Bitib
Stokda olanda mənə xəbər verin.Tərkibi: Exinaseya otu, itburnu meyvəsi, şirin biyan kökü, böyük bağayarpağı yarpağı, qara gəndalaş çiçəyi, cirə meyvəsi, aptek çobanyastığı çiçəyi.
İstifadə qaydası: İki filtr-bağlama 200 ml (1 stəkan) qaynar suda 15 dəqiqə dəmlənir. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir. Qəbul müddəti 14 gündür.
İmmun sistemi zəif olanlar, uşaqlar, qocalar və hamilə qadınlar arasında tənəffüs yollarının iltihabi xəstəlikləri, xüsusilə virus infeksiyalarına təkrar yoluxma halları tez-tez müşahidə olunur. Bu vaxt xəstələr halsızlıq, qızdırma, çətin xaric olan bəlğəm ifrazından şikayət edir.
İmmunotea çayı yuxarı tənəffüs yollarında iltihabi əlamətlərə səbəb olan patogen mikroorqanizmlərə, viruslara qarşı təsir göstərir . Tərkibindəki exinaseya otunun exinazidləri, şirin biyan kökünün seliyi sayəsində bakterisid, virusid effekt verir. Həmçinin İmmunotea çayının tərkibində olan şirin biyan kökü, itburnu meyvəsi, bağayarpağı otu kimi bitkilər həm öz tərkiblərində olan iltihabəleyhinə maddələr hesabına, həm də orqanizmdə steroid maddələrin sintezini artırır, immun sistemi gücləndirir.
Nəticədə tənəffüs sistemindəki iltihabi prosesləri aradan qaldırır . Tənəffüs sistemində olan iltihabi proseslər nəticəsində yaranmış qatı, çətin xaric olan bəlğəm həmin xəstələri olduqca narahat edən amillərdəndir.
İmmunotea çayı tərkibində olan şirin biyan və bağayarpağı sayəsində bronxların sekretor qabiliyyətini artırır. Beləliklə, bəlğəmin xarakterini durulaşdırır, kirpikli epitelin hərəki aktivliyini artıraraq bəlğəmin xaric olmasını sürətləndirir. Xəstəlik nəticəsində müşahidə olunan əlamətlərdən biri də qızdırmadır.
Qızdırma orqanizmin müdafiə funksiyalarından olsa da, bəzən həddən artıq yüksəldikdə müəyyən fəsadlara səbəb ola bilir. İmmunotea çayı tərkibindəki qara gəndalaş və şirin biyan sayəsində tərlədici təsir göstərərək həm toksiki maddələrin orqanizmdən xaric olmasını asanlaşdırır , həm də bədən hərarətini azaldır . Xəstəlik nəticəsində yaranan iştahasızlıq və həzmsizliyi də İmmunotea çayı cirə meyvəsi , itburnu sayəsində aradan qaldırır.
Tərkibində olan şirin biyan və e xinaseya otu sayəsində orqanizmin həm ümumi, həm də yerli immun müqavimətini artırır . Nəticə etibarı ilə təkrar xəstəliyəyoluxma hallarının qarşısını almış olur.
İmmunotea çayı için, güclü immunitetə sahib olun!