Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Tromicin 500 mq N3 tablet

Məhsul Kodu : 111-21661
Reseptlə satılır
İstehsalçı ölkə: Polsa
7,40 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

TROMİSİN, örtüklü tabletlər.

Tromisin tərkibi 

Təsiredici maddə:1 tabletin tərkibində 500 mq azitromisin dihidrat vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, povidon, natrium kroskarmelloza, natrium laurilsulfat, susuz kolloidal silisium dioksid, maqnesium stearat, makroqol, hidroksipropilsellüloza, hipromelloza, opasprey K-1R-4210A, indiqotin.

İstifadəsinə göstərişlər:
 Azitromisinə həssas mikroorqanizmlərin törətdiyi xəstəliklər: Yuxarı tənəffüs yollarının infeksiyaları:

 - bakterial faringit/tonzillit, sinusit, orta qulağın otiti. Aşağı tənəffüs yollarının infeksiyaları:

 - xəstəxanadankənar pnevmoniya, xroniki bronxitin kəskinləşməsi. Dəri və yumşaq toxumaların infeksiyaları:

 - xronik miqrasiyaedici eritema – Laym xəstəliyinin başlanğıc mərhələsi, qızılyel, impetiqo, ikincili piodermiya.

 - Helicobacter pylori tərəfindən törədilən mədə və 12-barmaq bağırsağın xəstəlikləri ( kompleks terapiyada) Cinsi yolla keçən infeksiyalar:

 - Chlamydia trachomatis tərəfindən törədilən ağırlaşmamış infeksiyalar (uretrit, servisit).

Əks göstərişlər:
 Azitromisinə və Tromisinin tərkibinə daxil olan digər komponentlərə və ya digər makrolidlərə/ketolidlərə qarşı yüksək həssaslığı olan xəstələrdə istifadəsi əks göstərişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Azitromisinin istifadəsinin təhlükəsizliyi barədə kifayət qədər məlumatın olmamasını nəzərə alaraq, preparatın ana üçün gözlənilən müsbət effekti döl və ya uşaq üçün ehtimal edilən riskdən üstün olduğu hallar istisna olmaqla, preparatın hamiləlik və ya laktasiya dövründə təyin edilməsi tövsiyə olunmur.

Tromisin istifadə qaydası, dozası


 Tromisin preparatı 500 mq örtüklü tabletlər şəklində gündə 1 dəfə, yeməkdən 1 saat öncə və ya 2 saat sonra, daxilə qəbul edilməlidir. Tabletləri çeynəmədən udmaq lazımdır. Dozalanması Çəkisi 45 kq və daha artıq olan uşaqlarda və yaşlı insanlarda Yuxarı və aşağı tənəffüs yollarının və həmçinin dəri və yumşaq toxumaların infeksiyası (xroniki miqrasiyaedici eritema istisna olmaqla) zamanı: gün ərzində 1 dəfə 500 mq olmaqla 3 gün müddətində qəbul olunması tövsiyə edilir. Miqrasiyaedici eritema zamanı (gənələr vasitəsi ilə yayılan laym - borrelioz xəstəliyinin başlanğıc mərhələsi) ilk gün ərzində 1q (2 ədəd 500 mq örtüklü tabletlər) qəbul edilir. Müalicə kursunun ikinci günündən beşinci gününə gədər gün ərzində 500 mq qəbul edilir. Yalnız yaşlı insanlarda orta dərəcəli vulqar sızanaqlar zamanı aşağıdakı sxem üzrə 6 q qəbul edilir: 500 mq (1 örtüklü tablet) gün ərzində 1 dəfə 3 gün müddətinə, sonra 500 mq həftədə 1 dəfə olmaqla 9 həftə müddətinə qəbul olunur. Orta dərəcəli vulqar sızanaqları olan pasiyentlərdə yuxarıda qeyd olunmuş sxem üzrə azitromisinin yüksək dozasının qəbulu zamanı, müalicəni başlamazdan əvvəl və müalicə ərəfəsində qaraciyər fermentlərinin aktivlik monitorinqi keçirməlidir. Orta dərəcəli vulqar sızanaqlı pasiyentlərdə (3 gün + 9 həftə) müalicəsi yuxarda qeyd olunmuş sxemə əsasən yalnız bir dəfə aparıla bilər, çünki bu vaxta qədər, bu sxem üzrə aparılmış təkrar müalicənin nəticələrinin effektiv və təhlükəsiz olmasını təsdiq edən kliniki tədqiqatlar aparılmamışdır. Qeyri-qonoreya, ağırlaşmamış uretrit və servisit xəstəliklərində 1q birdəfəlik dozada təyin olunur Yaşlı pasientlərdə dozalanması Aritmiyaya meyilli olan yaşlı insanlarda azitromisin ilə müalicə zamanı iki dəfə artıq ehtiyatla davranmaq lazımdır, belə ki, bu qrupa daxil olan xəstələrdə ürək ritmini pozğunluğu və torsade de pointes tipli taxikardiya riskləri yüksəkdir. Böyrək çatışmazlığı olan xəstələrdə dozalanması Yüngül və orta dərəcəli funksional böyrək çatışmazlığı olan xəstələrdə doza korreksiyasına ehtiyac yoxdur. Glomerulyar filtrasiya dərəcəsi ((GFR) 10 - 80 ml/dəg). Azitromisin kəskin böyrək çatışmazlığı olan xəstələrdə (GFR

Prepared by  T-Soft E-Commerce.