Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

TORNAKSON 0,5GR N1 FLK+AMP

Məhsul Kodu : 111-17674
Reseptlə satılır
İstehsalçı ölkə: Türkiye
3,08 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

TORNAKSON, 0,5 q/2 ml əzələdaxili inyeksiya məhlulu hazırlamaq üçün toz və

TORNAKSON tərkibi

Təsiredici maddə: 1 flakonda 0,5 q seftriaksona ekvivalent 0,596 q dinatrium seftriakson və 3,5 H2O vardır. Həlledici: 1%-li lidokainin məhlulu.

İstifadəsinə göstərişlər

Seftriakson böyüklərdə və uşaqlarda, o cümlədən vaxtında doğulmuş yenidoğulmuşlarda (doğulduqları gündən etibarən) aşağıda sadalanan infeksiyaların müalicəsi üçün istifadə olunur: • bakterial meningit; • xəstəxanadankənar pnevmoniya; • xəstəxanadaxili pnevmoniya; • kəskin orta otit; • qarın boşluğunun infeksiyaları; • böyrəklərin və sidik yollarının fəsadlaşmış infeksiyaları (o cümlədən pielonefrit); • sümük və oynaq infeksiyaları; • dərinin və yumşaq toxumaların fəsadlaşmış infeksiyaları; • qonoreya (süzənək); • sifilis; • bakterial endokardit. Seftriakson aşağıdakı hallarda istifadə edilə bilər: • ağciyərlərin xroniki obstruktiv xəstəliklərinin müalicəsi zamanı; • böyüklərdə və uşaqlarda həyatlarının 15 -ci günündən etibarən borreliozun müalicəsi zamanı (erkən (II) və gecikmiş (III) mərhələlər); • əməliyyatönü infeksiyaların profilaktikası üçün; • neytropeniyalı pasiyentlərdə bakterial infeksiyaların müalicəsi zamanı; • yuxarıda sadalanan infeksiyalarla kombinasiyada baş verən və ya onlarla bağlı olması ehtimal edilən sepsisin müalicəsi zamanı. Əgər preparatın antibakterial spektri infeksiyanın bütün potensial törədicilərini əhatə etmirsə, onu həmişə digər antibakterial maddələrlə kombinasiyada təyin etmək lazımdır. Bakteriyaların rezistentliyinə və antibakterial preparatların lazımi qaydada isti fadəsinə dair yerli rəsmi tövsiyələri nəzərə almaq lazımdır.

Əks göstərişlər

Seftriaksona, digər sefalosporinlərə və ya köməkçi maddələrdən hər-hansı birinə qarşı hiperhəssaslıq; - anamnezdə hər hansı digər beta-laktam antibakterial maddələrə (penisillinlərə, monobaktamlara və karbopenemlərə) qarşı ağır hiperhəssaslıq (məsələn, anafilaktik reaksiya); Seftriakson, həmçinin, əks göstərişdir: 41 həftəsinə qədər yarımçıq doğulmuş yenidoğulmuşlara (hestasiya yaşı + xronoloji yaş)*. Vaxtında doğulmuş yenidoğulmuşlara (28 gününə qədər): - hiperbilirubinemiyalı, sarılığı və ya hipoalbuminemiya və ya asidoz lu uşaqlar (belə ki, bu vəziyyətlərdə bilirubin ilə birləşmə pozulur*); - seftriakson kalsium duzunun çökməsi riski olduğu üçün kalsiumun venadaxili istifadəsi və ya kalsium tərkibli infuziyanın aparılmasına ehtiyac olduqda (və ya ehtimal olunduqda). *İn vitro tədqiqatlar göstərmişdir ki, seftriakson qan zərdabında bilirubinin album inlə birləşmə yerindən sıxışdırıb çıxara bilər, bu isə belə xəstələrdə bilirubin ensefalopatiyasının potensial riskinə gətirib çıxarır. Həlledici kimi lidokain məhlulundan istifadə olunmaqla seftriaksonun əzələdaxili inyeksiyasından əvvəl lidokainin istifadəsinə görə əks göstərişləri istisna etmək lazımdır.

