Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Herba Flora Boymadərən otu 35 qr

Məhsul Kodu : 121-02184
1,40 AZN
Daha çox HERBA FLORA
Daha çox Otlar
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Herba Flora Boymədərən Otu

Tərkibi və İstifadə Qaydası

Tərkibi: Boymadərən otunun tərkibində 0,05% metilbetain (axillein), əsas komponentləri proazulen, alfa-pinen, beta-pinen, kamfora, borneol, tujon, sineol olan 0,8% efir yağı, həmçinin sirkə, qarışqa və izovalerian turşuları, mürəkkəb efirlər və spirtlər, C və K vitaminləri var.

İstifadə qaydası: Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 15 dəq. dəmlənir, 45 dəq. soyudulur, süzülür. Gündə 3 dəfə hər dəfə 1/3 stəkan yeməkdən sonra qəbul edilir.

Məhsulun Təsviri

Boymadərən Astraçiçəkçiçəklilər sinfinə aid olan çoxillik ot bitkisidir. Bitkinin ətraf mühitin müxtəlif şəraitlərinə asan uyğunlaşma qabiliyyəti onun nadir xüsusiyyətlərindən hesab olunur. Onun, demək olar ki, bütün dünyada hətta Arktika ərazisinə qədər yayıldığı məlumdur.

Boymadərən həm dekorativ bitki kimi əhəmiyyətli, həm də müalicəvi xüsusiyyətlərinə görə çox qiymətli bitkidir.

Bitki güclü iltihab əleyhinə təsir göstərən azulen, tanasetin, xamazulen kimi bioloji aktiv maddələrlə zəngindir. Məhz bu faydalı maddələr sayəsində boymadərən təbabətdə soyuqdəymədən tutmuş həzm problemlərinə qədər bir çox xəstəliklərin dərmanı hesab olunur. Hər şeydən əvvəl onu qeyd edək ki, bitki ödqovucudur və qaraciyər toxumasına iltihab əleyhinə təsir göstərir.

O qaraciyərdaxili öd yollarında və öd kisəsində durğunluğu aradan qaldırır . Ödün öd kisəsinə, öd yollarına və bağırsaqlara tökülməsini asanlaşdırır. Həzmi yaxşılaşdırır , yağların parçalanmasını sürətləndirir.

Boymadərən cövhəri və ekstraktı zədələnmiş qaraciyər hüceyrələrinin bərpasını sürətləndirir , orqanın funksional fəaliyyətini yaxşılaşdırır. Bu da onu xroniki hepatit, qaraciyər piylənməsi kimi xəstəliklər zamanı faydalı edir. Bitki bir çox mədə-bağırsaq xəstəliklərində büzücü, spazm əleyhinə, iştaha açıçı, qankəsici təsir göstərir.

Mədənin selikli qişasını bərpa edir, eroziya və xoraları sağaldır .

Boymadərən ginekoloji xəstəliklərin müalicəsində də faydalıdır. Qadın cinsiyyət sisteminin müxtəlif xəstəlikləri, xüsusən də endometrit , adneksit və vulvit zamanı antiseptik təsir göstərir, spazmı azaldır. Fitoesterogenlərlə zəngin olduğu üçün menstrual tsikli tənzimləyir , aybaşı öncəsi baş verən ağrıları aradan qaldırır.

Predmenstrual sindrom əlamətlərini azaldır, qadınlarda reproduktiv sağlamlığı təmin edir.

Boymadərən iltihab əleyhinə və yarasağaldıcı xüsusiyyətləri ilə babasilin müalicəsində də effektlidir. Boymadərən tərkibli təbii məhsullarla vanna, kompress və mazlar babasil zamanı iltihab əleyhinə təsir göstərir, qaşınma və diskomfortu aradan qaldırır, babasil düyünlərinin kiçilməsinə gətirib çıxarır. Bununla yanaşı vannaların tətbiqi kiçik çanaqda qan dövranını yaxşılaşdırır, sağalma prosesini sürətləndirir.

Boymadərəndən hazırlanan islatma və kompreslər dəridə kəsik, yanıq, həşərat dişləmələri və digər dəri zədələnmələri zamanı geniş istifadə olunur.

Boymadərən saçların və tük follikullarının möhkəmlənməsini təmin edir, saçları uzadır , saç tökülməsinin qarşısını alır. Saçları yuduqdan sonra təmiz saçlara bitkinin cövhəri və ya sulu ekstraktının tətbiqi onlara parlaqlıq verir, saçın strukturunu yaxşılaşdırır, kəpək əleyhinə effekt verir. Bu vasitələrin mütəmadi istifadəsi saçları sağlam, gözəl, güclü və elastik edir.

Boymadərən çiçəkləri efir yağları ilə zəngin olduğu üçün aromaterapiyada da tətbiq olunur. Bitkinin unikal efir yağı tərkibi psixoemosional stress və gərginlik zamanı həyəcanı və təşvişi azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır, insanı sakitləşdirir, yuxunun keyfiyyətini artırır.

Oxşar məhsullar
Prepared by  T-Soft E-Commerce.