Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Herba Flora Teatroz çay 25 ədədli

Məhsul Kodu : 121-08361
4,60 AZN
Daha çox HERBA FLORA
Daha çox Çaylar
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Herba Flora Teartroz Çay N25

Tərkibi və İstifadə Qaydası

Tərkibi: İşlədici murdarça meyvəsi, itburnu meyvəsi, zirə meyvəsi, razyana meyvəsi, yemişan meyvəsi, aptek çobanyastığı çiçəyi, solmazçiçəyi çiçəyi, qızılçətir otu, boymadərən otu, üçbölümlü yatıqqanqal otu, dazıotu otu, damotu otu, mərcangilə yarpağı, ayıqulağı yarpağı, istiotlu nanə yarpağı, gicitkən yarpağı, kövrək murdarça qabığı, dərman pişikotu kökü.

İstifadə qaydası: İki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, isti və qaranlıq yerdə 12 saat saxlanılır. Gündə 3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl daxilə qəbul edilir. Qəbul müddəti 1 aydır. 2 həftəlik fasilədən sonra kurs təkrar olunur. Dəmləmənin dadını yaxşılaşdırmaq üçün şəkər əlavə etmək olar.

Məhsulun Təsviri

Müasir dövrdə hər kəsin yaşadığı passiv və oturaq həyat tərzi sözsüz ki, fəsadsız ötüşmür. Xüsusən ortayaşlı və yaşlı insanların televizor, gənclərin isə kompüter qarşısında saatlarla əyləşməsi, texnologiyanın yüksək inkişafı ilə bağlı işlərin avtomatlaşdırılması bir yandan maddələr mübadiləsinin pozulmasına, digər tərəfdən də oynaqların uzun müddət hərəkətsiz qalmasına və duzlaşma kimi problemə səbəb olur.

Həmçinin əhalinin böyük əksəriyyətinin əziyyət çəkdiyi artıq çəki problemi də oynaqlara düşən yükü artırır. Nəticədə oynaq qan dövranı zəifləyir, sinovial mayenin miqdarı və keyfiyyəti azalır, qığırdaqların strukturu pozulur.

Nəticədə osteoxondroz və artroz kimi xəstəliklər inkişaf edir. İnsanlar arasında boyun, bel, diz və topuq oynaqlarında ağrılar , hərəkətin məhdudlaşması kimi şikayətlər çoxalır.

Nəzərə alsaq ki, oynaqların degenerasiyası uzun sürən və gec bərpa olunan bir prosesdir, həmin dərman vasitələri xəstələrin vəziyyətini müvəqqəti olaraq yaxşılaşdırır. Soyuq havalarda tez-tez kəskinləşən xəstəliklər arasında osteoxondroz da özünəməxsus yer tutur.

Xəstələr baş ağrısından , boyunda ağrıdan , başgicəllənməsindən , bəzən də başda və ya qulaqlarda küy dən şikayətlənir. Osteoxondrozun müalicəsi ndə dərman bitkiləri çox qədimdən istifadə olunur, həm də onların təsiri danılmazdır.

Sizə qısa zamanda ağrını götürməklə yanaşı, xəstəliyin tez-tez kəskinləşməsinin də qarşısını alan bir məhsul təqdim edirik.

Teartroz çayını qəbul etməklə siz bir neçə effekti birdən almış olacaqsınız. Belə ki, Teartrozun tərkibində olan boymadərən otu , dazıotu , aptek çobanyastığı çiçəyi , damotu , nanə kimi bitkilər oynaqlarda olan ağrını azaltmaqla bərabər , iltihabı və şişkinliyi də azaldır.

Eyni zamanda sakitləşdirici və duzlaşma əleyhinə effekt verir. Qığırdaq strukturunun dağılmasının əsas səbəbinin oynaq mayesinin azalması və tərkibinin dəyişməsi olduğunu nəzərə alaraq Teartrozun tərkibinə oynağın qan dövranını yaxşılaşdıran , sinovial mayenin miqdarını artıran, onun tərkibini və özlülüyünü normallaşdıran bitkilər də əlavə olunub.

Məsələn qızılçətir otu , yemişan və itburnu meyvələri belə təsirə malikdir.

T eartroz çayının təsir spektri o qədər genişdir ki, ağrı və iltihab kimi simptomları aradan qaldırmaqla məhdudlaşmır. Xüsusilə vurğulamaq istərdik ki, metabolizmi tənzimləyərək oynaq xəstəlikləri nin əsas səbəbini aradan qaldırır.

Bunu solmazçiçəyi , boymadərən , itburnu kimi ödqovucu, mərcangilə , ayıqulağı , zirə və razyana kimi sidikqovucu, həmçinin işlədici murdarça meyvəsi , kövrək murdarça qabığı , qızılçətir otu kimi yüngül işlədici təsirli bitkilərin hesabına edir.

Teartroz çayı oynaq xəstəlikləri nin təkcə əlamətlərini deyil, səbəbini də aradan qaldırır. Onu istənilən xondroprotektor preparatla kombin edib və ya tək halda qəbul edə bilərsiniz.

Paket sayıN25
Oxşar məhsullar
Prepared by  T-Soft E-Commerce.