Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 flakonda 1q sefoperazon və 1q sulbaktam (müvafiq olaraq sefoperazon natrium və sulbaktam natrium şəklində) vardır.
Monoterapiya Sulbaktam/sefoperazon ona həssas olan mikroorqanizmlərin törətdiyi infeksiyaların müalicəsində monoterapiya şəklində istifadə edilir: • Yuxarı və aşağı tənəffüs yollarının infeksiyaları • Sidik yollarının infeksiyaları • Peritonit, xolesistit, xolangit və qarın boşluğunun digər infeksiyaları • Septisemiya • Meningit • Dəri və yumşaq toxumaların infeksiyaları • Sümük və oynaqların infeksiyaları • Çanaq orqanlarının iltihabi xəstəlikləri, endometrit, süzənək və cinsiyyət orqanlarının digər infeksiyaları Kombinəolunmuş müalicə Sulbaktam/sefoperazon kombinasiyası çox geniş spektrli təsirə malik olduğundan, Sulsef tək şəkildə də bir çox infeksiyaların müalicəsində istifadə edilə bilər. Həmçinin, sulbaktam/sefoperazon uyğun olan digər antibiotiklərlə də birlikdə istifadə edilə bilər. Aminoqlikozidlərlə birlikdə istifadə edildikdə (“Uyuşmazlıq” bölməsinə baxın), böyrəklərin funksional vəziyyəti müalicə müddətində nəzarət altında olmalıdır (“İstifadə qaydası və dozası” bölməsinə baxın).
Sulbaktama, sefoperazona, penisillinlərə və ya digər sefalosporinlərə qarşı müəyyən edilmiş yüksək həssaslığı olan xəstələrə sulbaktam/sefoperazon kombinasiyası əks göstərişdir.
Hamiləlik dövrü İnsan dozasından 10 dəfə çox dozalar ilə siçovullar üzərində aparılmış reproduktiv tədqiqatlarda fertilliyə və ya fetal inkişafa hər hansı bir təhlükəli təsiri qeyd edilməmişdir. Sulbaktam və sefoperazon plasentar baryerdən keçir. Hamiləlik dövründə istifadəsinə dair kifayət qədər və yaxşı nəzarət edilən tədqiqatlar yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlar insanlardakı reaksiyanı hər zaman bildirmədiyindən, bu dərman vasitəsi hamiləlik dövründə yalnız zərurət olduqda istifadə edilməlidir.
Laktasiya dövrü Sulbaktam və sefoperazon çox cüzi konsentrasiyada ana südünə keçir. Buna baxmayaraq, ana südü ilə əmizdirən qadınlara sulbaktam/sefoperazonu istifadə etdikdə ehtiyatlı olmaq lazımdır.
Sulbaktam və sefoperazonun nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə məlumat yoxdur və hər hansı bir tədqiqat aparılmayıb.
İstifadə qaydası Əzələdaxili və venadaxili istifadə üçün. İstifadə etməzdən əvvəl xəstənin dərman vasitəsinə qarşı həssaslığı mütləq yoxlanılmalıdır. Venadaxili istifadəsi Fasiləli venadaxili infuziya üçün flakondakı sefoperazon/sulbaktam tozu müvafiq miqdarda 5%- li dekstroza məhlulu, 0,9%-li natrium xlorid məhlulu və ya steril inyeksiya üçün su ilə həll edilir (“Utilizasiya zamanı və digər davranış prosedurlarında xüsusi ehtiyat tədbirləri” bölməsinə baxın) və sonra eyni məhlulun 20 ml-ə qədər miqdarı ilə qarışdırılır və 15-60 dəqiqə ərzində yeridilir. Ringer laktat məhlulu venadaxili infuziyalar üçün uyğun bir vasitədir, lakin ilkin həlletmə üçün deyil ("Uyuşmazlıq" və “Utilizasiya zamanı və digər davranış prosedurlarında xüsusi ehtiyat tədbirləri” bölmələrinə baxın).