Lidokain tərkibli seftriakson məhlullarını venadaxili istifadə etmək olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır. Hamiləlik Hamiləlik dövründə preparat yalnız o halda istifadə edilə bilər ki, həkimin fikrincə ana üçün müalicədən gözlənilən fayda döl üçün potensial riskdən üstün olmuş olsun. Seftriakson plasentar baryerdən keçir. Heyvanlar üzərində aparılan tədqiqatlarda embrion un və ya dölün inkişafına, perinatal və ya postnatal inkişafa seftriaksonun mənfi təsir göstərdiyi müşahidə edilməmişdir.

Laktasiya dövrü Seftriakson cüzi miqdarda ana südü ilə xaric olur. Müalicəvi dozaları südəmər uşağa təsir göstərmir, lakin uşaqda diareyanın inkişafının və selikli qişaların göbələklərlə infeksiyalaşmasının mümkünlüyünü istisna etmək olmaz. Həmçinin yüksək həssaslığın baş verməsinin mümkünlüyünü nəzərə almaq lazımdır. Ana südü ilə qidalandırma dövründə (laktasiya dövründə) həmçinin, ana və uşaq üçün fayda -risk nisbətini nəzərə almaqla, seftriaksonla müalicənin və ya ana südü ilə qidalandırmanın dayandırılmasının mümkünlüyü məsələsini nəzərdən keçirmək lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Bəzən seftriaksondan istifadə zamanı başgicəllənmə baş verdiyindən, o, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilər. Pasiyentlər nəqliyyat vasitələrini və yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən digər potensial təhlükəli mexanizmləri idarə edərkən ehtiyatlı olmalıdırlar.

TORNAKSON istifadə qaydası və dozası

Tornakson dərman preparatı həkimin tövsiyələrinə uyğun olaraq istifadə edilməlidir. Şübhə olarsa, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Dərman preparatının dozası infeksiyanın ağırlığından, törədicinin həssaslığından, lokalizasiyasından və növündən, həmçinin hər bir konkret pasiyentin yaşından, qaraciyərinin və böyrəklərinin funksional göstəricilərindən asılıdır. Aşağıda tövsiyə olunan dozalar aşağıda göstərilən göstərişlər üçün adi tövsiyə olunan dozalardır.

Xüsusi ağır hallarda tövsiyə olunan dozaların yuxarı həddinə aid dozaların təyin olunmasının mümkünlüyünü nəzərdən keçirmək lazımdır. Böyüklər və 12 yaşdan böyük uşaqlar (≥ 50 kq) * Təsdiq olunmuş bakteriemiya zamanı pasiyentlərə tövsiyə olunan intervalın yuxarı sərhəd dozasını təyin etmək lazımdır. **Əgər gündə 2 q-dan artıq doza istifadə edilərsə, preparatın dozasını bölmək və hər 12 saatdan bir yeritmək olar. Böyüklərdə və 12 yaşdan böyük uşaqlarda (≥ 50 kq) xüsusi dozalanma rejimi tələb edən göstərişlər Kəskin orta otit Tornakson 1 -2 q birdəfəlik dozada əzələdaxili yeridilə bilər.

Məhdud məlumatlar göstərir ki, xəstəliyin ağır gedişi zamanı və ya əvvəlki müalicənin qeyri-effektiv olduğu zaman, seftriakson 3 gün müddətində gündə 1-2 q dozada əzələdaxili yeridilmə zamanı effektiv ola bilər. Əməliyyatönü infeksiyaların profilaktikası zamanı dozalanma Əməliyyat öncəsi 2 q birdəfəlik doza yeridilir. Qonoreya (süzənək) zamanı dozalanma 500 mq birdəfəlik dozada əzələdaxili yeridilməsi tövsiyə olunur. Sifilis zamanı dozalanma Adətən gündə 1 dəfə 500 mq - 1 q doza tövsiyə olunur, sinir sisteminin sifilisi zamanı dozanı gündə 2 q-a qədər yüksəltmək lazımdır, müalicə kursunun davametmə müddəti – 10-14 gündür.

