Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Sitramon N6 tb

Məhsul Kodu : 111-06247
İstehsalçı ölkə: Rusiya
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

SİTRAMON-BORİMED, tabletlər

Sitramon -Borimed tərkibi 

Təsiredici maddə: 1 tabletin tərkibində 220 mq asetilsalisil turşusu, 200 mq parasetamol, 27 mq    kofein vardır. Köməkçi maddələr: kakao tozu, limon turşusu monohidrat, kartof nişastası, talk, stearin turşusu.

İstifadəsinə göstərişlər :

Sitramon-Borimed preparatı kəskin başağrısı tutmalarının müalicəsi üçün istifadə olunur.

Əks göstərişlər :

Aşağıdakı hallarda Sitramon-Borimed preparatını istifadə etmək olmaz: - asetilsalisil turşusuna (aspirin), parasetamola, kofeinə və ya “Tərkibi” bölməsində göstərilmiş Sitramon-Borimed preparatının hər hansı digər inqrediyentlərinə qarşı allergiya (hiperhəssaslıq) olduqda.  Allergik reaksiya simptomlarına astmanı, ağciyər obstruksiyası sindromunu və ya tənəffüsün çətinləşməsini; dəri üzərində səpgiləri və övrəni; üz nahiyəsinin və dilin ödemini; zökəmi aid etmək olar. Əlavə suallar meydana çıxdıqda, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır; - hal-hazırda və ya əvvəllər ağrı simptomlarının, iltihabın və ya qızdırmanın aradan qaldırılması üçün istifadə olunan dərman preparatlarına, məsələn, diklofenaka və ya ibuprofenə qarşı allergik reaksiya müşahidə olunduqda; - mədə və ya bağırsaq xorası və ya anamnezdə peptik xora olduqda; - nəcisdə qanın meydana çıxması və ya nəcisin qara rəngə boyanması (mədə-bağırsaq qanaxmasının və ya perforasiyanın simptomları); - hemofiliyadan və ya digər qan xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə; - ürəkdə, qaraciyərdə və ya böyrəklərdə ciddi problemlər olduqda; - həftədə 15 mq-dan artıq dozada metotreksatın istifadəsi tələb olunduqda (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax); - hamiləlik dövrünün son 3 ayı (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax); - 18 yaşa qədər uşaqlarda.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

Qadın hamilə olması, hamiləliyini ehtimal etməsi və ya hamiləliyinin planlaşdırılması barədə həkimi məlumatlandırmalıdır və Sitramon-Borimed preparatını qəbul etməməlidir. Hamiləlik dövrünün son 3 ayı ərzində Sitramon-Borimed preparatından istifadə etməmək xüsusilə vacibdir, çünki preparat gələcəkdə dünyaya gələcək körpəyə zərər yetirə bilər və ya doğuşun gedişində problemlərin meydana çıxmasına səbəb ola bilər. Körpə üçün zərərli olduğunu nəzərə alaraq, laktasiya dövründə Sitramon-Borimed preparatını istifadə etmək olmaz. Hər hansı dərman preparatlarını qəbul etməzdən əvvəl həkimlə, provizorla və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Sitramon-Borimed preparatı qadınlarda reproduktiv funksiyanın pisləşməsinə səbəb ola bilən dərman preparatları qrupuna (qeyri-steroid iltihabəleyhinə preparatlar) aiddir. Dərman preparatının istifadəsi dayandırıldıqdan sonra bu effekt geri dönəndir

Sitramon -Borimed istifadə qaydası, dozası

 Sitramon-Borimed preparatını hər zaman, bu içlik-vərəqədə göstərildiyi kimi və ya həkim təyin etdiyi kimi dəqiq qəbul etmək lazımdır. Dərman preparatının qəbulu ilə əlaqəli hər hansı suallar və ya şübhələr meydana çıxdıqda, həkimlə məsləhətləşmək lazımdır. Böyüklər (18 yaş və daha yuxarı) Baş ağrılarının müalicəsi Başağrısı zamanı 1 tablet preparatı bir dolu stəkan su ilə birlikdə qəbul etmək lazımdır. Zərurət yarandıqda, 4-6 saatdan sonra daha 1 tablet qəbul etmək olar. Şiddətli baş ağrısı zamanı, 2 tablet preparatı bir dolu stəkan su ilə birlikdə qəbul etmək lazımdır. Zərurət yarandıqda, 4-6 saatdan sonra daha 2 tablet qəbul etmək olar. Baş ağrısının müalicəsi üçün Sitramon-Borimed preparatını həkim məsləhəti olmadan, 4 gündən artıq qəbul etmək olmaz. Uşaqlar və yeniyetmələr Sitramon-Borimed preparatını 18 yaşa qədər uşaqlara və yeniyetmələrə təyin etmək olmaz (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə dozalanmaya dair xüsusi tövsiyələr yoxdur. Bədən kütləsi aşağı olduqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Böyrək və ya qaraciyər xəstəliklərindən əziyyət çəkən pasiyentlər Mövcud böyrək və ya qaraciyər xəstəlikləri barədə həkimi məlumatlarndırmaq lazımdır. Həkim dozalanma intervalını və ya müalicənin davametmə müddətini tənzimləyə bilər. Ağır dərəcəli qaraciyər və ya böyrək xəstəliklərindən əziyyət çəkən pasiyentlərə Sitramon-Borimed preparatını təyin etmək olmaz. Sitramon-Borimed preparatının qida və içkilərlə birlikdə istifadəsi Alkoqol Dərman preparatından istifadə etdikdə, alkoqollu içkilərin istifadəsindən çəkinmək lazımdır, çünki parasetamolun, asetilsalisil turşusunun və alkoqollu içkilərin eyni zamanda istifadəsi hepatotoksik effektlərin və mədə-bağırsaq qanaxmasının inkişaf etmə riskini yüksəldir. Kofein Kofeinin artıq miqdarı əsəbiliyə, qıcıqlanmaya, yuxusuzluğa, bəzən isə ürək döyüntülərinin tezləşməsinə səbəb ola bilər; bu səbəbdən, preparatın tərkibində kofeinin olmasını nəzərə alaraq, dərman preparatının istifadə müddəti ərzində, kofein tərkibli dərman preparatlarının, ərzaqların və ya içkilərin istifadəsini məhdudlaşdırmaq lazımdır. Sitramon-Borimed preparatının qəbulunun ötürülməsi Sitramon-Borimed preparatının qəbulu ötürüldükdə, tələb olunan dozanı mümkün qədər tez qəbul etmək lazımdır, lakin, ötürülən dozanı bərpa etmək məqsədi ilə, preparatı ikiqat dozada qəbul etmək olmaz. 24 saat müddətində 6 tabletdən artıq qəbul etmək olmaz. Bu dərman preparatının istifadəsi barədə əlavə suallar meydana çıxdıqda, həkimə, provizora və ya əczaçıya müraciət etmək lazımdır.

Prepared by  T-Soft E-Commerce.