Sevimlilərə əlavə edin
Paylaşın

Viaket 25MG N20 Tb

Məhsul Kodu : 111-25481
İstehsalçı ölkə : Türkiye
0 Şərh Şərh
KolleksiyaQiymət Xəbərdarlığı

VİAKET, örtüklü tabletlər

VİAKET tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 25 mq deksketoprofen (deksketoprofen trometamin şəklində) vardır.

İstifadəsinə göstərişlər

Dayaq-hərəkət aparatının kəskin və xroniki iltihabi və iltihabi-degenerativ xəstəliklərinin (revmatoid artrit, spondiloartrit, artroz, osteoxondroz) simptomatik müalicəsi; müxtəlif mənşəli ağrı sindromunun aradan qaldırılması (o cümlədən travmadan və ya cərrahi müdaxilədən sonrakı ağrı, sümüklərdə metastaz zamanı ağrı, böyrək sancısı zamanı ağrı, radikulit, nevralgiya, alqodismenoreya, diş ağrısı).

Əks göstərişlər

Deksketoprofenə və ya digər QSİƏP-ə və ya preparatın tərkibinə daxil olan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq; anamnezdə oxşar təsir mexanizminə malik maddələrin (asetilsalisil turşusu və digər QSİƏP) qəbul edilməsilə əlaqədar olaraq əmələ gələn bronxial astma (o cümlədən anamnezdə) tutmaları, bronxospazm, kəskin rinit, övrə və ya angionevrotik ödemin olması; pasiyentlərdə mədənin və onikibarmaq bağırsağın xora xəstəliyinin və ya xora xəstəliyinin təkrarlanan epizodlarının olması (iki və daha çox epizod); mədə-bağırsaq qanaxmaları (o cümlədən QSİƏP-nin əvvəlki qəbulu ilə bağlı olan), digər aktiv qanaxmalar; kəskinləşmə mərhələsində olan bağırsaqların iltihabi xəstəlikləri (Kron xəstəliyi, qeyri-spesifik xoralı kolit); ağır dərəcəli qaraciyər çatışmazlığı (Çayld-Pyu təsnifatına görə 10-15 bal); hiperkalemiya ilə təsdiqlənmiş, böyrəklərin proqressivləşən xəstəlikləri (KK< 50 ml/dəq.); xroniki böyrək xəstəlikləri: 3a (yumaqcıq filtrasiya sürəti (YFS) 45-59 ml/dəq/1,73 m2), 3b (YFS 30-44 ml/dəq/1,73 m2) və 4 (YFS < 30 ml/dəq/1,73 m2) mərhələləri; aortokoronar şuntlanma sonrası dövr; ağır ürək çatışmazlığı (NYHA təsnifatına görə III-IV sinif); hemorragik diatez və ya digər koaqulopatiyalar; hamiləlik və laktasiya dövrü; 18 yaşadək uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Viaket preparatının hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Viaket preparatının qəbul edildiyi dövrdə baş gicəllənmə və yuxululuq olması mümkünlüyü ilə əlaqədar, xüsusilə qəbulun birinci saatında, diqqətin və psixomotor reaksiyaların sürətinin azala bilər. Buna görə də, preparatın qəbulu zamanı nəqliyyat vasitəsini idarə etmək, diqqət və psixomotor reaksiyaların sürətliliyini tələb edən potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olarkən ehtiyatlı olmaq lazımdır.

VİAKET istifadə qaydası və dozası

Viaket yemək zamanı kifayət qədər maye ilə içməklə daxilə qəbul edilir. Dozalanma rejimi fərdi şəkildə, ağrının növündən və intensivliyindən asılı olaraq müəyyən edilir. Orta tövsiyə olunan birdəfəlik doza gündə 12,5 mq (1/2 tablet), qəbullar arası interval 4-6 saat olmaqla 1 - 6 dəfə, və ya 25 mq (1 tablet), qəbullar arası interval 8 saat olmaqla gündə 1 - 3 dəfə Maksimal gündəlik doza 75 mq (3 tablet) təşkil edir. Qaraciyərin və ya böyrəklərin funksional pozğunluğu olan pasiyentlərdə, ahıl yaşlı şəxslərdə Viaket-in qəbulu daha aşağı dozalarla gündə 50 mq-dan çox olmamaqla başlanmalıdır.

Preparat uzun müddətli istifadə üçün nəzərdə tutulmamışdır. Müalicə müddəti 7 gündən artıq olmamalıdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-25481

Oxşar Məhsullar

Aertal 100 Mq N20 Tablet
7,61 AZN -%0
7,61AZN
Aksen Fort 550 Mg N10 Tb
4,00 AZN -%0
4,00AZN
Aldegin 60 g Gel
5,76 AZN -%0
5,76AZN
Algikey 3% 1 ml N6 Ampula
8,34 AZN -%0
8,34AZN
ALGOFF 50GR KREM
11,40 AZN -%0
11,40AZN
Alka-Zeltser N10 Fışıldayan Tb
7,00 AZN -%0
7,00AZN
Analgin 500 Mg N20 Tb
1,70 AZN -%0
1,70AZN
Analgin 500 Mq N10 Tablet
0,46 AZN -%0
0,46AZN
Analgin 500MG 2 ml N10 Amp (Belarus)
2,59 AZN -%0
2,59AZN
Analgin 500MG 2 ml N10 Amp Rus
2,59 AZN -%0
2,59AZN
Anbeni Forte 3 ml N6 Ampul
52,38 AZN -%0
52,38AZN
Arfen 250 Mg N10 Şam
5,76 AZN -%0
5,76AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce