Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

VIAKET 50MG/2ML N5 AMP

Məhsul Kodu : 111-25480
İstehsalçı ölkə: Türkiye
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

VİAKET, inyeksiya məhlulu hazırlamaq üçün konsentrant

VİAKET tərkibi

Təsiredici maddə: 1 ampulda 50 mq deksketoprofen (deksketoprofen trometamol şəklində) vardır.

İstifadəsinə göstərişlər

- Müxtəlif mənşəli ağrı sindromunun aradan qaldırılması (o cümlədən əməliyyatdan sonrakı ağrılar, sümüklərə metastazlar zamanı əmələ gələn ağrılar, travmadan sonrakı ağrılar, böyrək sancısı zamanı ağrılar, alqodismenoreya, işialgiya, radikulit, nevralgiya, diş ağrısı); - dayaq-hərəkət aparatının kəskin və xroniki iltihabi, iltihabi-degenerativ və metabolik xəstəliklərinin simptomatik müalicəsi (o cümlədən, revmatoid artrit, spondiloartrit, artroz, osteoxondroz).

Əks göstərişlər

- Deksketoprofenə və ya digər QSİƏP-ə və ya preparatın tərkibinə daxil olan köməkçi maddələrdən istənilən birinə qarşı həssaslığın artması; - anamnezdə buna oxşar təsir mexanizminə malik maddələrin (asetilsalisil turşusu və digər QSİƏP) qəbul edilməsilə əlaqədar olaraq əmələ gələn astma tutmaları, bronxospazm, kəskin rinit, urtikariyalar və ya angionevrotik ödemin olması; - xəstələrdə mədənin və onikibarmaq bağırsağın xora xəstəliyinin və ya xora xəstəliyinin təkrarlanan epizodlarının olması (iki və daha çox epizod); - mədə-bağırsaq qanaxmaları (o cümlədən QSİƏP-nin əvvəlki qəbulu ilə bağlı olan), digər aktiv qanaxmalar; - Kron xəstəliyi, qeyri-spesifik xoralı kolit; - qaraciyər funksiyalarının ağır pozğunluqları (Çayld-Pyu təsnifatına görə 10-15 bal); - böyrək funksiyalarının ağır pozğunluqları (KK< 50 ml/dəq.); - bronxial astma (o cümlədən anamnezdə); - ağır ürək çatışmazlığı; - hemorragik diatez və ya digər koaqulopatiyalar; - hamiləliyin III trimestiri və laktasiya dövrü; - uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Viaket preparatı hamiləliyin üçüncü üçaylığında və laktasiya dövründə əks göstərişdir. Viaket birinci və ikinci üçaylıqlarda çox vacib olduqda, həkimin tövsiyələrinə əsasən, minimal dozalarda və daha qısa müddət ərzində istifadə edilə bilər.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatla müalicə fonunda başgicəllənmə və yuxululuğun əmələ gəlmə ehtimalı ilə əlaqədar olaraq diqqətin cəmləşdirilmə qabiliyyətinin və psixomotor reaksiyaların sürətinin zəifləməsi mümkündür.

VİAKET istifadə qaydası və dozası

Viaket preparatından əzələ daxilinə və ya vena daxilinə inyeksiya üçün istifadə edilir. Böyüklər Deksketoprofenin tövsiyə olunan dozası hər 8-12 saatdan bir 50 mq təşkil edir. Lazım gəldikdə hər 6 saatdan bir qəbulu təkrar etmək olar. Deksketoprofenin ümumi gündəlik dozası 150 mq-dan yüksək olmamalıdır.

Preparat kəskin ağrı sindromu zamanı qısa müddətli istifadə üçün (2 gündən çox olmayaraq) nəzərdə tutulmuşdur. Sonradan xəstəni daxilə qəbul olunan analgetiklərə keçirmək olar. Yaşlı xəstələr Yaşlı xəstələr üçün dozada düzəlişlərin edilməsi tələb olunmur. Lakin böyrək funksiyalarının fizioloji zəifləməsi ilə əlaqədar olaraq preparatın daha aşağı dozası tövsiyə olunur: böyrək funksiyaları yüngül dərəcədə pozulmuş yaşlı xəstələrdə adi gündəlik doza gündə 50 mq-dan yüksək olmamalıdır.

Qaraciyər funksiyalarının pozulması Qaraciyər funksiyaları yüngül dərəcədən orta ağır dərəcəyə qədər pozulan xəstələr üçün (Çayld-Pyu təsnifatına görə 5-9 bal) ümumi gündəlik dozanı 50 mq-a qədər azaltmaq və qaraciyər funksiyalarını diqqətlə yoxlamaq lazımdır. Viaket ağır qaraciyər çatışmazlığı olan xəstələrə əks göstərişdir. Böyrəklərin disfunksiyası zamanı Orta dərəcədə böyrək çatışmazlığı olan xəstələrdə (kreatinin klirensi 50-80 ml/dəq) deksketoprofenin ümumi dozası gündə 50 mq-dan yüksək olmamalıdır. Preparatı ağır böyrək çatışmazlığı olan xəstələrə (kreatinin klirensi < 50 ml/dəq) təyin etmək olmaz.

İnyeksiya üçün məhluldan infuziya məhlulu hazırlamaq üçün konsentratdan istifadə qaydası: Viaket-i kiçik həcmlərdə (məsələn, şprisdə) heparin, lidokain, morfin və teofillinin inyeksiya məhlulları ilə qarışdırmaq olar. Əzələ daxilinə yeridilmə Preparatın bir ampulu (2 ml) əzələyə dərinə tədricən yeridilir. Vena daxili infuziya Bir ampul (2 ml) 30-100 ml fizioloji məhlulda, qlükoza məhlulunda və ya Ringer (laktat) məhlulunda həll edilir. Infuziyanı təbii gün işığının təsirinə yol verməməklə, aseptik şəraitdə hazırlamaq lazımdır.

Hazırlanmış məhlul (şəffaf olmalıdır) 10-30 dəqiqə müddətində tədricən vana daxili infuziya yolu ilə yeridilir. 100 ml fizioloji məhlulda və ya qlükoza məhlulunda durulaşdırılmış Viaket preparatının məhlulunu dofamin, heparin, hidroksizin, lidokain, morfin, petidin və teofillinlə qarışdırmaq olar. Preparat birdəfəlik istifadə üçün nəzərdə tutulmuşdur, buna görə də hazır məhlulun artığı atılır. Yeritməzdən əvvəl məhlulun şəffaf və rəngsiz olmasına əmin olmaq lazımdır.

İçərisində bərk hissəciklər olan məhluldan istifadə etmək olmaz. Vena daxili inyeksiya (şırnaqla yeridilmə) Lazım gəldikdə preparatın 1 ampulu (2 ml) vena daxilinə 15 saniyədən tez olmamaqla yeridilir

Prepared by  T-Soft E-Commerce.