dəfə 500 mqdan gündə 2 dəfə 750 mq-a qədər 10 gündən az olmayaraq, bəzi xüsusi klinik vəziyyətlərdə (abses kimi) müalicə 21 günə qədər uzadıla bilər Prostatit Gündə 2 dəfə 500 mqdan gündə 2 dəfə 750 mq-a qədər 2-4 həftə (kəskin) və 4-6 həftə (xronik) Cinsiyyət orqanlarının infeksiyaları Qonokokk uretriti və servisiti 500 mq birdəfəlik doza 1 gün (birdəfəlik doza) Orxoepididimit və kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri Gündə 2 dəfə 500 mqdan gündə 2 dəfə 750 mq-a qədər 14 gündən az olmayaraq Mədə-bağırsaq traktının infeksiyaları və intraabdominal infeksiyalar Bakterial patogenlər, xüsusilə, Shigella dysenteriae-dən başqa Shigella spp. I tip tərəfindən törədilən diareya və ağır səyahətçi diareyası zamanı empiric müalicə kimi Gündə 2 dəfə 500 mq 1 gün Shigella dysenteriae I tip tərəfindən törədilən diareya Gündə 2 dəfə 500 mq 5 gün Vibrio cholerae tərəfindən törədilən diareya Gündə 2 dəfə 500 mq 3 gün İifoid qızdırma Gündə 2 dəfə 500 mq 7 gün Qrammənfi bakteriyalar tərəfindən törədilən intraabdominal infeksiyalar Gündə 2 dəfə 500 mqdan gündə 2 dəfə 750 mq-a qədər 5-14 gün Dərinin və yumşaq toxumaların infeksiyaları Gündə 2 dəfə 500 mqdan gündə 2 dəfə 750 mq-a qədər 7-14 gün Sümük və oynaq infeksiyaları Gündə 2 dəfə 500 mqdan gündə 2 dəfə 750 mq-a qədər Maksimum 3 ay Neytropeniyalı pasiyentlərdə infeksiyaların müalicəsi və profilaktikası. Rəsmi tövsiyələrə müvafiq olaraq siprofloksasin müvafiq antibakterial preparatlarla birlikdə istifadə edilməlidir. Gündə 2 dəfə 500 mqdan gündə 2 dəfə 750 mq-a qədər Müalicə neytropeniyanın davam etdiyi müddət ərzində davam etdirilməlidir Neisseria meningitidis tərəfindən törədilən invaziv infeksiyaların profilaktikası 500 mq birdəfəlik doza 1 gün (birdəfəlik doza) Təmasdan sonra profilaktika Əgər klinik zərurət olarsa peroral yolla müalicə ala bilən şəxslərdə sibir yarasının ağciyər formasının radikal müalicəsi.
Preparatın istifadəsinə təmasdan və ya təmasa şübhə yarandıqdan mümkün qədər tez başlamaq lazımdır Gündə 2 dəfə 500 mq Anthracis Bacillus ilə təmasın təsdiqlənməsindən sonra 60 gün müddətində Uşaqlar və yeniyetmələr Kistoz fibroz 750 mq maksimal doza zamanı 20 mq/kq b.k. 10-14 gün Sidik yollarının fəsadlaşmış infeksiyaları və pielonefrit 750 mq maksimal doza zamanı gündə 2 dəfə 10 mq/kq b.k.- dən gündə 2 dəfə 20 mq/kq b.k.-ə qədər. 10 -21 gün Təmasdan sonra profilaktika Əgər klinik zərurət olarsa peroral yolla müalicə ala bilən şəxslərdə sibir yarasının ağciyər formasının radikal müalicəsi. Preparatın istifadəsinə təmasdan və ya təmasa şübhə yarandıqdan mümkün qədər tez başlamaq lazımdır Gündə 2 dəfə 10-15 mq/kq b.k., maksimal birdəfəlik doza 500 mq Anthracis Bacillus ilə təmasın təsdiqlənməsindən sonra 60 gün müddətində Digər ağır infeksiyalar Gündə 2 dəfə 20 mq/kq bədən kütləsi, bir dozada maksimum 750 mq istifadə zamanı İnfeksiya növünə müvafiq olaraq Yaşlı pasiyentlər Yaşlı xəstələr, infeksiyanın ağırlığına və xəstənin kreatinin klirensinə uyğun olaraq seçilmiş bir doza almalıdırlar.
Böyrək və qaraciyər çatışmazlığı Böyrək funksiyasının pozğunluğu olan pasiyentlər üçün tövsiyə olunan başlanğıc və dəstəkləyici dozalar: Kreatinin klirensi Qan zərdabının Oral doza [mq] [ml/dəq/1,73 m2] kreatini [mkmol/l] > 60 < 124 Bax adi doza 30-60 124-168 250-500mq hər 12 saatdan bir < 30 >169 250-500mq hər 24 saatdan bir Hemodializdə olan pasiyentlər >169 250-500mq hər 24 saatdan bir (dializdən sonra) Peritoneal dializdə olan pasiyentlər >169 250-500mq hər 24 saatdan bir Qaraciyər çatışmazlığı olan pasiyentlərdə siprofloksasinin dozasının dəyişməsinə ehtiyac yoxdur. Böyrək və/və ya qaraciyər funksiyası pozulmuş uşaqlar üçün siprofloksasinin dozlanmasına dair tədqiqat aparılmamışdır. İstifadə qaydası Tabletlər şeynənmədən maye ilə udmaq lazımdır. Preparat qida qəbulundan asılı olmayaraq qəbul edilir.
Acqarına qəbul edildikdə təsiredici maddə tez sorulur. Siprofloksasin tabletini süd məhsulları (məsələn, südlə, yoqurtla) və ya minerallarla əlavə edilmiş meyvə şirəsi (məsələn, kalsiumla zəngin olan portağal şirəsi) ilə istifadə etmək olmaz (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bğlməsinə bax). Ağır hallarda və ya əgər pasiyent tablet qəbul edə bilmirsə (adətən, enteral qidalanma zamanı), peroral qəbul etmək imkanı olmayana qədər siprofloksasinin venadaxili yolla müalicəsinə başlamaq lazımdır. Uşaqlar Siprofloksasin uşaqlarda sidik yollarının Escherichia coli tərəfindən törədilmiş fəsadlaşmış infeksiyasının və pielonefritin, həmçinin mukovissidozlu uşaqlarda Pseudomonas aeruginosa tərəfindən törədilmiş ağciyər fəsadlarının müqlicəsi üçün ikinci və üçüncü xəttə preparatı kimi istifadə edilə bilər.
Siprofloksasinlə müalicə yalnız fayda-risk nisbətinin ciddi qiymətləndirilməsindən sonra təyin edilə bilər (oynaqlarda və/və ya onlara yaxın orqanlarda əlavə təsirlərin meydana çıxmasına görə) Digər göstərişlərə görə uşaqlarda siprofloksasinin istifadə təcrübəsi məhduddur.