Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Teknazol 100 mq N4 kapsul

Məhsul Kodu : 111-02454
Reseptlə satılır
İstehsalçı ölkə: Türkiye
5,00 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

 

TEKNAZOL, 100 mq mikropellet kapsullar

Teknazol tərkibi

 Təsiredici maddə:   1 kapsulda 100 mq itrakonazol vardır. Köməkçi maddələr: hidroksipropilmetilsellüloza (hipromelloza), polietilenqlikol (makroqol),  neytral mikropelletlər (şəkər kürəcikləri), bərk jelatin kapsul № 0 qeyri- şəffaf çəhrayı qapaq (azorubin (E122), patent mavi V (E131), titan dioksid  (E171), jelatin) və şəffaf qəhvəyi gövdə (karamel rəngi (E150), jelatin).

İstifadəsinə göstərişlər:

  Teknazol® mikropellet kapsullar qasıq dermatomikozu, ayaq dermatomikozu, əl dermatomikozu, əlvan dəmrov kimi səthi göbələk infeksiyaları ilə aspergilloz, blastomikoz, histoplazmoz, ezofagial, orofaringeal və vulvovaginal kandidoz, kriptokokkoz, koksidiomikoz, xromomikoz, onixomikoz, parakoksidiomikoz, sporotrixoz kimi  sistem göbələk infeksiyalarının müalicəsində istifadə olunur. Teknazol® mikropellet kapsullar bundan başqa kriptokokkal meningit və histoplazmoz supresyonunda da istifadə edilir.

Əks göstərişlər:

 Teknazol® mikropellet kapsul, itrakonazol və kapsulun tərkibindəki digər maddələrə qarşı yüksək həssaslığı olan şəxslərdə əks göstərişlidir. İtrakonazolun terfenadin və astemizol ilə birlikdə istifadəsi aritmiya riskini artırdığı üçün əks göstərişdir. Azol törəmələrinə qarşı yüksək həssaslıq hallarında Teknazol® mikropellet kapsullar ehtiyatla istifadə olunmalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 İtrakonazolun yüksək dozalarda hamilə siçanlarda döl anomaliyalarına səbəb olduğu göstərilmişdir. Hamilələrdə istifadəyə ancaq həyati təhlükəli mikozlarda zərər və fayda riski hesablanaraq başlanılmalıdır. Ana südünə keçdiyi üçün laktasiya dövründə istifadə olunmamalıdır. Reproduktiv yaşda olan qadınlar itrakonazolla müalicə zamanı və müalicə bitdikdən sonra menstruasiya başlayana qədər kontrasepsiyadan istifadə etməlidirlər.

Teknazol istifadə qaydası, dozası

 Teknazol® mikropellet kapsullar maksimal absorbsiya əldə edilməsi üçün yeməkdən sonra qəbul edilməlidir. Gündəlik 200 mq-dan çox olan dozalar 2 yerə bölünərək qəbul edilməlidir. Müalicə proqramı Gövdə dermatomikozu, qasıq dermatomikozu 15 gün müddətinə gündə 1 dəfə 100 mq (1 kapsul).  Ayaq dermatomikozu, əl dermatomikozu: 30 gün müddətində gündə 1 dəfə 100 mq (1 kapsul). Əlvan dəmrov 7 gün müddətində gündə 1 dəfə 200 mq (2 kapsul).  Aspergilyoz Ən azı 2-5 ay müddətində gündə 1 və ya 2 dəfə 200 mq (2 kapsul).  Blastomikoz və ya Histoplazmoz Gündə 1 dəfə 200 mq (2 kapsul). Sağalma əlamətlərinin olmaması və ya ağırlaşmış göbələk xəstəliyində doza 100 mq olaraq maksimum 400 mq-a qədər artırıla bilər. Qidaborusu və ağız-udlaq boşluğunun kandidozu 15 gün müddətində gündə 1 dəfə 100-200 mq (1-2 kapsul), tətbiq edilir. AİDS-li və neutropenik xəstələrdə Teknazol® mikropellet kapsullar gündə 200 mq (2 kapsul) olaraq 15 gün ərzində tətbiq edilə bilər.  Xromomikoz 3-6 ay müddətində gündə 1 dəfə 100-200 mq (1-2 kapsul).  Koksidiomikoz 6 həftə müddətində gündə 2 dəfə 200 mq (2 kapsul).  Kriptokokkal meningit supresiyası 2 ay-1 il müddətində gündə 1-2 dəfə 200 mq (2 kapsul).  Kriptokokkoz 2 ay-1 il müddətində gündə 1 dəfə 200 mq (2 kapsul).  Histoplazmoz supresiyası 8 ay müddətində gündə 2 dəfə 200 mq (2 kapsul) və ya gündə 1 dəfə 200 mq (2 kapsul).  Parakoksidiomikoz 6 ay müddətində gündə 1 dəfə 100 mq (1 kapsul). Sporotrixoz 3 ay müddətində gündə 1 dəfə 100 mq (1 kapsul). Mikotik keratit 21 gün müddətində gündə 1 dəfə 200 mq (2 kapsul). Vulvovaginal kandidoz 3 gün müddətində gündə 1 dəfə 200 mq (2 kapsul), və ya 1 gün 2 dəfə 200 mq (2 kapsul). İtrakonazolun dəri və mukoz membranlarından absorbsiyası, plazma absorbsiyası ilə müqayisədə yavaş olduğu üçün toxuma konsentrasiyaları uzun müddət yüksək qalır. Buna görə də ən yaxşı kliniki və mikoloji nəticələr müalicənin dayandırılmasından 1-4 həftə sonra əldə edilir.  Onixomikoz 3 ay müddətində gündə 1 dəfə 100-200 mq (1-2 kapsul). Bundan başqa zərbə dozası ilə müalicə də tətbiq edilə bilər. Bu zaman müalicə gündə 2 dəfə 200 mq (2 kapsul) olmaqla 1 həftə aparılır. Əllərin onixomikozlarında 2 dəfə zərbə dozası ilə müalicə, həm də ayaq onixomikozlarında 3 dəfə zərbə dozası ilə müalicə aparılır. Hər zərbə müalicəsi arasında 3 həftə dərman qəbul edilməməlidir. 

Prepared by  T-Soft E-Commerce.