Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

UNIFLOKS 500MG N7 TB

Məhsul Kodu : 111-00724
Reseptlə satılır
9,58 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

UNİFLOKS, 500 mq örtüklü tabletlər

UNİFLOKS tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq suzuz levofloksasinə ekvivalent olan 512,46 mq levofloksasin hemihidrat vardır.

İstifadəsinə göstərişlər

• Xəstəxanadankənar pnevmoniya; • xronik bronxitin kəskinləşməsi; • kəskin bakterial sinusit; • sidikçıxarıcı yolların fəsadlaşmış infeksiyaları, o cümlədən pielonefrit; • sidikçıxarıcı yolların fəsadlaşmamış infeksiyaları; • prostatit; • dərinin və yumşaq toxumaların infeksiyaları;

Əks göstərişlər

Levofloksasinə və ya digər xinolonlara qarşı yüksək həssaslıq, epilepsiya, uşaqlar və yeniyetmələr (18 yaşa qədər), hamiləlik və laktasiya dövrü. Flüorxinolon antibiotikləri ilə əlaqədar olan tendon pozğunluğu inkişaf edən pasiyentlər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Heyvanlar üzərində keçirilən tədqiqatlar nəticəsində hər hansı toksiki təsir müşahidə olunmayıb. Lakin buna baxmayaraq insanlarda bu preparatın tətbiqi zamanı levofloksasinin hamilə qadınlar üçün istifadəsi yolverilməzdir. Ona görə ki flüorxinolonlar orqanizmdə dölün inkişafına mənfi təsir göstərərək risk dərəcəsini artırır. Laktasiya dövründə preparatın təyin olunması əks göstərişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarə edən zaman diqqətli olmaq lazımdır, belə ki preparatdan istifadə zamanı başgicəllənmə, yuxululuq, görmənin dumanlanması kimi hallar baş verə bilər ki, bu da diqqətin yayınmasına səbəb olar.

UNİFLOKS istifadə qaydası və dozası

Tabletlər gündə bir və ya iki dəfə qəbul olunur. Doza xəstəliyin xarakterindən və ağırlıq dərəcəsindən asılıdır. Müalicə müddəti xəstəliyin inkişafından asılıdır, maksimum 14 gün davam edə bilər. Hər tablet çeynənilmədən kifayət qədər su ilə daxilə qəbul olunmalıdır.

Preparat qida qəbulu zamanı və ya qida qəbulundan sonra qəbul oluna bilər. Əgər xəstə dəmir preparatları, antasidlər və ya sukralfat qəbul edirsə, dərman həmin preparatdan 2 saat əvvəl və ya 2 saat sonra qəbul edilməlidir. Onlarla eyni vaxtda qəbul olunursa, preparatın sorulması zəifləyə bilər. Böyrək funksiyası normal olan xəstələr üçün dozalanma (kreatinin klirensi >50 ml/dəq), kəskin sinusit (gündə 500 mq, müalicə 10-14 gün) xroniki bronxitin kəskinləşməsi (250-500 mq, müalicə 7-10 gün), qazanılmış pnevmoniya (500 mq gündə bir və ya iki dəfə, müalicə müddəti 7- 14 gün), sidik yollarının ağırlaşmış infeksiyaları (pielonefrit də daxil olmaqla) 500 mq gündə 1 dəfə, müalicə müddəti 7-10 gün, dəri və yumşaq toxumaların infeksiyalarında (250 və ya 500 mq gündə bir və ya iki dəfə, müalicə 7-10 gün).

Böyrək funksiyası pozulmuş xəstələrdə dozalanma (kreatinin klirensi ≤ 50 ml/dəq.). 250 mq/24 s 500 mq/24 s 500 mq/12 s Kreatinin klirensi İlkin doza 250 mq İlkin doza 500 mq İlkin doza 500 mq 50-20 ml/dəq 125 mq/24 s sonra 250 mq/24 s sonra 250 mq/12 s sonra 19-10 ml/dəq 125 mq/48 s sonra 125 mq/24 s sonra 125 mq/12 s sonra <10 ml/dəq Hemodializ daxil olmaqla DPCA 125 mq/48 s sonra 125 mq/24 s sonra 125 mq/24 s sonra Hemodializdən və peritoneal dializdən sonra əlavə doza tələb olunmur. Qaraciyər xəstəliklərində dozanın korreksiyasına ehtiyac yoxdur, çünki levofloksasin qaraciyərdə metabolizmə uğramır və əsasən böyrəklərlə xaric olur. Yaşlılar üçün doza: dozanın korreksiyasına ehtiyac yoxdur, böyrək funksiyasının pozulması istisna hal təskil edir.

Prepared by  T-Soft E-Commerce.