TERAPIN 200/28MG 70ML SUSP
Bitib
Stokda olanda mənə xəbər verin.TERAPİN BİD, 70 ml oral suspenziyanın hazırlanması üçün toz
TERAPİN BİD tərkibi
Təsiredici maddələr: 5 ml suspenziyanın tərkibində 200 mq amoksisillin (amoksisillin trihidrat şəklində) və 28,5 mq klavulan turşusu (kalium duzu şəklində) vardır.
İstifadəsinə göstərişlər
Təsiredici maddəyə həssas bakteriyalar tərəfindən törədilmiş infeksion iltihabi xəstəliklərin müalicəsi: ▪ Yuxarı tənəffus yollarının infeksiyaları (o cümlədən, orta otit, sinusitlər); ▪ Aşağı tənəffüs yollarının infeksiyaları (o cümlədən, xronik bronxitin kəskinləşməsi və pnevmoniya); ▪ Sidik yollarının infeksiyaları; ▪ Dərinin və yumşaq toxumaların infeksiyaları.
Əks göstərişlər
Penisillin qrupu antibiotiklərinə qarşı yüksək həssaslıq. Terapin BİD -nin əvvəlki qəbulu zamanı xolestatik sarılıq/qaraciyər disfunksiyasının baş verməsi. Xüsusi göstərişlər ehtiyat tədbirləri Dərman vasit əsi allergiyaya meylli olan larda və sefalosporin qrupu antibiotikl ərinə qarşı allergiyası olanlara ehtiyatla təyin olunur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Dərmanın hamiləlik və laktasiya dovründə istifadəsinin təhlukəsizliyi öyrənilməmişdir.
TERAPİN BİD istifadə qaydası və dozası
Müalicə zamanı doza uşağın bədən kutləsindən asılı olaraq müəyyən edilir. Kütlədən asılı olaraq dozaya düzəliş edilməlidir. Yüngül və orta ağırlıqlı infeksiyalarda 25/3,6 mq/kq/gün iki bərabər dozaya bölünərək, 12 saatlıq fasilə ilə istifadə olunur Ağır infeksiyalarda 45/6,4 mq/kq/gün iki bərabər dozaya bölünərək, 12 saatdan bir istifadə olunur ▪ 2 aylıq-2 yaşlı uşaqlar: 12 saatlıq fasilələr ilə 1/2 ölçü qaşığı (2,5ml) ▪ 2 yaşlı-6 yaşlı uşaqlar: 12 saatlıq fasilələr ilə 1 ölçü qaşığı (5ml) Müalicə kursu 14 gündən çox olmamalıdır. Terapin BID 200 mq/28 mq suspenziya 2 aylıqdan aşağı uşaqlara tövsiyə olunmur.
Böyrək funksiyasının aşkar pozulmasında (KK < 30 ml/dəq) dozaya düzəliş edilməlidir – bu, bir qəbuldakı dozanın azaldılması və ya dərmanın qəbul vaxtları arasındakı fasilənin 12 və ya 18 saata qədər uzadılması yolu ilə edilə bilər.