Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

SPAZMALGON 5ML N10 AMP

Məhsul Kodu : 111-05765
İstehsalçı ölkə: Bolqaristan
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

SPAZMALQON, 500 mq/2 mq/0,02 mq/ml inyeksiya üçün məhlul

SPAZMALQON tərkibi

Təsiredici maddələr: 2 ml inyeksiya üçün məhlulun tərkibində 1 000 mq natrium metamizol, 4 mq pitofenon hidroxlorid, 0,04 mq fenpiverin bromid vardır. 5 ml inyeksiya ücün məhlulun tərkibində 2 500 mq natrium metamizol, 10 mq pitofenon hidroxlorid, 0,1 mq fenpiverin bromid vardır.

İstifadəsinə göstərişlər

Spazmalqon həzm traktının saya əzələlərinin, öd yollarının, böyrək və sidik axarların ın, böyrəkdaşı xəstəliyinin spazmları zamanı kəskin, orta və gücl ü ağrıların aradan qaldırılması üçün və ağrılı aybaşı (dismenoreya) vaxtı istifadə edilir.

Əks göstərişlər

− Spazmalqonun təsiredici maddələrinə qarşı allergiya (hiperhəssaslıq); − pirazolon törəmələrinə və ya qeyri-steroid iltihabəleyhinə dərman vasitələrin ə qarşı allergiya (hiperhəssaslıq); − qaraciyər və/və ya böyrəklərin ağır xəstəliyi; − bağırsaq keçməzliyi və meqakolon (yoğun bağırsağın genişlənməsi); − eritrositlərin funksiyasının pozulması ilə bağlı qaraciyər porfi riyası irsi xəstəliyi və ya qlükozo - 6-fosfat-dehidrogenaza fermentinin çatışmazlığı; − sümük iliyinin (sitostatik terapiyadan sonra) funksiyasının pozulması və ya qanın aplastik anemiya, aqranulositoz və ya leykopeniya kimi xəstəlikləri; − prostat vəzinin adenoması; − öd və sidik kisəsinin atoniyası; − hipotoniya (aşağı qan təzyiqi) və ya qeyri-stabil qan dövranı; − hamiləlik və laktasiya dövrü. Bu dərman preparatı 15 yaşından kiçik uşaqlara təyin edilmir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Kifayət qədər təcrübə olmadığından, hamiləliyin ilk üç ayında Spazmalqon qəbul etməyin. Hamiləliyin ikinci trimestrində Spazmalqon ancaq həkim va ya əczaçı ilə məsləhətdən sonra və ancaq metamizol istifadəsinin faydaları və risklərini diqqətlə götür -qoy edəndən sonra qəbul etmək olar. Hamiləliyin sonuncu 3 ayı ərzində Spazmalqon istifadəsi tövsiyə olunmur, cünki ana və usaq ücün fəsadların artmasının yüksək riski mövcüddur (qanaxma, doğulmayan uşağda vaxtındanəvvəl B otal kanalı deyilən, mühüm damarın bağlanılması, hansı ki, ancaq uşaq doğulandan sonra təbii yolla bağlanır). Laktasiya dövründə Metamizolun metabolitləri əhəmiyyətli miqdarda ana südünə kecir və ana südü ilə qidalanan usaq ücün bu riski inkar etmək olmaz, bununla bağlı laktasiya dövründə metamizolun təkrar istifadəsindən imtina etmək lazımdır.

Metamizolun birdəfəlik do zasını qəbul etdikdən sonra 48 saat ərzində analara südü yığıb və atmağ tövsiyyə edilir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Spazmalqon dərman preparatı başgicəllənmə, görmə qabiliyyətinin pislə şməsi kimi hallara səbəb ola bilər, həmçinin diqqətə pis təsir göstərə bilər və gözlənilməz vəziyyətlərdə reaksiyaları poza bilər. Bununla əlaqədar olaraq, bu preparatla müalicə vaxtı nəqliyyat vasitələrini idarə etmə kdən və avadanlıqlarla işləməkdən çəkinmək lazımdır. Spazmalqonun bəzi inqrediyentləri haqqında vacib məlumat Spasmalgon preparatının tərkibində 1 ml inyeksiya məhlulunda 32,7 mq natrium var ki, bu da böyüklər üçün tövsiyə olunan gündəlik maksimum 2 q natrium dozasının 1,6%-nə bərabərdir.

SPAZMALQON istifadə qaydası və dozası

Spazmalqon inyeksiya üçün məhlul əzələ daxili yeridilir. Yalnız qısamüddətli müalicə üçün istifadə olunur! Hiperhəssas pasiyentlərdə anafilaktik şok riski ilə əlaqədar olaraq təcili yardımın göstərilməsi üçün həkimin nəzarəti altında vurulur. Böyüklər və 15 yaşdan böyük uşaqlar Böyüklər və 15 yaşdan böyük uşaqlar üçün (> 53 kq) adi doza 2-5 ml əzələdaxili, bir dəfəyə.

Lazım olduqda doza 6 -8 saatdan sonra təkrarlanır. Maksimal gündəlik doza 6 ml -i keçməməlidir (3 q natrium metamizola ekvivalent). Müalicə müddəti 2-3 gün. Müalicəvi effekt əldə edil dikdən sonra peroral ağrıkəsi ci və spazmolitik vasitələrlə müalicəyə keçmək olar.

Yaşlı əhali, zəifləmiş xəstələr və kreatinin klirensi azalmış xəstələrdə. Yaşlılarda, z əifləmiş x əstələrdə doza azaldılmalıdır, çünki metamizol metabolitl ərinin xaric edilməsi uzana bilər. Qaraciyər və böyrək çatışmazlığı Böyrək v ə ya qaraciy ər funksiyasının pozulması zamanı xaric olma sür əti azalır,ona gor ə təkrar yüksək dozadan ç əkinmək lazımdır. Yalnız qısa mü ddət ərzində istifadə edildikdə dozanın azaldılması t ələb olunmur.

Bu gün ə qədər ağır qaraciy ər v ə böyrək çatışmazlığı olan x əstələrdə metamizolun uzunmüddətli istifadəsi ilə bağlı kifayət qədər təcrübə yoxdur. Spazmalqon preparatının qida məhsulları və içkilərlə birlikdə qəbul edilməsi Spazmalqonun qəbulu vaxtı preparatın əlavə təsirlərinin gücləndirilmə ehtimalına görə alkoqolun istifadəsi qadağandır. Spazmalqonun lazımı dozasının vurulmasını unutduqda Buraxılmış dozanı kompensasiya etmək üçün ikiqat doza istifadə etmək olmaz. Əgər bu preparatın istifadəsi ilə bağlı hər hansı əlavə suallar yaranarsa, müalic ə həkiminizə və ya əczaçıya müraciət edin.

Prepared by  T-Soft E-Commerce.