Bitib
Stokda olanda mənə xəbər verin.Tərkibi: Zeytun yarpağı, zəncəfil kökü, sarıkök, tut yarpağı, darçın qabığı, qaragilə zoğları, məkkəgülü çiçəyi, əməköməci otu, lobya meyvəsinin qını.
İstifadə qaydası: İki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
Müasir dövrdə əhali arasında qeyri-düzgün qidalanma, fiziki aktivliyin az olması maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır və insan orqanizmində karbohidrat mübadiləsinin pozulması piylənməyə, artıq çəkiyə, sonuncu isə şəkərli diabetin inkişafına təkan verir. Bu zaman həkimlər tərəfindən kompleks müalicə ilə yanaşı xüsusi qida rejimi, pəhriz, hərəki aktivlik və idman məsləhət görülür.
Çayın tərkibi zeytun yarpağı, zəncəfil kökü, sarıkök, tut yarpağı, darçın qabığı, qaragilə zoğları, məkkəgülü çiçəyi, əməköməci otu, lobya meyvəsinin qını ilə zənginləşdirilmişdir. Diabetea çayının tərkibinə daxil olan qaragilə zoğları, toxumsuz lobya qını tərkibindəki insulinəbənzər maddələr hesabına qlükozanın hüceyrələr tərəfindən mənimsənilməsini təmin edir. Mədəaltı vəzin Langerhans adacıqlarını stimulyasiya edərək insulin sintezini artırır, qanda qlükozanın səviyyəsini azaldır.
Tərkibindəki zeytun yarpağı hesabına hüceyrələrin insulin reseptorlarının həssaslığını artırır. Çayın tərkibindəki məkkəgülü çiçəyi , zəncəfil kökü artıq çəkidən əziyyət çəkən insanlara antilipid, antisellülit effekt verərək çəki azalmasına səbəb olur . Həm də tərkibindəki antosianlar hesabına P vitamininəbənzər təsir göstərərək damar divarını möhkəmləndirir, keçiriciliyini tənzimləyir, nəticədə diabetik angiopatiyaların qarşısını alır.
Qaraciyərin antioksidant fermentlərinin miqdarını artırır, yağların oksidləşməsini sürətləndirir, sərbəst radikalları neytrallaşdıraraq orqanizmdən xaric edir. Lipid mübadiləsini tənzimlədiyi üçün piylənmələr zamanı yüksək effekt verir. Bu xəstələrdə susuzluq, ağızda quruluq və poliuriya kimi əlamətlərin qarşısını alır.
Diabetea çayının tərkibindəki zeytun yarpağı , məkkəgülü çiçəyi , əməköməci otu kimi bitkilər sidikqovucu effekt verərək orqanizmdən artıq mayeni xaric edərək ödem əleyhinə təsir göstərir, arterial təzyiqi tənzimləyir .
Diabetea çayı piylənmədən əziyyət çəkən xəstələrə arıqladıcı, həzmi yaxşılaşdırıcı və yaşlanma əleyhinə təsir edir. Məkkəgülü , əməköməci , sarıkök kimi bitkilər antioksidantlarla zəngin olduğu üçün orqanizmi sərbəst radikal, şlak və toksinlərdən təmizləyir. Dərinin turqoru və elastikliyini bərpa edir, orqanizmi cavanlaşdırır.