Bitib
Stokda olanda mənə xəbər verin.Tərkibi: Cökə çiçəyi, zəyərək toxumu, şirin biyan kökü, istiotlu nanə yarpağı, razyana meyvəsi, kəcəvər kökü və kökümsovu.
İstifadə qaydası: İki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 4 dəfə, hər dəfə 100 ml yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə qəbul edilir. Qəbul müddəti 30 gündür.
Yağlı, qızardılmış qidalar, fast-fudlar, kəskin və ədviyyatlı qidalar əhalinin, ən çox da işləyən təbəqənin gündəlik qida rasionunun böyük bir qismini təşkil edir. Statistikaya görə inkişaf etmiş ölkələrin əhalisinin 95 %-i mədə problemləri ndən əziyyət çəkir. Bu səbəbdən xəstələr tərəfindən müxtəlif bürüyücü, antasid, iltihab əleyhinə preparatların vaxtında və müntəzəm olaraq qəbul edilməsi bir çox ağırlaşmaların qarşısını alır.
Bu dərmanların hər biri həkimlər tərəfindən ayrı-ayrı preparat şəklində təyin olunduğundan xəstələrdə dərmana qarşı ikrah hissi yaranır. Həm də bu tipli preparatların uzunmüddətli təyin edilməsi həzm vəzilərində tənbəllik yaradır. Sonradan əlavə mədə-bağırsaq problemləri nin yaranmasına gətirib çıxarır.
Mədə və ya on iki barmaq bağırsaqda xora və ya eroziv proseslər zamanı lazım olan bürüyücü effekti Teastomin çayı tərkibindəki zəyərək toxumu , şirin biyan kökü və cökə çiçəyi kimi selik saxlayan bitkilər sayəsində həyata keçirir. Bürüyücü təsir göstərərək mədə divarında olan sinir ucluqlarını qıcıqlanmadan qoruyur və ağrıkəsici təsir göstərir. Həmçinin bu bitkilər zədə nahiyəsindəki iltihabi proseslərin sağalmasını da sürətləndirir.
Bu xəstələri narahat edən əsas əlamət mədədə turşuluğun yüksəlməsi və qıcqırmadır. Bu hal qida qəbulu ilə əlaqədar daha da artır, xəstələrin həyat keyfiyyətini aşağa salır. Teastomin çayı kəcəvər kökü və şirin biyan kökü sayəsində mədədəki xlorid turşusunun artıq miqadırını absorbsiya edərək neytrallaşdırır.
Nəticədə mədənin turşuluğu azalır , qıcqırma və yanma hissi aradan qalxır.
Teastomin çayının tərkibində olan əksər bitkilər, xüsusən də istiotlu nanə yarpağı və cökə çiçəyi mikrosirkulyasiyanı və regenerasiyanı yaxşılaşdıraraq həzm sistemində olan xora və eroziv proseslərin sağalmasını sürətləndirir, spazmolitik təsir göstərərək ağrı sindromunu azaldır. Kəcəvər kökündə olan akorin qlikozidi, razyana meyvəsi və nanə yarpağı dad reseptorlarını qıcıqlandırır, həzm vəzilərinin sekresiyasını artırır, həzmi yaxşılaşdırır. Məlum olduğu kimi bu tip xəstələrdə adətən qəbizliyə meyillik olur.
Teastomin çayı tərkibində selik və yağ turşuları saxlayan bitkilər ( zəyərək toxumu , şirin biyan kökü ) sayəsində yumşaldıcı effekt verir, qəbizliyin qarşısını alır. Teastomin çayını uşaqlar, hamilə qadınlar, südverən analar, xroniki xəstəliklə əlaqədar ömrünün sonuna qədər dərman içmək məcburiyyətində olan hər kəs, həm mədəqoruyucu, həm də mədə turşuluğunu azaltmaq məqsədi ilə rahatlıqla istifadə edə bilər.