Tagera Forte 1000mg N6 Tb
Bitib
Stokda olanda mənə xəbər verin.TAGERA FORTE, 1 q örtüklü tabletlər
TAGERA FORTE tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 1 q seknidazol vardır.
İstifadəsinə göstərişlər
Seknidazol bağırsaq v ə qeyri-bağırsaq amöbiazının, trixomoniazın, lyambliozun və bakterial vaginozun müalicəsi üçün istifadə edilir.
Əks göstərişlər
Preparata qarşı yüks ək h əssaslıq. Qan analizl ərinin göst əricilərində patoloji d əyişiklik (leykopeniya) olduğu hallarda, h əmçinin anamnezdə mərkəzi sinir sisteminin x əstəlikləri olduğu zaman. Hamiləlik və laktasiya dövrü. 12 yaşa qədər uşaqlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə preparat istifadə edilmir. Seknidazol plasentar baryerdən keçir və ana südündə aşkar edilir, buna gör ə də laktasiya dövründ ə istifadəsi zəruri olduğu zaman ana südü il ə gidalandırma dayandırılmalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Müalicə dövründə nəqliyyat vasitələrini istifadə etməkdən çəkinmək lazımdır.
TAGERA FORTE istifadə qaydası və dozası
Böyüklər Bağırsaq amöbiazı: 2 q birdəfəlik doza Qaraciyərin amöb absesi: 5 gün müddətində hər gün 1,5 q Trixomoniaz və bakterial vaginoz: 2 q birdəfəlik doza Lyamblioz: 2 q birdəfəlik doza 12 yaşdan yuxarı uşaqlar Bağırsaq amöbiazı və lyamblioz: 3 gün ərzində 1-1,5 q birdəfəlik və ya iki dəfə yarı doza.