Bitib
Stokda olanda mənə xəbər verin.İstifadə qaydası: Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəqiqə su hamamında dəmlənir, soyudulur, süzülür. 2-3 həftə ərzində gündə 3 dəfə, hər dəfə 1/3 stəkan yeməkdən 30 dəqiqə əvvəl qəbul olunur.
Bibəriyyə müalicəvi təsirli dərman bitkisidir. O həmçinin kulinariyada xörəklərə dad verən ətirləndirici ədviyyat kimi istifadə edilir. İstisevən bitki olub daha çox Fransa, İtaliya, Yunanıstan, İspaniya kimi ölkələrdə yetişir.
Həmişəyaşıl ot bitkisidir və hündürlüyü 2 metrə çatır. Bitkinin tərkibi efir yağları, aşı maddələr, saponinlər, fitosterollarla zəngindir. Bibəriyyə çoxsaylı müalicəvi xüsusiyyətlərə malikdir.
Bitki yüksək effektli antioksidantdır. İltihab əleyhinə, mikrob əleyhinə, virus əleyhinə, göbələk əleyhinə, xora əleyhinə, antihistamin, sidikqovucu effekt verir.
Bibəriyyə bir çox xəstəliklərin müalicə və profilaktikasında istifadə edilir. Çoxsaylı tədqiqatlar nəticəsində məlum olub ki, bibəriyyə hüceyrə membranlarını stabilləşdirdirir. Orqanizmi ultrabənövşəyi şüaların zərərli təsirlərindən qoruyur.
Bitkinin tərkibi rozmarin turşusu ilə zəngin olduğu üçün ağız boşluğunda mikrofloranı tənzimləyir, kəskin və xroniki tənəffüs sistemi xəstəlikləri zamanı patogen mikrobları məhv edir.
Bibəriyyə qanda şəkər səviyyəsini tənzimləyir. Diabetönü vəziyyətlərdə, insulinə qarşı rezistentlik zamanı çox effektlidir. Bibəriyyə ürək əzələsinin yığılma qabiliyyətini artırır, eyni zamanda arterial təzyiqi tənzimləyir.
Ürək və qan-damar sistemində qan dövranını yaxşılaşdırır. Bitki həmçinin artrit və revmatizmlə mübarizə aparır, orqanizmə ümumi möhkəmləndirici təsir göstərir, fiziki və zehni qabiliyyəti artırır.
Bibəriyyə otu bütün bu xüsusiyyətləri ilə yanaşı Altsheymer xəstəliyinin inkişafına səbəb olan asetilxolinesteraza, butirilxolinesteraza fermentlərinin aktivliyini azaldır. Bu da beyində neyronlararası əlaqəni yaxşılaşdırır, beyin qan dövranını, yaddaş və diqqəti gücləndirir. Bitki bağırsaqların funksiyasını tənzimləyir, həzmi yaxşılaşdırır.
Qazəmələgəlmənin qarşısını alır, qazqovucu effekt verir, həzm yollarının saya əzələlərinə spazmolitik təsir göstərir. Bağırsaqlarda qıcqırma və çürümənin qarşısını alır. Həzm şirəsinin sekresiyasını artırır, qidanın həzmini yaxşılaşdırır.
Bir çox göbələk növlərini, o cümlədən Candida albicansı məhv edir, kandidoz xəstəliyinin inkişafının qarşısını alır.
Bibəriyyə otu həmçinin ödqovucudur, öd kisəsi və od yolları xəstəiklərində istifadə edilir. Bu bitki əzələ və sinir ağrılarında da istifadə olunur. Gün ərzində maddələr mübadiləsi nəticəsində orqanizmdə əmələ gələn metabolitləri bədəndən çıxarır.
Bibəriyyə otu saçları möhkəmləndirir, saç tökülmə əleyhinə effekt verir. Baş dərisində qan dövranını yaxşılaşdıraraq saçların uzanmasını təmin edir.
Bu təbii məhsul ağız boşluğu və udlaqda stafilokokk, streptokoklara qarşı aktiv mübarizə aparır. Antibiotikə davamlı ştamlara, hətta qızılı stafilokoklara qarşı çox effektlidir. Ağız boşluğu orqanizmin giriş qapısı olduğu üçün xəstəlik törədən mikrobları yerində məhv edərək həzm və tənəffüs yoluna düşməsinin qarşısını alır.
Bundan əlavə bibəriyyə otu xammal şəklində də şirkət tərəfindən istehsal edilir. Dəmləməsi daxilə qəbul edildikdə bütün orqanizmdə iltihabın sorulmasını sürətləndirərək ağrıları azaldır.
| Qablaşdırma çəkisi | 40 q |
|---|