Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

SUPOFEN 40MG 85ML SUSP

Məhsul Kodu : 111-20337
İstehsalçı ölkə: Portuqaliya
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

SUPOFEN, 40 mq/ml şərbət

SUPOFEN tərkibi

Təsiredici maddə: 1 ml şərbətin tərkibində 40 mq parasetamol vardır.

İstifadəsinə göstərişlər

• Qrip və soyuqdəymə simptomlarının aradan qaldırılması üçün (bədəndə ağrılar, qızdırma); • Yüngül və orta ağırlıqlı ağrıların müalicəsi üçün (baş ağrısı, diş ağrısı, qulaq ağrısı); • 3 gündən artıq davam etməyən qızdırmanın müalicəsi. Supofen 3 aylıqdan kiçik uşaqlarda istifadə olunmamalıdır.

Əks göstərişlər

• Parasetamola və ya Supofenin köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq; • ağır qaraciyər xəstəliyi; • ağır böyrək xəstəliyi; • favizm (eritrositlərdə qlükoza-6 fosfat dehidrogenaza fermentinin çatışmazlığı); • aşağıdakı preparatlarla birlikdə istifadə: − xloramfenikol (antibiotik); − varfarin və asenokumarol (qanı durulaşdırmaq üçün antikoaqulyant vasitələr).

Hamiləlik və laktasiya dövründə istifadəsi

• Hamiləlik zamanı dozanı müəyyən etmək üçün həkimə müraciət edin. • Laktasiya dövründə preparatı qəbul etməzdən əvvəl həkimə müraciət edin. Parasetamol ana südü il ə ifraz olunur. Bu gün ə qədər parasetamol q əbul ed ən anaların südünü alan körpələrdə mənfi t əsir qeyd olunmayıb, parasetamol q əbul edən ana uşağ ını əmizdirməyi dayandırmamalıdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Supofen nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir. Preparatı qəbul etdikdən sonra əlavə təsir kimi yüngül baş gicəllənmə hiss edirsinizsə, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək tövsiyə olunmur.

SUPOFEN istifadə qaydası və dozası

• Supofen daxilə qəbul olunur; • Supofeni qəbul etməzdən əvvəl flakonu çalxalayın; • Flakonun qapağı uşaqlardan qorunma mexanizmi ilə təchiz olunmuşdur. Onu açmaq üçün qapağın üstünə basıb və eyni zamanda onu saat əqrəbi istiqamətində fırlatmaq lazımdır; • Supofen 6-8 saat intervallarla, gündə maksimum 3-4 dəfə qəbul olunmalıdır; • Şərbət digər içkilərlə qarışdırılmamalı və həll edilməməlidir. Adi doza yaşdan və bədən kütləsindən asılı olaraq aşağıdakı cədvəldəki kimi müəyyən edilməlidir: Həcmi düzgün ölçmək üçün, Supofenin qutusuna 5 ml ölçü qaşığı əlavə olunub: • ¼ qaşıq (1,25 ml); • ½ qaşıq (2,5 ml); • ¾ qaşıq (3,75 ml). Xəstədə böyrək v ə qaraciyər çatışmazlığı və ya Jilber xəstəliyi varsa, dozanın mü əyyənləşdirilməsi üçün həkimə müraciət etmək lazımdır.

Müalicə zamanı böyükl ərdə 7 günd ən sonra, uşaqlarda is ə 5 günd ən sonra ağrı simptomlarının ağırlaşması və ya dəyişilməməsi müşahidə olunursa həkimə müraciət edin. Müalicənin 3-cü günündən sonra qızdırma düşməzsə və ya əksinə yüksələrsə, həkimə müraciət edin. Supofenin qida və içkilərlə birlikdə qəbulu Supofen qida v ə içkilərlə (alkoqollu içkilər istisna olmaqla) qəbul edilə bilər. Supofenlə müalicə zamanı alkoqollu içkilər qəbul olunmamalıdır.

Qida qəbulu preparatın effektivliyinə təsir etmir. Supofenin qəbulu unudulduqda Müalicəni d ərhal davam etdirin. Preparatın q əbulu unudulubsa, ikiqat doza q əbul etmək olmaz. Əlavə sualınız varsa, həkimə və ya əczaçıya müraciət edin.

Prepared by  T-Soft E-Commerce.