Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Herba Flora Ərküdə meyvəsi 50 qr

Məhsul Kodu : 121-13575
6,20 AZN
Daha çox HERBA FLORA
Daha çox Otlar
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Herba Flora Ərküdə Meyvəsi 50 Qr

Tərkibi və İstifadə Qaydası

İstifadə qaydası: Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 30 dəqiqə qaynayan su hamamında dəmlənir, soyudulur və süzülür. Gündə 3 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəqiqə əvvəl və ya 1 saat sonra ilıq şəkildə qəbul edilir. Qəbul müddəti minimum 3 aydır.

Məhsulun Təsviri

Ərküdə xalq təbabətində yüzilliklər boyunca istifadə olunub. Lakin onun neyrofizioloji təsir mexanizmləri yalnız 20-ci əsrdə öyrənilməyə başlayıb. Hələ Qədim Yunanıstanda əhali bu bitkidən istifadə edirdi.

Ərküdə meyvəsi əsasən Aralıq dənizi bölgəsində, Orta Asiyada və Cənubi Avropada yayılmışdır. Bitki “İbrahim ağacı” da adlanır. Əsasən qadın sağlamlığı üçün istifadə edilir, bəzən ona “qadın otu” da deyirlər.

Ərküdə meyvəsinin müalicəvi xüsusiyyətlərini nəinki fitoterapevtlər, həmçinin akademik təbabətlə məşğul olan mütəxəssislər də qəbul edir.

Bitkinin tərkibi flavonoidlər, diterpenlər, fitosteroidlər, prolifenollar, iridoid qlikozidlər, alkoloidlər, yağ turşuları ilə zəngindir. Ərküdə meyvəsinin ən faydalı komponentləri viteksin, viteksilakton, kastisin və aqnuziddir. Ərküdə meyvəsi diterpenlər sayəsində beyində dofamin reseptorlarını stimullaşdıraraq prolaktin səviyyəsini tənzimləyir.

Daha doğrusu qanda prolaktin səviyyəsini aşağı salır, süd vəzilərində gedən fibrokistik proseslərin geriyə inkişafına və tsiklik ağrı sindromunun aradan qalxmasına səbəb olur.

Ərküdə meyvəsi əsrlər boyu qadınların reproduktiv fəaliyyətinin aktivləşdirilməsi üçün istifadə olunurdu. Bu, bitkinin prolaktin səviyyəsini tənzimləməsi ilə izah olunurdu. Bildiyiniz kimi prolaktin səviyyəsinin yüksəkliyi cinsi hüceyrələrin inkişafını ləngidir, onların mayalanma qabiliyyətini aşağı salır və nəticə etibarı ilə sonsuzluğa gətirib çıxarır.

Kişi sonsuzluğu da bəzi hallarda prolaktin səviyyəsinin yüksəkliyi ilə əlaqədar olur. Bu zaman spermatozoidlərin miqdarı və aktivliyi azalır. Ərküdə meyvəsi bu problemin müalicəsində də çox effektlidir.

Xalq təbabətinə görə ərküdə hormonal balansı tənzimlədiyi üçün kişilərdə keçəlləşmənin qarşısını alaraq saçların uzanmasını təmin edir. Qadınlarda ovulyasiyanı stimullaşdırır. Xüsusilə Polikistik Yumurtalıq Sindromu olan qadınlarda ovulyasiya problemlərini aradan qaldıra bilir.

Ərküdə meyvəsi follikulstimullaşdırıcı hormonun səviyyəsini azaldır, lyuteinləşdirici hormonun miqdarını artırır. Eyni zamanda estrogen hormonunun səviyyəsini azaldır, progesteronun miqdarını isə artırır. Məhz bu səbəbdən sarı cismin funksional çatışmazlığı ilə əlaqədar menstrual tsikl pozulmalarına müsbət təsir göstərir.

Sarı cismin funksional çatışmazlığına bağlı progesteron ifrazının azalmasının qarşısını alır.

Müxtəlif tipli aybaşı pozulmalarında, hətta menstruasiyanın dayanması müşahidə edildikdə istifadə edilə bilər. Predmenstrual sindromun əlamətlərini (psixoemosional labillik, baş ağrıları, tsiklik mastodiniya, ödemlər) azaldır. Menopauza ilə əlaqəli hormonal disbalansı da tənzimləyir.

İsti basmalar, əsəbilik və hormon dəyişikliyinə qarşı təsirlidir. Bitki hormonal balansın pozulması ilə bağlı artıq çəkidən əziyyət çəkən insanlara arıqladıcı effekt verir. Ərküdə meyvəsi miqren zamanı müşahidə olunan baş ağrılarını azaldır.

Bitkinin tərkibində olan efir yağları göbələk və bakteriyalara, stafilokok və salmonellaya qarşı fungisid və bakterisid təsir göstərir. Bitkinin iltihab əleyhinə effekti də vardır.

Qablaşdırma çəkisi50 q
Oxşar məhsullar
Prepared by  T-Soft E-Commerce.