Sifilisin, o cümlədən neyrosifilisin müalicəsinə dair tövsiyələr məhdud e lmi məlumatlara əsaslanır. Antibiotik müalicəsi üzrə regional tövsiyələri nəzərə almaq lazımdır. Borrelioz zamanı dozalanma (erkən (II) və gecikmiş (III) mərhələlər) 14-21 gün müddətində gündə 1 dəfə 2 q. Müalicə kursunun davametmə müddətini təyin edərkən antibiotik müalicəsi üzrə regional tövsiyələri nəzərə almaq lazımdır.

Seftriaksonun dozası* Yeridilmə tezliyi** İstifadəsinə göstərişlər 1 q-dan 2 q-a qədər Gündə 1 dəfə Xəstəxanadankənar pnevmoniya Ağciyərlərin xroniki obstruktiv xəstəliklərinin kəskinləşməsi Qarın boşluğunun infeksiyaları Böyrəklərin və sidik yollarının fəsadlaşmış infeksiyaları (o cümlədən pielonefrit) 2 q Gündə 1 dəfə Xəstəxanadaxili pnevmoniya Dərinin və yumşaq toxumaların fəsadlaşmış infeksiyaları Sümük və oynaq infeksiyaları 2 q-dan 4 q-a qədər Gündə 1 dəfə Neytropeniyalı pasiyentlərdə bakterial infeksiyalar Bakterial perikardit Beyin qişalarının bakterial infeksiyaları Uşaqlar və yeniyetmələr Yenidoğulmuşlar, 1 yaşa qədər uşaqlar və 15 günlükdən 12 yaşa qədər (< 50 kq) uşaqlar Bədən kütləsi 50 kq-dan artıq olan uşaqlarda böyüklər üçün standart doza istifadə olunur. * Təsdiq olunmuş bakteriemiya zamanı pasiyentlərə tövsiyə olunan intervalın yuxarı sərhəd dozasını təyin etmək lazımdır. ** Əgər gündə 2 q-dan artıq doza istifadə edilərsə, preparatın dozasını bölmək və hər 12 saatdan bir yeritmək olar. Yenidoğulmuşlarda, 1 yaşa qədər uşaqlarda və 15 günlükdən 12 yaşa qədər (< 50 kq) uşaqlarda xüsusi dozalanma rejimi tələb edən göstərişlər Kəskin orta otit Kəskin orta otitin müalicəsinin başlanğıcında Tornakson 50 mq/kq birdəfəlik dozada əzələdaxili yeridilə bilər.

Məhdud məlumatlar göstərir ki, xəstəliyin ağır gedişi zamanı və ya əvvəlki müalicənin qeyri-effektiv olduğu zaman, seftriak -son 3 gün müddətində gündə bir dəfə 50 mq/kq dozada əzələdaxili yeridilmə zamanı effektiv ola bilər. Əməliyyatönü infeksiyaların profilaktikası zamanı dozalanma Əməliyyat öncəsi 60-80 mq/kq birdəfəlik doza yeridilir. Sifilis zamanı dozalanma Adətən gündə 1 dəfə 75 -100 mq/kq doza (maksimum 4 q) tövsiyə olunur, müalicə kursunun davametmə müddəti – 10-14 gün-dür. Sifilisin, o cümlədən neyrosifilisin müalicəsinə dair tövsiyələr məhdud elmi məlumatlara əsaslanır.

Antibiotik müalicəsi üzrə regional tövsiyələri nəzərə almaq lazımdır. Borrelioz zamanı dozalanma (erkən (II) və gecikmiş (III) mərhələlər) 14-21 gün müddətində gündə 1 dəfə 50 -80 mq/kq Müalicə kursunun davametmə müddətini təyin edərkən antibiotik müalicəsi üzrə regional tövsiyələri nəzərə almaq lazımdır. 0-14 günlük yenidoğulmuşlar Tornaksonun sonuncu menstruasiya vaxtından 41 həftəlik korriqəolunmuş yaşa qədər (hamiləlik həftələri+həyat həftələri) yenidoğulmuşlarda istifadəsi əks göstərişdir. Seftriaksonun dozası* Yeridilmə tezliyi** Göstərişlər 50-80 mq/kq gündə 1 dəfə Qarın boşluğunun infeksiyaları Böyrəklərin və sidik yollarının fəsadlaşmış infeksiyaları (o cümlədən pielonefrit) Xəstəxanadankənar pnevmoniya Xəstəxanadaxili pnevmoniya 50-100 mq/kq.

