Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Terapin Bid 1000 mq N10 tablet

Məhsul Kodu : 111-01446
İstehsalçı ölkə: Türkiye
8,90 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

TERAPİN BİD, 1000 mq örtüklü tabletlər

TERAPİN BİD tərkibi

TERAPİN BİD tərkibi, 1 tabletin tərkibində 875 mq amoksisillin (amoksisillin trihidrat şəklində), 302, 3 mq klavulan turşusu + mikrokristallik sellüloza (125 mq klavulanat turşusuna müvafiq) vardır

Terapin BİD, istifadəsinə göstərişlər

TERAPİN BİD 1000 mq həssas mikroorqanizmlər tərəfindən törədilən bakterial infeksiyaların müalicəsində istifadə olunur: • Yuxarı tənəffüs yollarının infeksiyaları (LOR orqanları daxil olmaqla): təkrarlanan tonzillit, sinusit, orta otit. • Aşağı tənəffüs yollarının infeksiyaları: bronxit, paylı- və bronxopnevmoniya. • Sidik yollarının infeksiyaları: sistit, uretrit, pielonefrit. • Dərinin və yumşaq toxumanın infeksiyaları: sellülit, heyvan dişləmələri. • Stomatoloji infeksiyalar: odontogen abses. • Digər: doğuşdan sonra yaranan sepsis, intraabdominal sepsis.

Əks göstərişlər

Penisillin və sefalosporin sırası antibiotiklərinə qarşı yüksək həssaslıq. TERAPİN BİD 1000 mq preparatının əvvəlki qəbulu zamanı xolestatik sarılıq və ya qaraciyər disfunksiyasının baş verməsi.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadəsinin təhlükəsizliyi öyrənilməmişdir. TERAPİN BİD 1000 mq hamiləlik zamanı istifadəsi tövsiyə edilmir. Mütləq göstəriş olduğu halda, dərman vasitəsi yalnız həkim nəzarəti altında istifadə oluna bilər. TERAPİN BİD 1000 mq hər iki aktiv maddəsi ana südünə ifraz olunur. Laktasiya dövründə istifadəsi mütləq olarsa, körpənin ana südü ilə qidalandırılması dayandırılmalıdır.

İstifadə qaydası və dozası

Böyüklər və 12 yaşından yuxarı uşaqlarda: ağır infeksiyalar və tənəffüs yollarının infeksiyalarında Terapin BİD 1000 mq hər 12 saatdan bir 1 tablet (875 mq amoksisillin + 125 mq klavulan turşusu) çeynənilmədən qəbul edilir. Müalicə müddəti 14 gün təşkil edir. Mədə-bağırsaq sistemi tərəfindən əlavə təsirlərin ehtimalını azaltmaq üçün TERAPİN BİD 1000 mq yeməkdən bilavasitə əvvəl qəbul edilməlidir. Böyrək çatışmazlığı olan pasiyentlərdə, qlomerulyar filtrasiya zamanı KK 30 ml-ə qədər olan pasiyentlərdə istifadə edilə bilər. Dental infeksiya zamanı 12 yaşdan yuxarı şəxslərdə 625 mq dozada gündə 2 dəfə təyin edilir.

Prepared by  T-Soft E-Commerce.