Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Herba Flora Bədrənc yarpağı 40 qr

Məhsul Kodu : 121-02220
2,00 AZN
Daha çox HERBA FLORA
Daha çox Otlar
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Herba Flora Bədrənc Yarpağı

Tərkibi və İstifadə Qaydası

İstifadə qaydası: Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, 45 dəq. otaq temperaturunda soyudulur, süzülür. Gündə 3-4 dəfə hər dəfə 1/4 stəkan yeməkdən sonra qəbul edilir. Həzm prosesini yaxşılaşdırmaq üçün isə yeməkdən 15 dəq. əvvəl qəbul edilir. Dəmləməni sərin yerdə 2 sutkaya qədər saxlamaq olar.

Məhsulun Təsviri

Dərman bədrənci çoxillik ot bitkisidir. Xalq təbabətində özünəməxsus yer tutur. Cənubi Avropa, Balkan ölkələri, Kiçik Asiya, Yaxın Şərq, Azərbaycan və Gürcüstanda geniş yayılıb.

Onun yabanı forması Aralıq dənizi regionu mənşəlidir.

Bitkinin tərkibi bir çox faydalı bioloji aktiv komponentlərlə zəngindir. Bunlara sitral aldehidi, gernial, neqral, sitronellal, linalool, heraniol, beta-kariofillen, karofillen-oksid, hermalkanren, menton, rozmarin turşusu, kofein, kversetin, ursul, olein turşusu, tannin, acı maddələr, üzvi turşular, C vitamini, karotin, K, Mg, Fe, Mn, Zn və digər mikroelementlərlə zəngindir.

Həyəcanı azaldır, yuxunu yaxşılaşdırır , sinir sistemini sakitləşdirir. Tərkibindəki heraniol və fenol turşuları mədə və bağırsaqlarda spazmı azaldır , mədənin turşuluğunu azaltmağa kömək edir. Ağrını kəsir, motorikanı yaxşılaşdırır, həzm sisteminin işini yaxşılaşdırır, öd yollarına müsbət təsir göstərir.

Qıcqırma , köp, spazm, həzm pozulmalarını azaldır. Bağırsaqların hərəkətliliyini tənzimləyir. Virus əleyhinə və bakteriya əleyhinə təsir göstərir.

Bitkinin efir yağları herpes viruslarına zəiflədici təsir göstərir, Kandida göbələyini və bir çox bakteriyaları məhv edir. Dərman bədrənc yarpağının dəmləməsi stomatit zamanı ağızı yaxalamaq üçün istifadə olunur.

Kversetin, apigenin, luteolin kimi bioloji aktiv maddələr qan kapilyarlarını möhkəmləndirir, damarların tonusunu azaldır , iltihabı aradan qaldırır. Sitokinlər, prostaglandinlər və iltihab mediatorlarının sekresiyasını azaldır. Koronar damarları genişləndirərək ürəyin qidalanmasını yaxşılaşdırır.

Ürək nahiyəsindəki ağrıları aradan qaldırır, ürək döyünmələrinin sayını azaldır, arterial təzyiqi aşağı salır, yüngül sidikqovucu effekt verir.

Fenol birləşmələri sayəsində orqanizmə antioksidant təsir göstərir. Maddələr mübadiləsi nəticəsində əmələ gələn sərbəst radikalları neytrallaşdıraraq onların bədən hüceyrələrinə dağıdıcı təsirinin qarşısını alır. Yaşlanma və şiş əleyhinə təsir göstərir.

Bütün bunlardan əlavə bədrənc yarpaqları beyindəki GABA reseptorlarını stimullaşdıraraq sinir sisteminin fəaliyyətini yaxşılaşdırır, yaddaşı və diqqəti gücləndirir , koqnitiv funksiyaları tənzimləyir, vərdişlərin formalaşmasını asanlaşdırır. Bu dərman bədrənc yarpağının ən əsas xüsusiyyətlərindəndir. Sinir qoruyucu və neyron qoruyucu olması, asetilxolini parçalayan xolinesteraza fermentini inhibə etməsi onun demensiya və Alzeymer xəstəliklərinin inkişaf riskini azaltdığını göstərir.

Bundan başqa sitral, sitronellal və linalool birləşmələri beyində melatonin və seratonin səviyyəsini tənzimləyir . Yuxusuzluq zamanı çay və ekstraktının istifadəsi faydalıdır. Bədrənc sinir hüceyrələri arasında informasiyanın rahat ötürülməsini, beyində məlumatın təhlili və işçi orqana ötürülməsini də təmin edir.

Panik atak , sinir gərginliyi, nevroz , hiperaktivlik hallarında istifadə olunur.

Oxşar məhsullar
Prepared by  T-Soft E-Commerce.