Streptosid 0,5 qr N10 tablet
Bitib
Stokda olanda mənə xəbər verin.Streptosid, 0,5 q tabletlər
Streptosid, beynəlxalq patentləşdirilməmiş adı: Sulfanilamide
Streptosid tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 0,5 q sulfanilamid vardır.
İstifadəsinə göstərişlər
Preparata qarşı həssas mikroorqanizmlər tərəfindən törədilən infeksion-iltihabi xəstəliklər: dərinin və selikli qişaların infeksion xəstəlikləri (yaralar, xoralar, yataq yaraları), enterokolit, pielit, sistit.
Əks göstərişlər
Sulfanilamidlərə, sulfonamlara və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq; sulfanilamidlərə qarşı toksiki-allergik reaksiyalar; sümük iliyində qanyaranmanın zəifləməsi; ürək çatışmazlığı; qanyaradıcı sistem xəstəlikləri; anemiya; leykopeniya; Bazedov xəstəliyi; böyrək və qaraciyər xəstəlikləri (nefrozlar, nefritlər, qaraciyər çatışmazlığı, ağır böyrək çatışmazlığı, kəskin hepatitlər); hipertireoz; G6PD defisiti; azotemiya; porfiriya.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir. Laktasiya zamanı istifadə zəruridirsə, ana südü ilə qidalandırma dayandırılmalıdır.
Pediatriyada istifadəsi
3 yaşa qədər uşaqlarda istifadəsi əks göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Streptosidlə müalicə zamanı sinir sistemi tərəfindən başgicəllənmə, qıcolmalar, ataksiya, yuxululuq, psixoz kimi əlamətlər ola bilər. Bu hallar müəyyən edilənədək nəqliyyat vasitəsi və təhlükəli mexanizmlərdən istifadə edilməməlidir.
Streptosid istifadə qaydası
Yemək zamanı və ya sonra 150–200 ml su ilə qəbul edilir.
Böyüklər və 12 yaşdan yuxarı: 600 mq – 1,2 q bir dəfəlik doza, gündəlik doza 3–6 q, 5 qəbula bölünərək. Maksimum: bir dəfəlik 2 q, gündəlik 7 q.
3–6 yaş: 300 mq, 6–12 yaş: 300–600 mq, gündə 4–6 dəfə. Maksimum: 900 mq – 2,4 q.
Müalicə müddəti xəstəliyin ağırlığından asılı olaraq həkim tərəfindən təyin olunur.