(maksimum 4 q) gündə 1 dəfə Dərinin və yumşaq toxumaların fəsadlaşmış infeksiyaları Sümük və oynaq infeksiyaları Neytropeniyalı pasiyentlərdə bakterial infeksiyalar 80-100 mq/kq. (maksimum 4 q) gündə 1 dəfə Beyin qişalarının bakterial infeksiyaları 100 mq/kq (maksimum 4 q) gündə 1 dəfə Bakterial endokardit Seftriaksonun dozası* Yeridilmə tezliyi Göstərişlər 20-50 mq/kq gündə 1 dəfə Qarın boşluğunun infeksiyaları Dərinin və yumşaq toxumaların fəsadlaşmış infeksiyaları Böyrəklərin və sidik yollarının fəsadlaşmış infeksiyaları (o cümlədən pielonefrit) Xəstəxanadankənar pnevmoniya Xəstəxanadaxili pnevmoniya Sümük və oynaq infeksiyaları Neytropeniyalı pasiyentlərdə bakterial infeksiyalar 50 mq/kq gündə 1 dəfə Beyin qişalarının bakterial infeksiyaları Bakterial perikardit * Təsdiq olunmuş bakteriemiya zamanı pasiyentlərə tövsiyə olnan intervalın yuxarı sərhəd dozasını təyin etmək lazımdır. Maksimal tövsiyə olunan 50 mq/kq doza aşılmamalıdır. Xüsusi dozalanma rejimi tələb olunan 0-14 günlük yenidoğulmuşlarda göstərişlər Kəskin orta otit Kəskin orta otitin müalicəsinin başlanğıcında Tornakson 50 mq/kq birdəfəlik dozada əzələdaxili yeridilə bilər.

Əməliyyatönü infeksiyaların profilaktikası zamanı dozalanma Əməliyyatdan əvvəl 20-50 mq/kq birdəfəlik dozada yeridilir. Sifilis zamanı dozalanma Adətən gündə 1 dəfə 50 mq/kq doza tövsiyə edilir, müalicə kursunun davametmə müddəti – 10-14 gündür. Sifilisin, o cümlədən neyrosifilisin müalicəsi üzrə tövsiyələr məhdud elmi məlumatlara əsaslanır. Antibiotik müalicəsinə dair yerli tövsiyələri nəzərə almaq lazımdır.

Müalicə kursu Müalicə kursu infeksiyanın ağırlığından asılıdır. Antibiotik müalicəsinin ümumi prinsiplərinə əsasən seftriaksonla müalicə qızdırma aradan qalxdıqdan və ya bakterial törədicinin eradikasiyasının təsdiq edilməsindən sonra daha 48-72 gün davam etdirilməlidir. Ahıl yaşlı pasiyentlər Böyrək və qaraciyər funksiyası normal olan ahıl yaşlı pasiyentlərdə dozaya düzəliş edilməsinə ehtiyac yoxdur. Qaraciyər çatışmazlığı olan pasiyentlərdə dozalanma Əgər böyrək funksiyası pozulmamışdırsa, yüngül və orta dərəcəli qaraciyər çatışmazlığı olan pasiyentlərdə dozaya düzəliş edilməsinə ehtiyac yoxdur.

Qaraciyər funksiyasının ağır pozğunluğu olan pasiyentlərdə seftriaksonun istifadəsinə dair məlumat yoxdur. Böyrək çatışmazlığı olan pasiyentlərdə dozalanma Əgər qaraciyər funksiyası normal olarsa, böyrək çatışmazlığı zamanı dozaya düzəliş edilməsi tələb olunmur. Kreatinin klirensi 10 ml/dəq-dən aşağı olarsa, gündə 2 q-dan artıq preparat yeritmək olmaz. Dializdə olan pasiyentlərdə dializdən sonra əlavə olaraq seftriaksonun əvəzedici dozasının yeridilməsinə ehtiyac yoxdur.

