Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 q gelin tərkibində 12,5 mq deksketoprofen (deksketoprofen trometamol şəklində) vardır.
Aşağıdakı göstərişlərdə və orta dərəcəli ağrı sindromu ilə müşayiət olunan xəstəliklərdə istifadə olunur: - dayaq -hərəkət sisteminin kəskin və xroniki iltihabı, iltihabi-degenerativ və metabolitik xəstəlikləri (o cümlədən, revmatoid artrit, spondiloartrit, artroz, osteoxondroz); - yumşaq toxumaların revmatik xəstəlikləri (tendovaginit, bursit və s.); - yumşaq toxumaların və oynaqların posttravmatik iltihabı (gərilmələr, həddindən çox gərginliklər, əzilmələr, çıxıqlar və s. nəticəsində).
Deksketoprofenə, asetilsalisil turşusuna və ya digər QSİƏP-ə qarşı, və ya preparatın tərkibində olan köməkçi maddələrin hər hansı birinə qarşı yüksək həssaslıq; anamnezdə oxşar təsir mexanizmlə maddələrin (asetilsalisil turşusu və digər QSİƏP) istifadəsi nəticəsində əmələ gəlmiş astma tutmaları, bronxospazm, kəskin rinit, urtikariya və ya angionevrotik ödem; dəri örtüklərinin tamlığının pozulması; 6 yaşa qədər uşaqlar; hamiləliyin III trimestri.
Hamiləliyin III trimestrində Viaket gelin istifadəsi əks göstərişdir. Hamiləliyin I və II trimestrində preparatın istifadəsi ana üçün dəyəri döl üçün potensial riskdən üstün olduğu hallarda mümkündür. Laktasiya dövründə preparatın istifadəsi məsləhət görülmür.
Viaket gel nəqliyyat vasitəsini idarəetmə qabiliyyətinə və sürətli psixomotor reaksiya tələb edən işi yerinə yetirməyə təsir etmir.
Viaket gel xaricə tətbiq edilir. İstifadə edilən preparatın miqdarı ağrı sindomunun və iltihabi prosesin ağırlıq dərəcəsindən asılıdır. 6 yaşdan yuxarı uşaqlarda və böyüklərdə Viaket gel sutkada 2-3 dəfə istifadə edilir. Sutkalıq doza 7,5 qdan yüksək olmamalıdır, bu isə təxminən 14 sm-lik nahiyədə istifadə olunan gelə müvafiqdir.
Gel dərinin zədələnməmiş sahəsinə yaxılır və tam sorulana qədər sürtülür. Xüsusən də okklüziv sarğı altında istifadəsi əks göstərişdir. Viaket gelin hər istifadəsindən sonra əlləri yumaq lazımdır. Həkimin məsləhəti olmadan preparatı 7 gündən çox istifadə etmək olmaz.