Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq ornidazol vardır.
Trixomoniaz: qadınlarda və kişilərdə Trichomonas vaginalis-lə törədilən sidik-cinsiyyət sisteminin infeksiyası. Amöbiaz: Entamoeba histolytica tərəfindən törədilən bütün bağırsaq infeksiyaları, amöb dizenteriyası daxil olmaqla. Amöbiazın bütün bağırsaqdankənar formaları, xüsusən qaraciyərin amöb absesi. Lyamblioz. Yoğun bağırsaqda və ginekoloji əməliyyatlar zamanı anaerob infeksiyaların profilaktikası.
Ornidazola, digər nitroimidazol törəmələrinə və ya preparatın hər hansı komponentə qarşı yüksək həssaslıq. MSS xəstəlikləri, qanın diskraziyası və ya digər qan analizi anomaliyası.
Hamilə qadınlarda ehtiyatla təyin olunmalıdır və mütləq göstəriş olmadıqda hamiləliyin erkən dövründə istifadə olunmamalıdır. Ornidazolun ana südünə keçməsi haqqında məlumat mövcud deyil. Laktasiya dövründə olan ana üçün preparatla müalicənin faydası və uşaq üçün ana südü ilə qidalandırılmasının faydası nəzərə alınmalıdır.
Tiberal® tabletləri yeməkdən sonra su ilə daxilə qəbul etmək lazımdır. Standart doza Ornidazol qızarma, keyləşmə, qızdırma, ürəkbulanma və qusma, hipotoniya və sancma kimi reaksiyaların yaranmasına səbəb ola biləcəyindən, müalicə zamanı və müalicədən sonra ən azı 3 gün ərzində alkoqol qəbul edilməməlidir. Trixomoniaz Tiberal® 500 mq örtüklü tablet 1 günlük və 5 günlük müalicə sxemi ilə təyin olunur.
Müalicə müddəti Gündəlik doza (500 mq-lıq tab.) 1 gün 3 tablet axşam, bir dəfəyə 5 gün 1 tablet səhər 1 tablet axşam
Ehtimal olunan təkrar yoluxmanın qarşısını almaq üçün cinsi tərəfdaş da bütün hallarda həmin müalicə kursunu keçməlidir.
Uşaqlar üçün gündəlik doza 25 mq/kq təşkil edir və bir dəfəyə qəbul edilir. Amöbiaz a) amöb dizenteriya: 3 günlük müalicə kursu; b) amöbiazın bütün digər formaları: 5-10 günlük müalicə kursu;
Müalicənin müddəti Gündəlik doza Böyüklər və 35 kq-dan artıq bədən kütləsi olan uşaqlar (500 mq-lıq tab) 35 kq-a qədər bədən kütləsi olan uşaqlar 3 gün 3 tablet axşam, bir dəfəyə; 60 kq-dan artıq bədən kütləsi olan xəstələrə: 4 tablet (2 tablet səhər, 2 tablet axşam) 40 mq/kq tək dozada 5-10 gün 2 tablet (1 tablet səhər, 1 tablet axşam) 25 mq/kq tək dozada
Lyamblioz Müalicənin müddəti Gündəlik doza Böyüklər və 35 kq-dan artıq bədən kütləsi olan uşaqlar
35 kq-a qədər bədən kütləsi olan uşaqlar 1-2 gün
3 tablet axşam, bir dəfəyə 40 mq/kq tək dozada
Yoğun bağırsaqda və ginekoloji əməliyyatlar zamanı anaerob infeksiyaların müalicəsi İlkin olaraq, 500-1000 mq ornidazol, sonra hər 12 saatdan bir 500 mq venadaxili təyin edilir. Mümkün olan kimi parenteral müalicəni peroral müalicə ilə əvəz etmək lazımdır, yəni 1 tablet hər 12 saatdan bir. Müalicə müddəti 3-5 gün təşkil edir. Uşaqlar üçün 2 qəbula bölünmüş 20 mq/kq təşkil edir. Yoğun bağırsaqda və ginekoloji əməliyyatlar zamanı anaerob infeksiyaların profilaktikası Əməliyyatdan əvvəl venadaxili 1000 mq metronidazol yeridilir. Xüsusi qrup xəstələrə dair əlavə məlumat Böyrək çatışmazlığı olan xəstələr Böyrək çatışmazlığı olan xəstələrdə doza tənzimlənməsinə ehtiyac yoxdur. Qaraciyər çatışmazlığı olan xəstələr Ağır qaraciyər çatışmazlığı olan xəstələrdə qəbul arası interval 2 dəfə uzadılmalıdır. Pediatrik xəstələr Uşaqlarda istifadəsinə dair məlumatını "İstifadə qaydası və dozası" bölməsində baxın. Yaşlı xəstələr Yaşlılarda preparatın istifadəsinə dair klinik məlumat yoxdur.