Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddər: 2 ml (1 ampul) məhlulun tərkibində 4 mq tiokolxikozid vardır.
TİOMAKS 16 yaşdan yuxarı yeniyetmələrdə və böyüklərdə skelet-əzələ spazmları və kontraktura ilə müşayiət olunan əzələ, revmatoloji, travmatik və nevroloji xəstəliklərin (Tortikolis, Dorsalgiya, Onurğa sütununun degenerativ xəstəlikləri, lümbaqo, Onurğa sütununun statik patologiyası, Travmatik və nevrolojı mənşəli əzələ spazmları, Reabilitasiya dövründə əzələ kontrakturlarının qarşısını almaq üçün) adyuvant (köməkçi) müalicəsi kimi istifadə olunur.
• Tiokolxikozidə və ya preparatın tərkibinə daxil olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq (allergiya); • Əzələlərin hipotoniyası; • Yüngül iflic; • Hamilə qalmaq potensialı olan qadınlarda istifadəsi, hamiləlik və hamiləliyin planlaşdırılması dövrü; • Laktasiya dövrü. • 16 yaşa qədər uşaqlarda istifadəsi
Hamiləlik dövründə hər hansı bir preparatı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşin. Hamilə qadınlar üzərində heç bir t ədqiqat aparılmadığına gör ə preparatın embrion v ə dölə mənfi təsirihaqqında heç bir m əlumat yoxdur. Buna gör ə də TİOMAKS hamiləlik dövründ ə və yaxud kontraseptiv preparatlar istifad ə etməyən v ə hamilə qalmaq potensialı olan qadınlarda istifad ə olunmamlıdır. Laktasiya dövründə istifadəsi Tiokolxikozid ana südü ilə ifraz olunduğundan laktasiya dövründə istifadəsi əks göstərişdir.
Uşaqlar və yeniyetmələrdə istifadəsi 16 yaşa qədər uşaqlara preparat təyin olunmamalıdır.
Kliniki tədqiqatlar zamanı tiokolxikozidin sürətli psixomotor reaksiya ya və diqqətə təsir etməsi müəyyən edilməməişdir. Müalicə dövründə nəqliyyat vasitələri idarə edərkən və ya sürətli psixomotor reaksiya və yüksək diqqət tələb edən digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olarkən ehtiyatlı olmaq lazımdır.
TİOMAKS preparatını hərzaman həkiminizin təyinatına uyğun qəbul edin. Əgər əmin deyilsinizsə, həkiminizlə və ya əczaçı ilə dəqiqləşdirə bilərsiniz. Tövsiyə olunan maksimal doza ardıcıl 5 gün ərzində hər 12 saatda 4 mg (gündə 8 mg) təşkil edir. TİOMAKS-ı təyin olunmuş müalicə müddətindən artıq və daha yüksək dozalarda qəbul etmək olmaz.
Bu dərman vasitəsinin uzun müddətli müalicə üçün istifadə olunması tövsiyə edilmir! Fizioterapevtik prosedurlar ilə yanaşı istifadə zamanı arzuolunan miorelaksant effekti əldə etmək üçün müalicəvi təsir müddətinin 30-40 dəqiqə təşkil etdiyini nəzərə almaq lazımdır. İstifadə qaydası Xüsusi təlim keçmiş tibb işçisi tərəfindən əzələdaxili inyeksiya şəklində yeridilir. Müxtəlif yaş qrupları Uşaq və yeniyetmələrdən istifadəsi 16 yaşa qədər uşaqlar və yeniyetmələrdə istifadəsi əks göstərişdir.
Yaşlı xəstələrdə istifadəsi Yaşlı xəstələrdə TİOMAKS-ın istifadəsi haqqında məlumat yoxdur. Böyrək / qaraciyər çatışmazlığı xəstələrdə istifadəsi Böyrək / qaraciyər çatışmazlığı olan xəstələrdə TİOMAKS-ın təhlükəsizliyi və effektivliyi araşdırılmamışdır. TİOMAKS-ın qida və içki ilə qəbulu Prepartın qida və içki ilə birlikdə qəbulunun heçbir qarşılıqlı təsiri yoxdur. TİOMAKS qəbulunu unudmusunuzsa Unudulmuş dozanı bərpa etmək üçün ikiqat doza qəbul etməyin.
Əgər TİOMAKS-ın təsirinin çox güclü və ya zəif olduğunu müşahidə etsəniz, bunu həkiminizə və ya əczaçınıza bildirin.