Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Tempalgin 500 mq N10 tb

Məhsul Kodu : 111-21193
İstehsalçı ölkə: Bolqaristan
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

TEMPALGİN®, 500 mq/20 mq örtüklü tabletlər.

Tempalgin tərkibi 

Təsiredici maddə:1 tabletin tərkibində 500 mq metamizol natrium və 20 mq triasetonamin- 4-toluensulfonat vardır. Köməkçi maddələr: buğda nişastası, mikrokristallik sellüloza (tip 101), maqnezium stearat, talk, povidon K25. Örtük : qismən hidrolizəolunmuş polivinil spirti, makroqol 3350, talk , titan ddioksidi (E171), xinolin sarısı (E104), brilyant göyü (E133).

İstifadəsinə göstərişlər:
 Tempalgin aşağıdakı hallarda zəif və orta dərəcəli ağrıların qısamüddətli simptomatik müalicəsi üçün istifadə olunur: baş ağrısı, diş ağrısı və stomatoloji manipulyasiyalar zamanı baş verən ağrılar, mialgiyalar (əzələ ağrıları), nevralgiyalar, artralgiyalar (oynaq ağrıları).

Əks göstərişlər:

 Aşağıdakı hallarda Tempalgini qəbul etmək olmaz − Metamizol natrium, triasetonamin-4-toluensulfonat təsiredici maddələrinə və ya Tempalginin digər tərkib hissələrindən istənilən birinə qarşı allergiya (hiperhəssaslıq). − Digər pirazolon törəmələrinə qarşı hiperhəssazlıq. − Kəskin qaraciyər porfiriyası (eritrositlərin yaranma prosesinin pozulmasına səbəb olan irsi xəstəlik). − Qlükoza-6-fosfatdehidrogenazının (qırmızı qan cisimciklərinin dağılması təhlükəsi yaradan irsi xəstəlik) anadangəlmə çatışmazlığı. − Ağır böyrək və ya qaraciyər xəstəlikləri. − Sümük iliyinin funksiyasının pozulması (sitostatiklərlə müalicədən sonra) və ya aşağıdakı qan xəstəlikləri: aplastik anemiya (qan hüceyrələrinin zəifliyə, göyərmələrin və ya infeksiyanın başvermə tezliyinin yüksəlməsinə səbəb olan azalması), aqranulositoz (ağ qan hüceyrələrinin miqdarının infeksiyaların yaranma ehtimalını artıran kəskin azalması), leykopeniya (ağ qan hüceyrələrinin ümumi miqdarının azalması). − Qan təzyiqinin aşağı olması (100 mm c. süt.-dan aşağı). − Hamiləlik və laktasiya dövrü. − 15 yaşa qədər uşaqlarda istifadə.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik Kifayət qədər təcrübə olmadığından, hamiləliyin ilk üç ayında Tempalgin qəbul etməyin. Hamiləliyin ikinci trimestrində Tempalgin ancaq həkim va ya əczaçı ilə məsləhətdən sonra və ancaq metamizol istifadəsinin faydaları və risklərini diqqətlə götür-qoy edəndən sonra qəbul etmək olar. Hamiləliyin sonuncu 3 ayı ərzində Tempalgin istifadəsi tövsiyə olunmur, cünki ana və usaq ücün fəsadların artmasının yüksək riski mövcüddur (qanaxma, doğulmayan uşağda vaxtındanəvvəl Botal kanalı deyilən, mühüm damarın bağlanılması, hansı ki, ancaq uşaq doğulandan sonra təbii yolla bağlanır). Laktasiya dövründə Metamizolun metabolitləri əhəmiyyətli miqdarda ana südünə kecir və ana südü ilə qidalanan usaq ücün bu riski inkar etmək olmaz, bununla bağlı laktasiya dövründə metamizolun təkrar istifadəsindən imtina etmək lazımdır. Metamizolun birdəfəlik dozasını qəbul etdikdən sonra 48 saat ərzində analara südü yığıb və atmağ tövsiyyə edilir. Laktasiya dövründə preparatın istifadəsi arzuedilməzdir.

Tempalgin istifadə qaydası, dozası

 Həmişə Tempalgini bu təlimata əsasən istifadə edin. Tempalgin preparatını həkimin təyinatına dəqiq şəkildə əməl etməklə qəbul edin. Nəyəsə əmin olmadıqda, həkiminizdən soruşun. Tabletləri yeməkdən sonra su ilə içərək qəbul edirlər. Həkimlə məsləhətləşmədən 3-5 gündən artıq Tempalgin qəbul etməyin. Böyüklər Adi doza – simptomların ağırlığından asılı olaraq gündə 1-3 dəfə 1 tablet. Maksimal birdəfəlik doza 1 tabletdən artıq olmamalıdır, maksimal gündəlik doza isə 4 tablet təşkil edir. Stomatoloji əməliyyatlar vaxtı əməliyyata başlamazdan yarım saat əvvəl 1 tablet. 15 yaşdan böyük uşaqlarda Gündə 1 tablet. Maksimal gündəlik doza simptomların ağırlığından asılı olaraq 2 tablet təşkil edir. Yaşlı əhali, zəifləmiş xəstələr və kreatinin klirensi azalmış xəstələrdə. Yaşlılarda, zəifləmiş xəstələrdə doza azaldılmalıdır, çünki metamizol metabolitlərinin xaric edilməsi uzana bilər. Qaraciyər və böyrək çatışmazlığı Böyrək və ya qaraciyər funksiyasının pozulması zamanı xaric olma sürəti azalır,ona gorə təkrar yüksək dozadan çəkinmək lazımdır. Yalnız qısa müddət ərzində istifadə edildikdə dozanın azaldılması tələb olunmur. Bu günə qədər ağır qaraciyər və böyrək çatışmazlığı olan xəstələrdə metamizolun uzunmüddətli istifadəsi ilə bağlı kifayət qədər təcrübə yoxdur. Qida və içkilərlə birlikdə qəbul edilməsi Tabletlər yeməkdən sonra su ilə içilərək qəbul edilir. Tempalginla müalicə vaxtı alkoqoldan istifadə qadağandır, çünki dərman preparatının əlavə təsirlərinin güclənməsi mümkündür. Tempalginin qəbulunu unutduqda Bir dozanın qəbulunu buraxdıqda onu mümkün qədər tez qəbul edin. Növbəti dozanı qəbul etmək vaxtı çatıbsa, onu adi doza kimi qəbul edin. Buraxılan dozanı kompensasiya etmək üçün ikiqat doza qəbul etməyin. Dərman preparatının qəbulunu bu içlik-vərəqənin təlimatları əsasında qəbul edin. Bu dərman preparatının qəbulu ilə bağlı istənilən əlavə suallar meydana çıxdıqda, həkiminizə və ya əczaçıya müraciət etməyiniz xahiş olunur.

Prepared by  T-Soft E-Commerce.