Seftriakson qandan hemodializ və ya peritoneal dializ vasitəsilə xaric olunmur. Klinik effektivliyin və təhlükəsizliyin qiymətləndirilməsi məqsədilə diqqətli tibbi monitorinqin aparılması tövsiyə olunur. Ağır qaraciyər və böyrək çatışmazlığı olan pasiyentlərdə dozalanma Kombinəolunmuş böyrək -qaraciyər çatışmazlığı olan pasiyentlərdə klinik effektivliyin və təhlükəsizliyin qiymətləndirilməsi məqsədilə diqqətli tibbi monitorinqin aparılması tövsiyə olunur. İstifadə qaydası və dozası Tornakson ən azı 30 dəqiqə müddətində venadaxili infuziya yolu ilə (tövsiyə olunan yeridilmə yolu) və ya tədrici venadaxili inyeksiya (5 dəqiqə müddətində) yolu ilə və ya dərin əzələdaxili inyeksiya yolu ilə yeridilə bilər.

Fasiləli inyeksiya yolu ilə 5 dəqiqədən artıq müddət ərzində venadaxili yeridilməni iri venalarda həyata keçirmək tövsiyə olunur. 1 yaşa qədər və 12 yaşa qədər uşaqlara 50 mq/kq b.k. və daha böyük venadaxili dozaları infuziya şəklində yeritmək lazımdır. Bi lirubin ensefalopatiyası riskini aşağı salmaq üçün yenidoğulmuşlara seftriaksonun venadaxili məhlullarını 60 dəqiqədən az olmayan müddət ərzində yeritmək lazımdı (bax: “Əks göstərişlər” və “Xüsusi xəbərdarlıqlar və ehtiyat tədbirləri”).

Əzələdaxili istifadə zamanı preparat əzələnin iri massivinə dərinə yeritmək lazımdır, bədənin bir nahiyəsinə 1 q-dan artıq yeritmək olmaz. Əzələdaxili yeridilmə üsulu o zaman nəzərdə tutulmalıdır ki, venadaxili yeridilmə üsulu mümkün olmasın və ya bu pasiy ent üçün az sərfəli olsun. 2 q -dan yüksək dozalar venadaxili yeridilməlidir. Dərman maddəsinin lidokainlə məhlulunu venadaxili yeritmək olmaz (bax: “Əks göstərişlər”).

Əmin olmaq lazımdır ki, lidokain üçün əks göstərişlərin pasiyentə aidiyyatı yoxdur. Venadaxili infuziya vasitəsilə yeridilməsi lazım gələn kalsium preparatlarının, o cümlədən kalsium tərkibli uzunmüddətli venadaxili infuziya məhlullarının, məsələn, parenteral qidalanma üçün məhlulların venadaxili yeridilməsi lazım gələn (və ya lazım gələ bilən) yenidoğulmuşlara (28 günlüyə qədər) Seftriakson əks göstərişdir, belə ki, bu zaman seftriaksonun kalsium duzu çöküntüsünün yaranma riski mövcuddur (bax: “Əks göstərişlər”). Seftriaksonun həll edilməsi və ya həll edilmiş tozun sonradan venadaxili yeridilmə məqsədilə durulaşdırılması üçün tərkibində kalsium olan həlledicilərdən (məsələn, Ringer məhlulu və ya Hartman məhlulu) istifadə etmək olmaz, belə ki, çöküntülərin çökməsi b aş verə bilər. Seftriakson kalsium çöküntüsü, həmçinin seftriaksonun kalsium tərkibli məhlullarla bir infu -ziya xəttində qarışdırılması zamanı əmələ gələ bilər.

Seftriaksonu fasiləsiz infuziya üçün kalsium tərkibli məhlullarla birlikdə yeritmək olmaz. Əməliyyatönü infeksiyaların profilaktikası məqsədilə seftriaksonu əməliyyatdan 30-90 dəqiqə əvvəl yeritmək lazımdır. Seftriaksonun həll edilməsinə və durulaşdırılmasına dair ətraflı təlimat “Dərman maddəsinin istifadəyə hazırlanmasına dair təlimat” bölməsində verilmişdir. Dərman maddəsini istifadəyə hazırlamaq üçün təlimatlar Dərman maddəsini istifadə etməzdən əvvəl onun yararlılıq müddətini yoxlamaq lazımdır.

