TERAPIN BID FORTE 600MG/42,9MG 100ML SUSP
Bitib
Stokda olanda mənə xəbər verin.Terapin BID Forte, 600 mq/42.9 mq oral suspenziya hazırlanmaq üçün toz
Terapin BID Forte, beynəlxalq patentləşdirilməmiş adı: Amoxicillin + Clavulanic acid
Terapin BID Forte tərkibi
Təsiredici maddə: 5 ml hazır suspenziyanın tərkibində 600 mq amoksisillin və 42,9 mq klavulan turşusu vardır.
İstifadəsinə göstərişlər
Terapin BİD forte həssas mikroorqanizmlər tərəfindən törədilən bakterial infeksiyaların müalicəsində istifadə olunur:
– Təkrarlanan və persistent kəskin orta otit
– Tonzillo-faringit və sinusit
– Aşağı tənəffüs yolları infeksiyaları
– Dəri və yumşaq toxuma infeksiyaları
Əks göstərişlər
Penisillin və sefalosporin sırası antibiotiklərinə qarşı yüksək həssaslıq; əvvəlki qəbulu zamanı xolestatik sarılıq və qaraciyər disfunksiyası.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Təhlükəsizliyi öyrənilmədiyindən hamiləlik dövründə istifadəsi tövsiyə edilmir. Mütləq göstəriş olduqda yalnız həkim nəzarəti ilə istifadə olunmalıdır. Hər iki aktiv maddə ana südünə keçdiyindən laktasiya dövründə istifadə olunarsa, südvermə dayandırılmalıdır.
Pediatriyada istifadəsi
Uşağın bədən çəkisinə əsasən dozalanır. Tövsiyə olunan doza 90/6,4 mq/kq/gün, 2 doza bölünərək 12 saat fasilə ilə verilir. 2 yaşdan kiçik uşaqlarda istifadədən əvvəl su ilə durulaşdırılmalı, durulaşdırılmış məhlul saxlanılmamalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Allergik reaksiyalar, baş ağrısı, başgicəllənmə halları müşahidə oluna bilər. Belə hallar zamanı nəqliyyat vasitələri və mexanizmlərin idarəsi tövsiyə olunmur.
Terapin BID Forte istifadə qaydası
Preparat yeməkdən əvvəl qəbul olunmalıdır. 100 ml suspenziya hazırlamaq üçün ümumilikdə 90 ml qaynadılmış soyuq su əlavə edilir, flakon çalxalanır. Hazır məhlul soyuducuda saxlanmalı və 14 gün ərzində istifadə olunmalıdır. Hər istifadədən əvvəl yaxşı çalxalanmalıdır. Uşaqlarda doza bədən çəkisinə əsasən təyin olunur (məs. 8 kq – 3 ml gündə 2 dəfə, 12 kq – 4.5 ml gündə 2 dəfə və s.).