Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Tetrasiklin 0,1 qr N20 tablet

Məhsul Kodu : 111-25191
Reseptlə satılır
İstehsalçı ölkə: Rusiya
1,09 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Tetrasiklin, örtüklü tabletlər  

 

Tetrasiklin tərkibi 

Təsiredici maddə: 1 tabletin tərkibində (təsiredici maddə hesabı ilə) 100,00 mq tetrasiklin  
hidroxlorid vardır.   

 

Əks göstərişlər 

Tetrasiklinə və preparatın tərkibinə daxil olan komponentlərdən hər hansı birinə qarşı 
hiperhəssaslıq, hamiləlik dövrü, laktasiya dövrü, uşaqlar (8 yaşa qədər), leykopeniya, 
saxaraza/izomaltaza çatışmazlığı, fruktozaya qarşı dözümsüzlük, malabsorbsiyası, böyrək çatışmazlığı, qaraciyər funksiyalarının pozğunluqları.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi     

Hamiləlik dövründə preparatın istifadəsi əks göstərişdir (tetrasiklinlər plasentar baryerdən nüfuz 
edir, dölün sümüklərində və diş əsaslarında toplanır, onların minerallaşmasını pozaraq, sümük 
toxumasında ağır dərəcəli pozğunluqların inkişaf etməsinə səbəb ola bilər). 
FDA təsnifatına əsasən dölə təsir kateqoriyası: D.    
Müalicə müddətində ana südü ilə qidalanmanı dayandırmaq lazımdır (tetrasiklinlər ana südünə 
nüfuz edir və uşaqda sümüklərin və dişlərin inkişafına mənfi təsir göstərə bilər və eləcə də, südəmər körpələrdə fotosensibilizasiya reaksiyalarının, ağız boşluğu və uşaqlıq yolu kandidozunun meydana çıxmasına səbəb ola bilər).  

 

İstifadə qaydası və dozası    

Preparat çox miqdar maye ilə birlikdə daxilə qəbul etmək üçün nəzərdə tutulmuşdur.    
Böyüklərə – hər 6 saatdan bir (sutkada 4 dəfə) 0,3-0,5 q və ya hər 12 saatdan bir (sutkada 2 dəfə) 
0,5-1 q dozada təyin edilir. Preparatın maksimall sutkalıq dozası – 4 q təşkil edir. Müalicə kursu 5
10 gün davam etdirilir.   
8 yaşdan yuxarı uşaqlara – hər 6 saatdan bir 6,25-12,5 mq/kq və ya hər 12 saatdan bir 12,5-25 
mq/kq dozada təyin edilir.    
Sızanaqlı səpgilər zamanı – 0,5-2 q/sutkada bir neçə dəfəlik qəbula bölünmüş dozalarda təyin edilir. 
Pasiyentin vəziyyəti yaxşılaşdığı halda (adətən 3 həftədən sonra), preparatın dozası tədricən 0,1-1 q dəstəkləyici dozaya qədər aşağı salınmalıdır. Preparatı günaşırı və ya fasiləli müalicə şəklində 
istifadə etdikdə, sızanaqlı səpgilərin müvafiq remissiyası əldə edilə bilər.    
Brusellyoz – 3 həftə müddətində hər 6 saatdan bir 0,5 q, eyni zamanda 1 həftə müddətində hər 12 
saatdan bir və daha sonra 2 həftə müddətində sutkada 1 dəfə əzələ daxilinə 1 q dozada streptomisin yeridilməlidir.   
Ağırlaşmamış qonoreya – preparatın başlanğıc birdəfəlik dozası 1,5 q, sonra 4 gün müddətində hər 6 saatdan bir 0,5 q (ümumi doza 9 q) təşkil edir.   
Sifilis – 15 gün müddətində (erkən sifilis) və ya 30 gün müddətində (gecikmiş sifilis) hər 6 saatdan bir 0,5 q dozada təyin edilir.    
Chlamydia trachomatis mikroorqanizmlərinin törətdikləri ağırlaşmamış uretral, endoservikal və 
rektal infeksiyalar – ən azı 7 gün müddətində hər 6 saatdan bir 0,5 q dozada təyin edilir.    
Laym xəstəliyi (yalnız erkən mərhələsi) – 10-14 gün müddətində sutkada 1,0-1,5 q dozada təyin 
edilir.    
Listerioz – 7-10 gün müddətində hər 6 saatdan bir 0,2-0,3 q dozada təyin edilir.    
Aktinomikoz – ilk 10 gün müddətində sutkada 3 q, daha sonra son 18 gün müddətində hər 6 saatdan bir 0,5 q dozada təyin edilir.    
Xlamidioz – 10 gün müddətində (“yeni” formaları) və 15-20 gün müddətində (xroniki, ağırlaşmış 
formaları) sutkada 1,5-2 q dozada təyin edilir.    
Qasıq qranulyoması, zöhrəvi limfoqranulyoma – 3-4 həftə müddətində hər 6 saatdan bir 0,5 q 
dozada təyin edilir.   
Psittakoz – hər 6 saatdan bir 0,5 q dozada təyin edilir (xəstəlik simptomlarının zəifləməsi və aradan qalxması 24-48 saatdan sonra baş verir). Residivin qarşısını almaq məqsədi ilə müalicəni, bədən temperaturu normalaşandan sonra, 7-14 gün müddətində davam etdirmək lazımdır.    
Vezikulyar rikketsioz – 8-10 gün müddətində sutkada 0,8-1,2 q dozada təyin edilir.   
Tulyaremiya – sutkada 1,5-2 q dozada təyin edilir. Bədən temperaturu normalaşdıqdan sonra, 
müalicəni 5-7 gün müddətində davam etdirmək lazımdır.   
Frambeziya – 14 gün müddətində hər 6 saatdan bir 0,5 q dozada təyin edilir.   
Taun – sutkada 6 q-a qədər təyin edilir. Pasiyentin vəziyyəti yaxşılaşdıqda, bədən temperaturu 
normalaşana qədər dozanı sutkada 2 q-a qədər, lakin ən azı 3 gün müddətində, aşağı salmaq 
lazımdır. Xəstə ilə kontaktda olan şəxslər, preparatı kurs şəklində hər 6 saatdan bir 0,3 q dozada 
qəbul etməlidirlər.    

Prepared by  T-Soft E-Commerce.