Sevimlilərə əlavə edin
Paylaşın

Vatorlak 30 Mq 1 ml N3 Ampul

Məhsul Kodu : 111-18050
İstehsalçı ölkə : Italiya
0 Şərh Şərh
KolleksiyaQiymət Xəbərdarlığı

VATORLAK, 30 mq/ml inyeksiya üçün məhlul

VATORLAK tərkibi

Təsiredici maddə: 1 ampulda (1 ml) 30 mq ketorolak trometamin vardır.

İstifadəsinə göstərişlər

VATORLAK, iltihab əleyhinə qeyri-steroid bir preparat kimi, opioid səviyyəli analgeziya tələb edən orta ağırlıqlı kəskin ağrıları qısa müddətdə (böyüklərdə 2 gün) idarə etmək üçündür.

Əks göstərişlər

Aşağıdakı hallarda Sizə VATORLAK inyeksiyası olunmamalıdır və Siz tez bir zamanda h əkiminizlə danışmalısınız: • Ketorolak və ya bu preparatın hər hansı bir inqrediyentinə qarşı allergiyanız varsa; • Ibuprofen, Aspirin və ya digər QSİƏP-lərdən hansınasa nə zamansa yüksək həssaslıq reaksiyası olubsa; • əvvəllər peptik xora (mədə və ya on iki barmaq bağırsaqda xora), yaxud mədə qanaxması və ya perforasiyası olubsa; • beyin qan damarı zədələnməsindən qanaxma varsa; • qanaxma və ya laxtalanma problemləri varsa; • tənəffüs yollarında nazal poliplər, allergik şişkinliklər (dəridə, ağızın, gözlərin, burunun və ya cinsi orqanların ətrafında), yaxud daralmalar nəticəsində tənəffüsün çətinləşməsi varsa; • astma və ya astma anamnezi varsa; • əgər Siz dig ər QSİƏP-lərı (Ibuprofen kimi), Aspirin, Okspentifillin (sirkulyator xəstəliklərin müalicəsi üçün), Probenecid (podaqranın müalicəsi üçün), yaxud Litium duzları (sinir xəstəliklərinin müalicəsi üçün) qəbul edirsinizsə; • qanı durulaşdırmaq üçün dərman preparatları qəbul edirsinizsə (Varfarin, yaxud Heparinin kiçik dozaları); • dehidratasiya və ya çoxlu qan itirmə varsa; • ağır ürək çatışmazlığı varsa; • qaraciyər çatışmazlığı varsa; • yüksək qanaxma riski ilə, yaxud tam saxlanılmayan qanaxma ilə əlaqədar son zamanlar cərrahi əməliyyat olunubsa; • cərrahi əməliyyatlarda; • orta və ya ağır böyrək xəstəliklərində, böyrək çatışmazlığı və ya onun riski varsa; • hamiləlik, doğuş və ana südü ilə qidalandıran zaman; • 16 yaşa qədər; İnyeksiya üçün ketorolakın tərkibində alkoqol vardır, buna görə epidural və intratraxeal istifadə oluna bilməz; • hemorragik diatezlərdə; • intensiv diuretik müalicə alan xəstələrdə;

Hamiləlik və laktasiya dövründə istifadəsi

VATORLAK inyeksiyası hamiləlik, doğuş və ana südü ilə qidalandırma dövründə istifadə olunmamalıdır. Ketorolak hamilə olmağı daha da çətinləşdirə bilər. Əgər Siz hamilə olmağı planlaşdırmısınızsa, yaxud hamilə olmaq probleminiz varsa, bu haqda həkiminizə məlumat verməyiniz məsləhətdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

VATORLAK inyeksiyası Sizdə başgicəllənmə, yorğunluq, mürgül əmə, el əcə də başağrısı, vizual narahatçılıqlar, yaxud yuxusuzluq kimi hallar əmələ gətirə bilər. Əgər Siz bu yazılanlardan hər hansı birini hiss etsəniz, avtomobil və ya mexanizmləri idarə etməyin.

VATORLAK istifadə qaydası və dozası

Bu məhlulun tərkibində Etanol olduğu üçün epidural və ya intratraxeal istifadə edilməməlidir. Parenteral müalicə müddəti iki gündən çox olmamalıdır. Təyin olunan doza ən kiçik effektli doza olub, ağrının kəskinliyi və xəstənin cavab reaksiyasına münasib olmalıdır. Əzələdaxili inyeksiya Böyüklər Adətən başlanğıc doza 10 mq olub, sonradan hər 4-6 saatdan bir 10-30 mq-dır; maksimum 90 mq olmaqla, ağrının kəskinliyi və xəstənin cavab reaksiyasına münasib olmalıdır.

Müalicə müddəti iki gündən çox olmamalıdır. Yaşlılar (>65 yaş) Əgər Sizin yaşınız 65-dən çoxdursa, yaxud böyrək probleminiz varsa və ya çəkiniz 50 kq-dan azdırsa, o zaman dozanı bir qədər də azaltmaq lazımdır (sutkalıq maksimum 60 mq). Maksimum müalicə müddəti iki gündən çox olmamalıdır. Əgər Sizdə belə bir təəssürat var ki, VATORLAK inyeksiyasının təsiri çox güclü və ya çox zəifdir, onda həkiminizlə əlaqə saxlayın.

Uşaqlar 16 yaşa qədər olan uşaqlarda istifadə olunmur. Venadaxili təyini BU PREPARATIN VENADAXİLİ İSTİFADƏSİ XƏSTƏXANALARDA VƏ QOCALAR EVİNDƏ HƏYATA KEÇİRİLİR. Böyüklər Adəti başlanğıc doza (əməliyyatdan sonrakı ağrının müalicəsinə başlanılan zaman) 10 mq olub, sonradan hər 4 -6 saatdan bir 10 -30 mq-dır; maksimum 90 mq olmaqla, ağrının k əskinliyi və xəstənin cavab reaksiyasına münasib olmalıdır. Müalicə müddəti iki gündən çox olmamalıdır.

Yaşlılar (>65 yaş) Əgər Sizin yaşınız 65-dən çoxdursa, yaxud böyrək probleminiz varsa və ya çəkiniz 50 kq-dan azdırsa, o zaman dozanı bir qədər də azaltmaq lazımdır (sutkalıq maksimum 60 mq). Maksimum müalicə müddəti iki gündən çox olmamalıdır. Əgər Sizdə belə bir təəssürat var ki, VATORLAK inyeksiyasının təsiri çox güclü və ya çox zəifdir, onda həkiminizlə əlaqə saxlayın. Uşaqlar 16 yaşa qədər olan uşaqlarda istifadə olunmur.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-18050

Oxşar Məhsullar

Aertal 100 Mq N20 Tablet
7,61 AZN -%0
7,61AZN
Aksen Fort 550 Mg N10 Tb
4,00 AZN -%0
4,00AZN
Aldegin 60 g Gel
5,76 AZN -%0
5,76AZN
Algikey 3% 1 ml N6 Ampula
8,34 AZN -%0
8,34AZN
ALGOFF 50GR KREM
11,40 AZN -%0
11,40AZN
Alka-Zeltser N10 Fışıldayan Tb
7,00 AZN -%0
7,00AZN
Analgin 500 Mg N20 Tb
1,70 AZN -%0
1,70AZN
Analgin 500 Mq N10 Tablet
0,46 AZN -%0
0,46AZN
Analgin 500MG 2 ml N10 Amp (Belarus)
2,59 AZN -%0
2,59AZN
Analgin 500MG 2 ml N10 Amp Rus
2,59 AZN -%0
2,59AZN
Anbeni Forte 3 ml N6 Ampul
52,38 AZN -%0
52,38AZN
Arfen 250 Mg N10 Şam
5,76 AZN -%0
5,76AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce