Bitib
Stokda olanda mənə xəbər verin.Tərkibi: Ləkəli alaqanqal toxumu, zəyərək toxumu, qarğıdalı saçağı, dazıotu otu, boymadərən otu, üçbölümlü yatıqqanqal otu.
İstifadə qaydası: İki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 20 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir. Qəbul müddəti 30 gündür.
Hamilələrdə tez-tez ürəkbulanma, qusma kimi hallar baş verir. Bunu da normal hal kimi qəbul edir, həkimə müraciət etdirəcək səbəbin olmamasını düşünürlər. Ancaq hamiləlik normal fizioloji haldır.
İlk 3 ayda rüşeymi əhatə edən xorion qişadan ifraz olunan qonodotropin hormonunun, rüşeymin ifrazat və mübadilə məhsullarının qan vasitəsilə ananın qaraciyərinə gətirilməsi nəticəsində orqanın yükü artır. Əvvəldən də cüzi problem olubsa, qaraciyər bunları zərərsizləşdirə bilmir. Nəticədə hepatositlər zədələnir, bu da ürəkbulanma, qusma və baş ağrıları ilə özünü göstərir.
Hamiləlikdə, xüsusən də ilk 3 ayda kimyəvi preparat istifadəsi olduqca təhlükəlidir. Çünki rüşeymin bütün orqan və sistemlərinin başlanğıcı bu zaman qoyulur. Bu prosesə hər hansı təsir gələcəkdə orqanlarda patologiya olaraq özünü göstərə bilər.
Bununla yanaşı, hepatositlərin yenidən əmələ gəlməsi və bərpasını sürətləndirir. Qaraciyərin dezintoksikasion funksiyasını artırır. Toksiki maddələri neytrallaşdıraraq orqanizmdən xaric olmasını asanlaşdırır.
Çünki onun tərkibində silimarin, silibin kimi hepatoprotektor maddələr, həmçinin fosfolipidlər vardır. Həmçinin toksin, zəhərli maddələrin qana sorularaq qaraciyəri zədələməsinin qarşısını alacaq . Yağ turşuları isə yumşaldıcı effekt verərək hamiləlik zamanı qəbizliyin qarşısını alacaq .
Orqanizmdə gedən dəyişikliklər, böyüyən döl digər orqanlar kimi həm qaraciyərin, həm də öd kisəsinin funksiyalarını zəiflədir. Nəticədə durğunluq yaranır, ödün normal hərəkəti pozulur. Bu da qaraciyər daxilində öd durğunluğuna, həzm prosesinin pozulmasına, iştahanın zəifləməsinə, qəbizliyə gətirib çıxarır.
Öddə yaranan durğunluq, qaraciyər funksiyasının zəifləməsi dəridə bir sıra əlamətlər – ləkə, qaşınma şəklində özünü büruzə verir.
Böyüklərdə qeyri-düzgün qidalanma, oturaq həyat tərzi, maddələr mübadiləsinin pozulmasına, piylənməyə, qaraciyərin piy distrofiyasına qədər gətirib çıxarır. Bundan başqa indi uşaqlar arasında geniş yayılan infeksion xəstəliklər, qurd invaziyaları, tez-tez xəstələnmə halları və s. geniş yayılmışdır.
Bu zamanı antibiotik, qurdəleyhinə preparatlar, immun stimulyatorların istifadəsi qaçınılmaz olur. Hələ tam formalaşmayan uşaq orqanizmi və qaraciyəri üçün bu preparatlar olduqca ağırdır. Həm böyüklərdə qaraciyərin xroniki xəstəlikləri, həm də uşaqlarda bu tipli preparatların qəbulu zamanı qaraciyərə həddən çox yük düşür.
Çünki bütün toksiki maddələr kimi dərmanlar da qaraciyərdə zərərsizləşir. Funksiyalarının tam formalaşmadığı üçün də dərman preparatları qaraciyəri zədələyir.