Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 100 mq tetrasiklin hidroxlorid vardır.
TETRASİKLİN-BELMED – antibiotikdir. Təsiredici madd ə tetrasiklin hidr oxlorid d ərman vasitələrinin bir qrupu olan – sistem istifadə üçün antibakterial vasitə – tetrasiklinlərə aiddir. TETRASİKLİN-BELMED aşağıda qeyd edilən infeksiyaların müalicəsində istifadə edilir: pnevmoniya, bronxit və göyöskürək kimi tənəffüs yolları infeksiyaları ifrazat yollarının infeksiyaları xlamidiya infeksiyası, süzənək və sifilis kimi cinsi yolla keçən xəstəliklər sızanaq-akne kimi dəri infeksiyaları konyunktivit kimi göz infeksiyaları rikketsiyalar tərəfindən törədilən Q qızdırması və gənə qızdırması kimi infeksiyalar brusellyoz, ornitoz, taun, vəba, leptospiroz, qaz qanqrenası, tetanus daxil olmaqla digər infeksiyalar.
tetrasiklinə, digər oxşar antibiotiklərə (məsələn, m inosiklin, doksisiklin) və ya 6 -cı bənddə sadalanan bu dərman preparatının köməkçi maddələrindən hər hansı birinə qarşı allergiyanız varsa uzun müddət ərzində böyrək və ya qaraciyər xəstəliklərindən əziyyət çəkirsinizsə və ya ağır böyrək xəstəliyiniz varsa səpgilərə (xüsusilə üzdə), saçların tökülməsinə, hərarətə, oynaqlarda diskomfort və ya ağrıya səbəb olan sistem qırmızı qurd eşənəyi xəstəliyiniz varsa 18 yaşın altındasınızsa hamiləsinizsə və ya südverən anasınızsa qanda leykositlərin miqdarı aşağıdırsa Tetrasiklin və Vitamin A-nın birlikdə istifadəsi
Hamiləsinizsə və ya südverən anasınızsa, hamilə qaldığınızı ehtimal edirsinizsə, və yaxud hamiləliyi planlayırsınızsa preparatı istifadə etməzdən qabaq müalicə həkiminizlə məsləhətləşin. Hamiləlik zamanı və ya laktasiya dövründə müalicə həkiminiz lazım bilmədiyi təqdirdə bu preparatı istifadə etməyin. TETRASİKLİN-BELMED sizin uşağınızın inkişafına təsir göstərə bilər.
TETRASİKLİN-BELMED preparatı nəqliyyat vasitələrini idarəetmə qabiliyyətinə və mexanizmlərlə məşğul olma qabiliyyətinə təsir göstərmir. TETRASİKLİN-BELMED preparatının t ərkibində allergik reaksiyaların yaranmasına s əbəb olacaq qida boyaları karmuazin Leyk və ponso 4R Leyk vardır.
Həmişə bu d ərman preparatını müalic ə həkiminiz t ərəfindən tövsiy ə edildiyi qaydada q əbul edin. Şübhələriniz yarandığı halda müalicə həkiminizlə məsləhətləşin. TETRASİKLİN-BELMED aşağıdakı qaydada qəbul edilməlidir: Həkiminiz klinik v əziyyətinizdən asılı olaraq siz ə hansı dozanın sizin üçün daha uyğun olduğunu söyləyəcək. TETRASİKLİN -BELMED preparatını müalic ə həkiminiz başqa göst ərişlər verm ədiyi təqdirdə, ən azı 10 gün müddətində qəbul edin.
Böyüklərdə və yaşlılarda istifadəsi: 250 mq h ər 6 saatdan bir. İlk d oza 500 mq (5 tablet) tetrasiklin t əşkil ed ə bilər. Ağır infeksiyalar zamanı həkim sizə hər 6 satdan bir 500 mq (5 tablet) tetrasiklin təyin edə bilər. Bəzi infeksiyalar zamanı istifadə xüsusiyyətləri: dəri infeksiyaları: gündə 250-500 mq bir və ya bir neçə qəbulda, 3 ay ərzində brusellyoz: Streptomisin ilə birlikdə gündə 4 dəfə 500 mq cinsi yollarla ötürülən xəstəliklər: klinik vəziyyətinizdən asılı olaraq gün ərzində 4 dəfə 500 mq, 7 -30 gün müddətində.
Uşaqlarda istifadəsi Preparatın t ərkibində rəngləyici vasit ə karmuazinin (E -122) olması s əbəbindən TETRASİKLİN - BELMED preparatının uşaqlarda istifadəsi əks göstərişdir. Tetrasiklin uzun müdd ət istifadə etdikdə diş minasının boyanmasına v ə skelet sümükl ərinin inkişafına təsir göstərə bilər. TETRASİKLİN-BELMED tabletlər yeməkdən bir saat əvvəl və ya qida qəbulundan iki saat sonra bir stəkan su ilə qəbul edilməlidir. Tableti oturarkən və ya ayaq üstə udun, yatmazdan dərhal əvvəl dərman preparatını qəbul etməyin.
TETRASİKLİN-BELMED preparatını lazım olduğundan artıq miqdarda qəbul etmisinizsə Əgər h əddindən artıq miqdarda TETRASİKLİN -BELMED tabletl əri q əbul etmisinizs ə, d ərhal həkimə müraciət edin. Doza h əddinin aşılması simptomlarına ür əkbulanma, sidikdə kristallar və ya qan, yüksək həssaslıq reaksiyaları aiddir. TETRASİKLİN-BELMED preparatını qəbul etməyi unutmusunuzsa TETRASİKLİN BELMED dozasını qaçırmısınızsa, xatırladığınız anda onu q əbul edin. Növb əti dozanın vaxtı çatmaq üzr ədirsə, təyin olunan vaxta q ədər gözləyin və dərmanın adi dozasını q əbul edin.
Unudulan dozanı kompensasiya etmək üçün ikiqat dozadan istifadə etməyin. TETRASİKLİN-BELMED preparatının istifadəsini vaxtından əvvəl dayandırdığınız halda Özünüzü yaxşı hiss ets əniz belə, TETRASİKLİN-BELMED preparatını istifad ə etməyi həkiminizin təyin etdiyi qaydada davam etdirin. Müalic ə kursunun vaxtından əvvəl dayandırılması infeksiyanın yenidən qayıtmasına səbəb ola bilər.