Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Triakson 1 qr N1 flakon

Məhsul Kodu : 111-01283
Reseptlə satılır
İstehsalçı ölkə: Türkiye
5,51 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

TRİAKSON, ə/d inyeksiya məhlulu hazırlamaq üçün toz 

Triakson tərkibi

Təsiredici maddə: 1 flakonda 1 q seftriakson vardır.  Həlledici:  lidokain hidroxlorid.

İstifadəsinə göstərişlər:

 Triakson™, ona həssas olan mikroorqanizmlər tərəfindən törədilən aşağıdakı infeksiyaların müalicəsi üçün təyin edilir:   − sepsis  − meningit  − disseminəolunmuş Laym borreliozu − qarın boşluğu orqanlarının infeksiyaları (peritonit, hepatobiliar və qastrointestinal sistemlərin infeksiyaları) − sümük, oynaq, yumşaq toxuma, dəri və yara infeksiyaları − immun sistemin zəifləməsi ilə bağlı infeksiyalar  − böyrək və sidikçıxarıcı yolların infeksiyaları − tənəffüs yollarının infeksiyaları, xüsusilə pnevmoniya, LOR-orqanlarının infeksiyaları (ağırlaşmamış kəskin bakterial orta otit daxil olmaqla) − cinsiyyət sisteminin infeksiyaları (süzənək daxil olmaqla). Perioperativ infeksiyaların profilaktikası.

Əks göstərişlər:

 Sefalosporin antibiotiklərinə qarşı yüksək həssaslıq. Penisillinə qarşı yüksək həssaslıq olan xəstələrdə çarpaz allergik reaksiyaların yaranma ehtimalı nəzərə alınmalıdır. Seftriaksona və ya preparatın hər hansı bir köməkçi maddəsinə qarşı yüksək həssaslıq.  Hiperbilirubinemiyası olan yenidoğulmuş və vaxtından əvvəl doğulmuş uşaqlar seftriakson ilə müalicə alınmamalıdır. In vitro tədqiqatlarda seftriaksonun bilirubinin plazma albumindən ayırma xüsusiyyəti və belə xəstələrdə bilirubin ensefalopatiyasının yaranma ehtimalı göstərilmişdir. Seftriakson və venadaxili kalsium tərkibli dərman vasitələrinin eyni zamanda istifadəsi yenidoğulmuşlarda (≤28 gün) əks göstərişdir. Kalsium tərkibli dərman vasitələri venadaxili yeridilən (və ya yeridilməsini gözlənilən) yenidoğulmuşlara seftriakson tətbiq olunmamalıdır

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Seftriakson plasentar baryeri keçir. Hamilə qadınlarda preparatın istifadəsinin təhlükəsizliyi öyrənilməmişdir. Bu səbəbdən hamiləlik dövründə ehtiyatla təyin olunmalıdır. Seftriakson ana südünə aşağı konsentrasiyalarda keçir, bu da laktasiya dövründə təyin edildikdə nəzərə alınmalıdır.

