Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 q preparatın tərkibində 11,6 mq diklofenak dietilamin vardır ki, bu da 10 mq diklofenak natriuma müvafiqdir.
Preparat ağrı, iltihab və şişkinlik müalicəsi üçün aşağıdakı vəziyyətlərdə istifadə oluna bilər: • vətərlərin, bağların, əzələlərin və oynaqların zədələnməsi (məsələn, bağların yırtılması, əyilmə lər, qançırlar, idmandan sonra və ya qəzalar nəticəsində bel ağrısı); • tendinit (tennis dirsəyi sindromu), bursit, çiyin- əl sindromu, periartropatiyalar kimi yumşaq toxumaların revmatik xəstəliklərinin lokallaşdırılmış formaları. • kiçik və orta dərəcəli, dər iyə yaxın oynaqların, məsələn, barmaqların və ya dizlərin oynaqlarının artrozu. Preparatı böyüklərə və 12 yaşdan yuxarı uşaqlara istifadə etmək olar. Preparatın istifadəsindən 7 gün keçdikdən sonra vəziyyət yaxşılaşmadıqda və ya daha da pisləşdikdə, həkimə müraciət etmək lazımdır.
Voltaren Emulgel 1% xaricə istifadə üçün geli aşağıdakı hallarda istifadə etməyin: • Əgər Sizdə diklofenaka və ya preparatın tərkibində olan hər hansı digər komponentlərə (bu istifadə üzrə təlimatın (içliyin) “Tərkib” bölməsində göstərilən) və ya ağrının, qızdırmanın və ya iltihabın müalicəsi üçün istifadə olunan ibuprofen və ya asetilsalisil turşusu (qan laxtalanmasının qarşısını almaq üçün istifadə olunan preparat) preparatlarına qarşı allergiya (h iperhəssaslıq) olduqda. Əgər əmin deyilsiniz həkimə və ya əczaçıya müraciət etmək lazımdır. • Göstərilən preparata qarşı allergik reaksiyanın simptomlarına aşağıdakılar aid ola bilər: fışıltılı tənəffüs və ya təngnəfəslik (astma); dəri üzərində suluqlu və ya övrəli səpgilər; üz nahiyəsinin və ya dilin ödemi; zökəm; • hamiləlik dövrünün son 3 ayı (“Hamiləlik və laktasiya” bölməsinə bax). Əgər yuxarıda göstərilən vəziyyətlərdən hər hansı biri Sizdə müşahidə olunursa, preparatı istifadə etmək olmaz.
Hamiləlik dövründə, planlaşdırılan və ya ehtimal edilən hamiləlik zamanı və laktasiya dövründə, preparatı istifadə etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. • Uşağa zərər yetirə bilməsini və ya doğuş zamanı ağırlaşmaların meydana çıxma ehtimalını nəzərə alaraq, hamiləlik dövründə, xüsusilə hamiləliyin son 3 ayı müddətində preparatı istifadə etmək olmaz. • Laktasiya dövründə preparatı istifadə etmək olmaz.
Voltaren Emulgel preparatı avtomobil idarə etmək və mexanizmlərlə işləmək qabiliyyətinə təsir göstərmir.
Preparatı hər zaman həkim və ya əczaçının təyinatına uyğun istifadə etmək lazımdır. Suallar yarandıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Tövsiyə edilən doza Böyüklər və 12 yaşdan yuxarı uşaqlar Ağrı nahiyəsinin ölçüsündən asılı olaraq, dərinin zədələnmiş nahiyəsinə preparatı n 2-4 q (preparatın bu miqdarı həcminə görə albalı və ya yunan qozu ölçüsünə müvafiqdir və bədən səthinin 400-800 sm 2 sahəsi üzərində istifadə üçün yetərlidir), gündə 3-4 dəfə asta-asta dəriyə hopdurmaq lazımdır. 12 yaşdan kiçik uşaqlarda istifadəsi 12 yaşdan kiçik uşaqlar dərman vasitəsini istifadə etməməlidirlər.
İstifadə qaydası 1. Preparatın ilk istifadəsindən əvvəl tubun üzərindən qoruyucu membranı çıxarmaq üçün qapağı burmaq və açmaq lazımdır. Qapağın əks tərəfindən istifadə edərək, tubun üzərindəki qoruyucu membranı dəlmək, burmaq və çıxarmaq lazımdır. 2.
Səliqə ilə sıxaraq, tubdan bir qədər geli ağrılı və ya ödemli nahiyənin üzərinə çəkmək və tədricən dəriyə yeritmək lazımdır. İstifadə olunan gelin miqdarı ağrılı və ya ödemli nahiyənin ölç üsündən asılı ola bilər. Bir qayda olaraq, albalı və ya qoz meyvəsi ölçüsünə müvafiq gelin miqdarı yetərli olur. Geli dəri üzərinə çəkdikdə yüngül sərinləşdirici effekt hiss oluna bilər.
3. Preparatı yeritdikdən sonra əllər müalicə nahiyəsi olmadığı halda, onları quru kağız dəsmalla silmək və sonra yumaq lazımdır. 4. Duş və ya vanna qəbul etməzdən əvvəl dərmanın dəridə qurumasını gözləmək lazımdır.
İstifadə müddəti Preparatı 14 gündən artıq istifadə etmək olmaz. Daha uzunmüddətli istifadə yalnız həkim tərəfindən təyin oluna bilər. Preparatın istifadəsindən 7 gün keçdikdən sonra yaxşılaşma müşahidə olunmadıqda və ya simptomlar ağırlaşdıqda, həkimlə məsləhətləşmək lazımdır. Preparatın istifadəsinin ötürüldükdə Preparatın vaxtında düzgün istifadəsi ötürüldükdə, onu mümkün qədər tez istifadə etmək və daha sonra, istifadəsini sxem üzrə davam etdirmək lazımdır.
Ötürülmüş dozanı kompensasiya etmək üçün, preparatın ikiqat dozasından istifadə etmək olmaz. Göstərilən preparatın istifadəsi barədə suallar meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.