Bitib
Stokda olanda mənə xəbər verin.STREPTOSİD tərkibi, 1 tabletin tərkibində 100 % maddə hesabı ilə 300 mq sulfanilamid vardır
Preparata qarşı həssas mikroorqanizmlərin törətdikləri infeksion-iltihabi xəstəliklər: dərinin və selikli qişaların infeksion xəstəlikləri (yaralar, xoralar, yataq yaraları), enterokolit, pielit, sistit.
Sulfanilamidlərə, sulfonlara və preparatın tərkibinə daxil olan komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq; anamnezdə sulfanilamidlərə qarşı ağır dərəcəli toksik-allergik reaksiyaların qeyd olunması; nefrozlar, nefritlər; bazedov xəstəliyi; kəskin hepatitlər; sümük iliyində qanyaranma prosesinin tormozlanması; böyrək və/və ya qaraciyər çatışmazlığı; dekompensasiya olunmuş xroniki ürək çatışmazlığı; qlükoza-6-fosfatdehidrogenaza fermentinin çatışmazlığı, porfiriya; hamiləlik və ya laktasiya dövrü.
Hamiləlik dövründə Streptosid preparatının istifadəsi əks göstərişdir. Sulfanilamidlər ana südünə əhəmiyyət kəsb etməyən miqdarlarda nüfuz edir və bu səbəbdən, preparatın istifadəsi müddətində ana südü ilə qidalanma əks göstərişdir.
Preparat qida qəbulu zamanı və ya yeməkdən sonra 150-200 ml su ilə birlikdə daxilə qəbul edilməlidir. Böyüklərdə və 12 yaşdan yuxarı uşaqlarda preparatın birdəfəlik dozası 600 mq – 1,2 q, sutkalıq dozası – 3-6 q təşkil edir. Sutkalıq doza 5 dəfəlik istifadəyə bölünməlidir. Böyüklərdə maksimal dozalar: birdəfəlik – 2 q, sutkalıq – 7 q. 3-6 yaş arası uşaqlarda birdəfəlik doza – 300 mq, 6-12 yaş arası – 300-600 mq. Uşaqlarda istifadə tezliyi – sutkada 4-6 dəfə. Uşaqlarda maksimal sutkalıq doza – 0,9-2,4 q. Müalicə müddəti xəstəliyin ağırlığına və gedişinə əsasən həkim tərəfindən təyin olunur. Preparat 3 yaşdan yuxarı uşaqlarda istifadə edilə bilər.