Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 100 mq flurbiprofen vardır
Revmatoid artrit, osteoartrit, ankilozlaşdırıcı spondilit, periartrit, "donmuş çiyin" sindromu (bazu-kürək periarteriiti), bursit, tendinit, tenosinovit, bel ağrısı, gərilmələr, daralmalar və əzilmələr. Diş ağrısı, postoperativ ağrı, dismenoreya və miqren zamanı yüngül və orta dərəcəli agrılar.
Flurbiprofenə və ya preparatın tərkibindəki hər hansı inqrediyentə qarşı yüksək həssaslıq. Anamnezdə flurbiprofenə, aspirinə və ya digər qeyri-steroid iltihabəleyhinə preparatlara (QSİƏP) qarşı yüksək həssaslıq reaksiyalar (məs., astma, rinit, angioödem, övrə). Anamnezdə QSİƏP-lərin qəbulu ilə bağlı mədə-bağırsaq qanaxması və ya perforasiyası. Aktiv və ya anamnezdə xoralı kolit, Kron xəstəliyi, residivləşən peptik xora və ya mədə-bağırsaq qanaxması (xoralanmanın və ya qanaxmanın iki və ya çox sübut olunmuş fərqli epizodu).
Ağır ürək, qaraciyər və böyrək çatışmazlığı. Hamiləliyin üçüncü trimestri.
Hamiləliyin I və II trimestrlərində mütləq göstəriş olduqda istifadə oluna bilər. QSİƏP-lərin dölün ürəkdamar sisteminə təsir göstərə biləcəyindən (arterial (botallov) axacağının bağlanması) hamiləliyin son dövründə (6-cı ayından sonra) QSİƏP-lərin istifadəsindən çəkinmək lazımdır. Laktasiya dövründə preparatın ana üçün fayda / risk nisbəti qiymətləndirilməlidir və ana südü ilə qidalandırma və ya preparatın istifadəsi dayandırılmalıdır.
QSİƏP-lərlə müalicə zamanı başgicəllənmə, yuxululuq, yorğunluq və görmə qabiliyyətinin pozulması kimi arzuolunmaz reaksiyaların yaranması mümkündür. Belə hallarda nəqliyyat vasitələri və digər mexanizmlərin idarə edilməsindən çəkinmək lazımdır.
Daxilə, yeməklə və ya yeməkdən sonra qəbul olunur. Arzuolunmaz əlavə reaksiyaları minimuma endirmək üçün ən aşağı effektiv doza isifadə edilməlidir. Bu səbəbdən müalicənin əvvəlində xəstəni müşahidə edərək dozalanma rejimi xəstənin ehtiyacına görə tənzimləmək olar. Gündəlik doza iki, üç və ya dörd dozaya bölünərək 150-200 mq təşkil edir.
Ağır simptomları olan xəstələrdə gündəlik doza bir neçə qəbula bölünərək 300 mq-a qədər artırıla bilər. Revmatoid artrit və ya osteoartrit zamanı tövsiyə edilən gündəlik doza iki, üç və ya dörd dozaya bölünərək 200-300 mq təşkil edir. Adəti ağrılar zamanı qəbulu 100 mq-dan başlamaq, sonra isə hər 4-6 saatdan bir 50-100 mq dozada davam etdirmək olar. Maksimal gündəlik doza 300 mq-dır.
Təkrar dozalarda istifadə etdikdə tövsiyə edilən maksimal tək doza 100 mq təşkil edir. Xüsusi qrup xəstələrə dair əlavə məlumat Pediatrik xəstələr Uşaqlarda istifadəsinə dair məlumat yoxdur. Yaşlı xəstələr 65 yaşdan yuxarı olan xəstələrdə ehtiyatla istifadə edilməlidir. Digər QSİƏP-lərdə olduğu kimi, yaşlı xəsətələrdə mədə-bağırsaq xoralanması və qanaxması, meteorizm və abdominal ağrı kimi mədə-bəğırsaq traktı tərəfindən olan əlavə təsirlər cavanlarla müqayisədə yaşlı xəstələrdə daha sıx müşahidə edilir.