Triakson istifadə qaydası, dozası

 Həkim tərəfındən başqa şəkildə tövsiyə edilmədikdə aşağıdakı kimi təyin olunur:  Standart doza Böyüklər və 12 yaşdan böyük uşaqlar: adətən gündəlik doza 1-2 q (24 saatdan bir) təşkil edir. Ağır hallarda və ya orta dərəcədə həssaslı mikroorqanizmlərin törətdiyi infeksiyalarda gündəlik tək doza 4 q-a qədər artırıla bilər. Müalicə müddəti Müalicə müddəti xəstəliyın ağırlığından asılıdır. Adətən bütün antibiotiklərlə müalicədə olduğu kimi, xəstənin temperaturu endikdən və ya bakteriya eradikasiyasından sonra müalicə ən azı 48-72 saat davam etdirilməlidir.  Kombinəolunmuş müalicə Eksperimental tədqiqatlarda bir çox qrammənfi bakteriyalara qarşı Triakson™ ilə aminoqlikozidlər arasında sinergist qarşılıqlı təsirinin olduğu göstərilmişdir. Bu tip kombinasiyalarda aktivliyin artması hər zaman olmasa da, Pseudomonas aeruginosa kimi patogenlərlə törədilən ağır və həyat üçün təhlükəli infeksiyaların müalicəsində Triakson™ ilə aminoqlikozidlər kombinəolunmuş şəkildə istifadə oluna bilər. Fiziki uyuşmazlıq olduğu üçün bu dərman vasitələri tövsiyə olunan dozalarda ayrılıqda istifadə edilməlidir.  Meningit Körpə və uşaqlarda bakterial meningitdə müalicə gündə 100 mq/kq (4 q-dan çox olmamalıdır) tək dozadan başlayır. Törədicilər həssaslıq testlər vasitəsilə müəyyən olunduqdan sonra ehtiyac olduqda doza azaldıla bilər. Ən yaxşı nəticələr aşağıdakı müalicə müddətində əldə edilmişdir: Neisseria meningitidis: 4 gün Haemophilus influenzae: 6 gün Streptococcus рneumoniae: 7 gün Lyme borreliosis Uşaqlarda və böyüklərdə 14 gün ərzində 50 mq/kq-2 q gündəlik tək dozada istifadə olunur. Süzənək Süzənəyin (penisillinaza hasil edən və etməyən ştamlarla törədilən) müalicəsində 250 mq birdəfəlik dozada ə/d yeridilməsi tövsiyə olunur. Perioperativ profilaktikası İnfeksiyaların profilaktika məqsədi ilə əməliyyatdan 30-90 dəqiqə əvvəl 1-2 q birdəfəlik dozanın yeridilməsi tövsiyə olunur.  Kolorektal əməliyyatlarda tək Triakson™ və ya ornidazol kimi 5-nitroimidazol törədiciləri ilə birlikdə (ayrı-ayrı istifadə olunaraq) istifadəsinin effektiv olduğu göstərilmişdir.  İstifadə qaydası Triakson™ məhlulu hazırlandıqdan dərhal sonra istifadə olunmalıdır. Triakson™ əzələdaxili yeridilmə üçün inyeksiyadır. Bir nahiyəyə 1 q-dan çox yeridilməsi tövsiyə olunmur. Lidokain məhlulunda həll edilmiş seftriaksonu qəti surətdə venadaxili yeritmək olmaz.  Xüsusi qrup xəstələrə dair əlavə məlumat Böyrək/Qaraciyər çatışmazlığı olan xəstələr Böyrək funksiyasının pozulmuş, qaraciyər funksiyası normal olan xəstələrdə Triakson preparatının dozasını azaltmağa ehtiyac yoxdur. Ancaq preterminal böyrək çatışmazlığı olanlarda (kreatinin klirensi <10 ml/dəq) preparatın dozası gündə 2 q-dan çox olmamalıdır. Qaraciyərin zədələnməsi olan, ancaq böyrək funksiyası normal olan xəstələrdə Triakson™ preparatının dozasını azaltmağa ehtiyac yoxdur. Ağır böyrək çatışmazlığı və eyni zamanda qaraciyər çatışmazlığı olan xəstələrdə seftriaksonun plazma konsentrasiyası mütəmadi olaraq müəyyən edilməlidir və ehtiyac olduqda doza tənzimlənməlidir. Dializdə olan xəstələrdə dializdən sonra əlavə dozalara ehtiyac yoxdur. Bu xəstələrdə xaricolunmasının azalması ehtimalından dozanın tənzimlənməsinə ehtiyac olduğunu təyin etmək üçün plazma konsentrasiyası nəzarət altında saxlanmalıdır. Uşaqlar Yenidoğulmuş, körpə və 12 yaşından kiçik uşaqlarda aşağıda göstərilən dozalanma sxemi tətbiq olunur. Yenidoğulmuşlar (14 günə qədər): Gündə tək doza 20-50 mq/kq; gündəlik doza 50 mq/kq-dan çox olmamalıdır. Vaxtından əvvəl və vaxtında doğulmuş uşaqlar üçün fərqli istifadə tələb olunmur. Seftriaksonun və venadaxili kalsium tərkibli dərman vasitələrinin eyni zamanda istifadəsi yenidoğulmuşlarda (≤28 gün) əks göstərişdir. Kalsium tərkibli dərman vasitələri venadaxili yeridilən (və ya bu vasitələrin yeridilməsini gözlənilən) yenidoğulmuşlarda seftriakson tətbiq olunmamalıdır ("Əks göstərişlər" bölməsinə baxın). Körpə və uşaqlar (15 gün-12 yaş): gündəlik tək doza 20-80 mq/kq. Bədən kütləsi 50 mq və ya çox olan normal uşaqlarda böyüklərdəki kimi adi doza tətbiq olunmalıdır. Ağırlaşmamış bakterial kəskin orta otitin müalicəsi üçün 50 mq/kq tək doza (1 q-dan çox olmamalıdır) tövsiyə olunur.  Yaşlılar Yaşlı xəstələrdə böyüklərdəki kimi dozalar tövsiyə olunur.

Prepared by  T-Soft E-Commerce.