Qablaşdırmanın üzərində qeyd edilən yararlılıq müddəti bitdikdən sonra dərman preparatını istifadə etmək olmaz. Dərman maddəsinin yeridilməsindən əvvəl məhlulun şəffaf olmasına və içərisində həll olunmamış hissəciklərin olmadığına əmin olmaq lazımdır. Əgər məhlul bulanıq olarsa və ya içərisində həll olunmamış hissəciklər olarsa, onu istifadə etmək olmaz. Məhlul rəng siz və ya açıqsarı rəngli olmalıdır, rəngin intensivliyi həlledicinin növündən və seftriaksonun konsentrasiyasından asılıdır.

Məhlulun hazırlanması üçün inyeksiya üçün sudan və ya aşağıda sadalanan həlledicilərdən hər hansı birindən istifadə edilməlidir. Əzələdaxili inyeksiya Dərman maddəsini inyeksiya üçün suyun və ya 1%-li lidokain məhlulunun müvafiq miqdarında həll etdikdən sonra əzələdaxili dərinə yeritmək lazımdır. Dərman preparatının lidokaində məhlulunu vena daxilinə yeritmək olmaz. 2 q-dan yüksək dozaları venadaxili yeritmək lazımdır.

Venadaxili inyeksiya (5 dəqiqə) Flakonun möhtəviyyatı dozadan asılı olaraq və yuxarıdakı cədvəldə olan məlumatlara uyğun şəkildə inyeksiya üçün suyun lazım olan həcmində həll edilir. Venadaxili infuziya (ən azı 30 dəqiqə) Seftriaksonun 10 mq/ml -dən 40 mq/ml -ə qədər konsentrasiyalarda venadaxili infuziya üçün məhlullarının hazırlanması məqsədilə, toz inyeksiya üçün suda həll edilir. Alınmış məhlulu aşağıdakı məhlulların biri ilə durulaşdırmaq lazımdır: • 0,9%-li natrium xlorid məhlulu, • 5%-li qlükoza məhlulu, • 10%-li qlükoza məhlulu, • 6%-li dekstran məhlulu 5%-li qlükoza məhlulunda, • 0,45%-li natrium xlorid məhlulu 2,5%-li qlükoza məhlulunda. Mövcud praktik qaydalara uyğun olaraq məhlulları bilavasitə yeridilmədən əvvəl hazırlamaq tövsiyə olunur.

Hazırlanmış məhlulu soyuducuda (2°C-8°C temperaturda) 24 saat müddətində saxlamaq olar. Natrium xlorid və qlükozadan istifadə etməklə hazırlanan venadaxili infuziya üçün məhlulları soyuducuda (2°C-8°C) saxlamaq olmaz, belə ki, bu maddələr arasında aşağı temperaturlarda fiziki uyuşmazlıq mövcuddur. Seftriaksonun həll edilməsi və ya həll edilmiş tozun sonradan venadaxili yeridilmə məqsədilə durulaşdırılması üçün tərkibində kalsium olan həlledicilərdən (məsələn, Ringer məhlulu və ya Hartman məhlulu) istifadə etmək olmaz, belə ki, çöküntülərin çökməsi b aş verə bilər. Seftriakson kalsium çöküntüsü, həmçinin seftriaksonun kalsium tərkibli məhlullarla bir infu -ziya xəttində qarışdırılması zamanı əmələ gələ bilər.

Seftriaksonu Y -şəkilli üçağızlı boru va -sitəsilə yeridilən parenteral qidalanma üçün məhlullar daxil olmaqla, fasiləsiz infuziya üçün kalsium tərkibli məhlullarla birlikdə yeritmək olmaz. Yenidoğulmuşlardan başqa, qalan pasiyentlərdə seftriaksonu kalsiumtərkibli məhlullarla ardıcıl şəkildə yeritmək olar, bir şərtlə ki, infuziya xətləri yeridilmələ r arasında diqqətlə yuyulsun. Tornaksonun dozasının istifadəsi unudulduqda Əgər preparat dəqiq təyin edilmiş vaxtda istifadə edilməzsə, onu mümkün qədər tez istifadə etmək (əgər preparatın növbəti istifadə vaxtına qədər kifayət qədər vaxt qalmışdırsa) və ya preparatın müntəzəm istifadəsini davam etdirmək lazımdır. Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza istifadə etmək olmaz.

Prepared by  T-Soft E-Commerce.