Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 3 mln Spiramisinə ekvivalent 643,58 mq spiramisin vardır.
Preparata qarşı həssas mikroorqanizmlər tərəfindən törədilmiş infeksiyalar: LOR orqanlarının infeksiyaları (həmçinin, sinusit, tonzillit); Aşağı tənəffüs yollarının infeksiyaları (kəskin xəstəxanaxarici pnevmoniya, atipik pnevmoniya, xroniki bronxitin kəskinləşməsi); Periodont infeksiyaları Dəri və yumşaq toxumaların infeksiyaları (qızıl yel, ikincili yoluxmuş dermatozlar, impetiqo, ektima, eritrazma); Sümük-oynaq infeksiyaları; Cinsiyyət sistemi infeksiyaları (qeyri-qonoreya etiologiyalı); Toksoplazmoz, həmçinin hamilələrin toksoplazmozu; Rifampisin əks göst əriş olduğu hallarda meninqoko kk meningitinin profilaktikası: Neisseria meningitidis-in burun-udlaqdan eradikasiyası məqsədilə. Spiramisin meninqokokk meningitinin müalicəsi üçün istifad ə olunmur. Preparat, meningitli x əstələrə müalicədən sonra v ə xəstənin hospitalizasiyasından əvvəlki 10 gün ərzində onunla t əmasda olmuş ş əxslərə profilaktik məqsədlə təyin olunur. Penisillinlərə qarşı yüksək həssaslığı olan şəxslərdə kəskin oynaq revmatizminin profilaktikası.
− Laktasiya dövrü; − Qlükozo-6-fosfatdehidrogenaza çatışmazlığı (kəskin hemoliz təhlükəsi olduğundan); − Uşaqlar (1,5 mln BV dozada tabletlər üçün – 3 yaşa qədər, 3 mln BV dozada tabletlər üçün – 18 yaşa qədər); − Erqot törəmələri ilə birlikdə istifadəsi; − Spiramisinə və preparatın tərkibindəki digər komponentlərə qarşı yüksək həssaslıq.
Spiramisin hamiləlik dövründə təyin oluna bilər. Preparat laktasiya dövründə təyin olunduqda, ana südü i lə qidalandırma dayandırılmalıdır (ana südünə keçmə ehtimalı olduğundan). Spiramisinin teratogen t əsiri mü əyyən olunmamışdır. Hamiləlik dövründ ə preparatla müalic ə fonunda toksoplazmozun dölə yoluxma riskinin I trimestrdə 25%-dən 8 %-ə, II trimestrdə 54%- dən 19%-ə, III trimestrdə 65%-dən 44%-ə qədər azalması qeyd olunmuşdur.
Qaraciyər funksiyaları pozulmuş xəstələrdə istifadəsi Öd yollarının obstruksiyası v ə ya qaraciy ər çatışmazlığı olan x əstələrdə spiramisin ehtiyatla istifadə olunmalıdır. Böyrək funksiyaları pozulmuş xəstələrdə istifadəsi Böyrək funksiyaları pozulmuş x əstələrdə spiramisinin dozasının korreksiyası t ələb olunmur (böyrəklərlə ekskresiyası az olduğundan).
Böyüklər: gündə 3 mln BV dozada 2-3 tablet və ya 1,5 mln BV dozada 4-6 tablet (6-9 mln BV) daxilə qəbul olunur (2-3 dəfəyə qəbul olunmaqla). Maksimal gündəlik doza 9 mln BV-dir. Çəkisi 20 kq v ə daha artıq olan uşaqlar: 150-300 min BV/kq/gün dozada 2 -3 d əfəyə qəbul olunmaqla. Uşaqlar üçün maksimal gündəlik doza 300 min BV/kq təşkil edir.
Böyüklərə meninqokokk meningitinin profilaktikası m əqsədilə 3 mln BV dozada gündə 2 dəfə 5 gün, uşaqlara isə 75 min BV dozada gündə 2 dəfə 5 gün ərzində təyin olunur. Tabletlər kifayət qədər su ilə daxilə qəbul olunur.