Venadaxili inyeksiya üçün flakondakı sefoperazon/sulbaktam tozu yuxarıda qeyd olunan kimi həll edilir və minimum 3 dəqiqə ərzində yeridilir. Əzələdaxili istifadəsi 2%-li lidokain H Cl əzələdaxili inyeksiya üçün uyğun bir vasitədir, lakin ilkin həlletmə üçün deyil ("Uyuşmazlıq" və “Utilizasiya zamanı və digər davranış prosedurlarında xüsusi ehtiyat tədbirləri” bölmələrinə baxın). Tətbiqindən əvvəl “Utilizasiya zamanı və digər davranış prosedurlarında xüsusi ehtiyat tədbirləri” bölməsində dərman vasitəsinin istifadəsinə dair təlimata baxın. Dozası Böyüklər Böyüklər üçün sulbaktam/sefoperazonun gündəlik tövsiyə edilən dozası aşağıdakı kimidir: Nisbəti Sulbaktam/ Sefoperazon (q) Sulbaktamın aktivliyi (q) Sefoperazonu n aktivliyi (q) 1:1 2,0–4,0 1,0–2,0 1,0–2,0 Gündəlik doza bərabər dozalara bölünərək hər 12 saatdan bir istifadə edilməlidir.
Ağır və ya müalicəyə qarşı davamlı infeksiyalarda sulbaktam/sefoperazonun gündəlik dozası 1: 1 nisbətindən (yəni sefoperazonun aktivliyi - 4q) 8q-a qədər artırıla bilər. 1: 1 nisbətində alan xəstələrə sefoperazonun ayrı şəkildə əlavə verilməsi tələb oluna bilər. Gündəlik doza bərabər dozalara bölünərək hər 12 saatdan bir istifadə edilməlidir. Sulbaktamın maksimal gündəlik tövsiyə edilən dozası 4q-dır.
Qaraciyər çatışmazlığı "Xüsusi göstərişlər və ehtiyat tədbirləri" bölməsinə baxın. Böyrək çatışmazlığı Böyrək funksiyası əhəmiyyətli dərəcədə pozulmuş xəstələrdə (kreatinin klirensi <30 ml/dəqiqə) sulbaktamın azalmış klirensini kompensasiya etmək üçün doza tənzimlənməlidir. Kreatinin klirensi 15 və 30 ml/dəqiqə arasında olan xəstələrə ən çox hər 12 saatdan bir 1 q sulbaktam (sulbaktamın maksimal gündəlik dozası 2q), kreatinin klirensi 15 ml/dəqiqəyə qədər olan xəstələrə isə ən çox hər 12 saatdan bir 500 mq sulbaktam (sulbaktamın maksimal gündəlik dozası 1q) tətbiq edilməlidir. Ağır infeksiyalarda sefoperazonun əlavə verilməsi tələb oluna bilər.
Sulbaktamın farmakokinetik profili hemodializ zamanı əhəmiyyətli dərəcədə dəyişilmişdir. Hemodializ zamanı sefoperazonun zərdabdakı yarımxaricolma müddəti biraz azalır. Beləliklə, doza dializ müddətinə görə tənzimlənməlidir. Yaşlılar “Farmakokinetikası” bölməsinə baxın.
Uşaqlar Uşaqlar üçün sulbaktam/sefoperazonun gündəlik tövsiyə edilən dozası aşağıdakı kimidir: Nisbəti Sulbaktam/ Sefoperazon (mq/kq/gün) Sulbaktamın aktivliyi (mq/kq/gün) Sefoperazonu n aktivliyi (mq/kq/gün) 1:1 40–80 20–40 20–40 Gündəlik doza bərabər dozalara bölünərək hər 6-12 saatdan bir istifadə edilməlidir. Ağır və ya müalicəyə qarşı davamlı infeksiyalarda sulbaktam/sefoperazonun dozası 1: 1 nisbətindən (yəni sefoperazonun aktivliyi -160 mq/kq/gün) 160 mq/kq/gün-ə qədər artırıla bilər. Gündəlik doza 2-4 bərabər dozalara bölünərək istifadə edilməlidir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). Yenidoğulmuşlar Yenidoğulmuşlara doğumdan sonra ilk həftə hər 12 saatdan bir istifadə edilməlidir.
Uşaqlar üçün sulbaktamın maksimal gündəlik dozası 80 mq/kq/gün-ü aşmamalıdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). Hazırlanmış və həlledilmiş dərman vasitəsinin saxlanmasına dair xüsusi göstərişlər: aşağıdakı məhlullarda həll edildikdə 2 saat ərzində 25ºC-də kimyəvi və fiziki sabitliyi saxlanılmışdır: - İnyeksiya üçün su - 0,9%-li natrium xlorid - 5%-li dekstroza Mikrobioloji nöqtəyi-nəzərindən, istifadə üsulundan asılı olmayaraq, məhlul həll edildikdən sonra dərhal istifadə edilməlidir. Dərhal istifadə edilmədikdə, hazırlanmış məhlulun saxlanma şəraiti və müddəti istifadəçinin məsuliyyəti altındadır.