Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq natrium metamizol, 5 mq pitofenon hidroxlorid, 0,1 mq fenpiverinium bromid vardır. Köməkçi maddələr: laktoza monohidrat, buğda nişastası, jelatin, talk, maqnezium stearat, natrium hidrokarbonat.
İstifadəsinə göstərişlər:
Daxili orqanların saya əzələlərinin spazmı nəticəsində baş verən zəif və orta dərəcəli ağrı sindromunun simptomatik müalicəsi üçün istifadə edilir: - ağrı hissi və sidik ifrazının pozulması ilə müşayiət olunan böyrəkdaşı xəstəliyi, sidik yollarının iltihabi prosesləri; - mədə və bağırsaq sancıları; - öddaşı xəstəliyi və öd yollarının diskineziyası; - ağrı ilə müşayiət olunan menstruasiya.
Əks göstərişlər:
Preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq; - bağırsaq keçməzliyi, meqakolon (yoğun bağırsağın genişlənməsi); - öd kisəsinin atoniyası; - sidik kisəsinin atoniyası; - qaraciyər və böyrək çatışmazlığının ağır formaları; - qan xəstəlikləri – aqranulositoz, leykopeniya; - qlükozo-6-fosfatdehidrogenaza fermentinin çatışmazlığı; - porfiriya; - qapalı bucaqlı qlaukoma; - qlüten enteropatiyası; - hamiləlik və laktasiya dövrü.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir.
Preparat daxilə, yeməkdən sonra təyin edilir. Böyüklərə və 15 yaşdan yuxarı uşaqlara Gündə 2-3 dəfə 1-2 tablet. Maksimal sutkalıq doza – 6 tablet təşkil edir. 12-15 yaşlı uşaqlara Gündə 2-3 dəfə 1 tablet. Maksimal sutkalıq doza 3 tabletdir. 9-12 yaşlı uşaqlara Gündə 2-3 dəfə 0,5 tablet. Maksimal sutkalıq doza – 2 tablet təşkil edir. Müalicə müddəti 3 gündən artıq olmamalııdır.