Sevimlilərə əlavə edin
Paylaşın

SUMAMED 500MG N3 TB

Məhsul Kodu : 111-05876
İstehsalçı ölkə : Xorvatiya
Reseptlə satılır
1 Şərh Şərh
14,40 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

SUMAMED®, örtüklü tabletlər

Sumamed tərkibi

 Təsiredici maddə:  1 tabletin tərkibində 125,00 mq və ya 500,00 mq azitromisin hesabı ilə131,027 mq1) və ya 524,109 mq2) azitromisin dihidrat vardır. Köməkçi maddələr:susuz kalsium hidrofosfat, hipromelloza, qarğıdalı nişastası,  prejelatinləşdirilmiş nişasta, mikrokristallik sellüloza, natrium laurilsulfat,  maqnezium stearat. Örtük:  hipromelloza, indiqokarmin lakı boya maddəsi (E132), titan dioksid (E171),   polisorbat 80, talk.    1)  miqdar 95,4% azitromisinin nəzəri aktivliyi hesabı ilə qeyd edilmişdir.  2)  susuz kalsium hidrofosfatın miqdarı azitromisinin faktiki aktivliyindən                                   asılı olaraq dəyişə bilər.

İstifadəsinə göstərişlər:

 Preparata qarşı həssas mikroorqanizmlərlə törədilən infeksion-iltihabi xəstəliklər: Yuxarı tənəffüs yollarının və LOR orqanlarının (faringit/tonzillit, sinusit, orta otit) infeksiyaları; aşağı tənəffüs yollarının infeksiyalar: kəskin bronxit, xroniki bronxitin kəskinləşməsi, pnevmoniya, o cümlədən, atipik törədicilərin yaratdığı; dəri və yumşaq toxumanın infeksiyası (orta ağırlıq dərəcəli akne vulqaris, qızıl yel, impetiqo, ikincili infeksiyalaşmış dermatoz); Laym xəstəliyinin (borrelioz) ilkin mərhələsi: miqrasiyaedici eritema (erythema migrans), Chlamydia trachomatis ilə törədilən sidik-cinsiyyət yollarının infeksiyası (uretrit, servisit).

Əks göstərişlər:

 Preparatın istənilən komponentlərinə, eritromisinə, digər makrolidlərə və ya ketolidlərə qarşı yüksək həssaslıq; qaraciyər funksiyasının ağır pozuntusu (Çayld-Pyu təsnifatına görə C sinfi); bədən çəkisi 45 kq-dan az olan 12 yaşa qədər uşaqlar (500 mq-lıq tabletlər üçün); 3 yaşa qədər uşaqlar (125 mq-lıq tabletlər üçün); erqotaminlə və dihidroerqotaminlə eyni vaxtda istifadəsi.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik və laktasiya dövründə preparatı, yalnız o zaman istifadə etmək olar ki, ana üçün ehtimal edilən fayda uşağa və ya dölə olan potensial riskdən üstün olsun. Laktasiya dövründə preparatın istifadəsinə ehtiyac olduqda ana südü ilə qidalandırmanı dayandırmaq məsləhət görülür.  

Sumamed istifadə qaydası, dozası

 Daxilə, çeynəmədən, ən azı yeməkdən 1 saat əvvəl və ya 2 saat sonra sutkada 1 dəfə qəbul edilir. Böyüklər və bədən çəkisi 45 kq-dan artıq olan 12 yaşdan yuxarı uşaqlar Yuxarı və aşağı tənəffüs yollarının, LOR orqanlarının, dəri və yumşaq toxumanın infeksiyası zamanı 3 gün ərzində (kurs dozası 1,5 q) sutkada 1 dəfə 1 tablet (500 mq) təyin edilir. Orta ağırlıq dərəcəli akne vulqaris zamanı 3 gün ərzində sutkada 1 dəfə 1 tablet (500 mq), sonra 9 həftə ərzində (kurs dozası 6,0 q) həftədə 1 dəfə 1 tablet (500 mq) qəbul edilir. İlk həftəlik tableti birinci həftəlik tabletdən 7 gündən sonra qəbul etmək lazımdır (müalicə başladıqdan 8-ci gün), sonrakı 8 həftəlik tablet 7 gün intervalla istifadə edilir. Laym xəstəliyi (borreliozun başlanğıc mərhələsi) zamanı-miqrasiyaedici eritema (erythema migrans): 5 gün ərzində sutkada 1 dəfə: 1-ci gün 1,0 q (500 mq-lıq 2 tablet) sonra 2-5 gün 1 tablet (500 mq) (kurs dozası 3,0 q) qəbul edilir. Chlamydia trachomatis (uretrit, servisit) ilə törədilən sidik-cinsiyyət yollarının infeksiyası zamanı: ağırlaşmamış uretrit/servisit-birdəfəlik 1 q (500 mq-lıq 2 tablet).

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-05876

Oxşar Məhsullar

ABITRAKS 1GR N1 FLK+AMP
5,51 AZN -%0
5,51AZN
Ambaksid 0.75 g 1vial+1ampul
1,99 AZN -%0
1,99AZN
AMIFAR 500MG 2ML N5 AMP
34,66 AZN -%0
34,66AZN
AMIKASIN 0,5GR N1 FLK
2,28 AZN -%0
2,28AZN
Amoksiklav 1000 mq N14 tablet
12,78 AZN -%0
12,78AZN
AMOKSIKLAV 156,25MG/5ML 100ML SUSP (SANDOZ)
8,60 AZN -%0
8,60AZN
Amoksiklav 2x 500+125 mq N14 tablet
9,60 AZN -%0
9,60AZN
Amoksiklav 400/57 mq 70 ml suspenziya
10,50 AZN -%0
10,50AZN
Amoksisillin 125MG/5 ml 100 ml Susp
2,98 AZN -%0
2,98AZN
Amoksisillin 250 mq N10 kapsul
0,82 AZN -%0
0,82AZN
AMOKSISILLIN 250MG/5ML 100ML SUSP (HEMOFARM)
4,20 AZN -%0
4,20AZN
Amoksisillin 500 mq N10 kapsul
1,17 AZN -%0
1,17AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce