Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Ventor 100 mq N20 tablet

Məhsul Kodu : 111-17842
İstehsalçı ölkə: Simali Makedoniya
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Ventor, 100 mq tabletlər

Ventor, beynəlxalq patentləşdirilməmiş adı: Nimesulide

Ventor tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 100 mq nimesulide vardır.

İstifadəsinə göstərişlər

- Kəskin ağrılar
- Osteoartrit zamanı ağrı sindromunun simptomatik müalicəsi
- Birincili dismenoreya

Əks göstərişlər

Nimesulidə və ya Ventorun tərkibindəki digər komponentlərə qarşı yüksək həssaslıq; aspirin və digər qeyri-steroid iltihabəleyhinə preparatlara qarşı allergik reaksiya; əvvəlki nimesulid istifadəsi zamanı qaraciyər zədələnməsi; hepatotoksik dərmanların qəbulu; alkoqol asılılığı; mədə-bağırsaq qanaxması və ya xorası; beyinə qanaxma; qan laxtalanması pozuntuları; ürək, qaraciyər və ya böyrək çatışmazlığı; qızdırma, soyuqdəymə; hamiləliyin III trimestri; laktasiya dövrü; 12 yaşdan ...

Hamiləlik və laktasiya dövründə istifadəsi

I və II trimestrdə istifadəsi məsləhət görülmür. III trimestrdə istifadəsi əks göstərişdir. Laktasiya dövründə istifadəsi qadağandır.

Pediatriyada istifadəsi

12 yaşdan kiçik uşaqlarda istifadəsi əks göstərişdir. 40 kq-dan artıq bədən kütləsinə malik yeniyetmələrdə gündə 2 dəfə 100 mq doza ilə istifadə edilə bilər.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Başgicəllənmə, vertiqo və yuxululuq hallarında nəqliyyat vasitələrini və digər təhlükəli mexanizmləri idarə etməkdən çəkinmək lazımdır.

Ventor istifadə qaydası

Gündə 2 dəfə 100 mq yeməkdən sonra, su ilə bütöv şəkildə qəbul edilməlidir. Minimal effektiv doza mümkün qədər qısa müddətdə istifadə olunmalıdır. Müalicə müddəti 15 günü keçməməlidir. Pediatrik praktikada digər uyğun formalar istifadə olunmalıdır.

Prepared by  T-Soft E-Commerce.