Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

VIA-AZITRO 500MG N3 TB

Məhsul Kodu : 111-24742
Reseptlə satılır
İstehsalçı ölkə: Türkiye
6,55 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

VİA-AZİTRO, örtüklü tabletlər

VİA-AZİTRO tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq azitromisin (azitromisin dihidrat şəklində) vardır.

İstifadəsinə göstərişlər

Via-azitro preparata qarşı həssas mikroorqanizmlər tərəfindən törədilən aşağıdakı infeksiyalarda təyin edilir: - yuxarı tənəffüs yollarının və LOR orqanların infeksiyaları: Streptococcus pyogenes törədicisinin yaratdığı kəskin faringit və tonzillit; kəskin orta otit (orta qulağın iltihabı); laringit, sinusit, skarlatina; - aşağı tənəffüs yollarının infeksiyaları: xroniki bronxitin kəskinləşməsi, bakterial və atipik pnevmoniya; - dərinin və yumşaq toxumaların infeksiyaları: Staphylococcus aureus, Streptococcus pyogenes, dərinin və dərialtı birləşdirici toxumanın Streptococcus agalactiae tərəfindən törədilən ağırlaşmayan infeksiyaları. Bir qayda olaraq abses zamanı cərrahi drenaj qoyulmalıdır. - sidik-cinsiyyət orqanlarının infeksiyaları: cinsi yolla ötürülən infeksiyalar: Chlamydia trachomatis tərəfindən törədilən qeyri-qonokokk uretrit; Haemophilus ducreyi tərəfindən törədilən yumşaq şankr. Belə xəstələrdə müayinə zamanı sifilisin və qonoreya kulturasının təyini üçün seroloji testlərin qoyulması vacibdir.

- kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri: Chlamydia trachomatis, Mycoplasma hominis və Neisseria gonorrhoeae törədicilərinin yaratdığı servisit, endometrit və salpinqooforit.

Əks göstərişlər

Makrolid qrupundan olan istənilən antibiotikə və ya preparatın tərkibinə daxil olan hər hansı komponentə qarşı yüksək həssaslıq. Qaraciyər və böyrək funksiyasının ağır pozulması.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə preparat gözlənilən fayda potensial riskdən üstün olduqda istifadə edilə bilər. Laktasiya dövründə preparatın qəbulu vacib olarsa, ana südü ilə qidalanmanı dayandırmaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir. Lakin başgicəllənmə və qıcolma kimi əlavə təsirləri nəzərə alaraq nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etdikdə ehtiyatlı olmaq məsləhət görülür.

VİA-AZİTRO istifadə qaydası və dozası

Via-azitro-nu qida qəbulundan asılı olmayaraq qəbul etmək olar. Buna baxmayaraq, preparatın ən yaxşı keçiriciliyi yemək vaxtı qəbulu zamanı müşahidə olunur. Böyüklərə və bədən kütləsi 45 kq-dan artıq olan 16 yaşından yuxarı yeniyetmələrə preparat aşağıdakı dozalanma rejimi ilə təyin edilir: - tənəffüs orqanlarının infeksiyaları: 3 gün ərzində hər gün 500 mq (1 örtüklü tablet). - dərinin və yumşaq toxumalarının infeksiyaları: 3 gün ərzində hər gün 500 mq (1 örtüklü tablet).

- Chlamydia trachomatis törədicisinin yaratdığı qeyri-qonokokk uretrit və ya servisit: azitromisinin birdəfəlik dozası 1000 mq (2 örtüklü tablet) təşkil edir. - qonokokk uretrit və ya servisit: azitromisinin birdəfəlik dozası 2000 mq (4 örtüklü tablet) təşkil edir. Yaşlı xəstələrdə preparatın farmakokinetik xüsusiyyətləri cavanlarda olduğundan fərqlənmədiyi üçün doza korreksiyasına ehtiyac yoxdur.

Prepared by  T-Soft E-Commerce.