Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 flakonda 0,5 q seftriaksona ekvivalent 0,596 q seftriakson natrium vardır. Həlledici: 2 ml 1%-li lidokain hidroxlorid monohidrat. Köməkçi maddələr:(həlledici): natrium hidroksid, inyeksiya üçün su.
İstifadəsinə göstərişlər:
Seftriakson antibakterial dərmanlara həssas mikroorqanizmlər tərəfindən törədilən tənəffüs yollarının xəstəlikləri, dəri və yumşaq toxumaların infeksiyaları, sidik yollarının infeksiyaları, qonoreya, cinsi yolla yoluxan infeksiyalar, sümük və əzələlərin infeksiyaları, qarın boşluğu infeksiyaları, immun sisteminin zəifliyi olan pasiyentlərdə infeksiyaların müalicəsi, bakterial septisemiya, meningit və cərrahiyyə əməliyyatı zamanı infeksiyaların profilaktikası məqsədilə istifadə olunur.
Əks göstərişlər:
Seftriaksona, digər sefalosporinlərdə və ya köməkçi maddələrdən (bax: “Tərkibi”) hər hansı birinə qarşı yüksək həssaslıq. Anamnezdə hər hansı digər beta-laktam tipli antibakterial maddələrə (penisillinlər, monobaktam-lar və karbapenemlər) qarşı ağır yüksək həssaslığın (məsələn, anafilakyik reaksiya) olması. Aşağıdakı hallarda Seftriaksonun istifadəsi əks göstərişdir: 41 həftəlik postmenstrual yaşa qədər olan erkən yenidoğulmuşlar (gestasion yaş + xronoloji yaş)* Vaxtında doğulmuş yenidoğulmuşlar (28 günlüyə qədər): - hiperbilirubinemiyalı, sarılığı və ya hipoalbuminemiyası və ya asidozu olanlar, çünki bunlar bilirubinin birləşməsini poza bilən hallardır * .- əgər onlarda kalsiumla venadaxili müalicə və ya kalsium tərkibli infuziyalar tələb olunursa (və ya tələb olunacağı gözlənilirsə) (seftriakson-kalsium duzunun çökməsi riskinə görə) * In vitro tədqiqatlar göstərdi ki, seftriakson bilirubini zərdab albumininə birləşdiyi yerlərdən sıxışdırıb çıxara bilər ki, bu da belə xəstələrdə bilirubin ensefalopatiyası riskinə səbəb ola bilər. Lidokain məhlulu həlledici kimi istifadə edildikdə seftriaksonun əzələdaxili inyeksiyasından əv-vəl lidokainin istifadəsinə əks göstərişlər istisna edilməlidir. Lidokain preparatının xarakteristi-kalarının xülasəsindəki məlumatlara (içlik vərəqə), xüsusən əks göstərişlərə baxın. Lidokain tərkibli seftriakson məhlulları heç vaxt venadaxili istifadə edilməməlidir.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik kateqoriyası B. Hamilə qadınlarda adekvat tədqiqatlar aparılmadığından onun hamilə qadınlarda istifadəsi yalnız ciddi göstəriş olduqda mümkündür. Seftriakson südlə xaric olunduğundan laktasiya dövründə ehtiyatla istifadə edilməlidir.
Pediatrik pasiyentlər qrupu Yenidoğulmuşlar, körpələr və 15 günlükdən 12 yaşadək uşaqlar (< 50 kq) Bədən çəkisi 50 kq və daha çox olan uşaqlarda böyüklər üçün adi dozalardan istifadə edilir.