Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Herba Flora Cökə çiçəyi 40 qr

Məhsul Kodu : 121-05157
3,00 AZN
Daha çox HERBA FLORA
Daha çox Otlar
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Herba Flora Cökə Çiçəyi

Tərkibi və İstifadə Qaydası

Tərkibi: Cökə çiçəklərinin tərkibi kempferol, akasetin, afzelin, kempferitrin, tilirozid, kversetin, herbasetin flavonoidləri, protoantosianidlər, həmçinin hesperidin və tiliasin qlikozidləri, askorbin turşusu və karotin, farnezol terpenoid spirtindən ibarət efir yağı (0,05%-ə qədər), aşı maddələri, saponinlər, fenolkarbon turşuları, polisaxaridlər, selik, makro- və mikroelementlərlə zəngindir.

İstifadə qaydası: İki xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 15 dəq. dəmlənir, soyudulur, süzülür. Dəmləmə ilıq şəkildə yatmazdan qabaq 2 stəkan qəbul edilir və ya qarqara edilir. Dəmləməni sərin yerdə 2 sutka saxlamaq olar.

Məhsulun Təsviri

Cökə çiçəklərinin faydalı xüsusiyyətləri əsrlərdir təbabətdə geniş tətbiq olunur. Bitki əvvəllər müqəddəs hesab olunduğu üçün məbədlərin yanında əkilirdi.

Tarixən cökə “Kralların Nektarı” deyə adlanırdı. Cökə çiçəklənən zaman ətri insanı valeh edən iri ağacdır.

Hündürlüyü 40 metrə çatır və cökə çiçəklərinin tərkibində çoxlu miqdarda faydalı kimyəvi maddələr vardır. Cökə çiçəkləri fitonsidlər, qlikozid tliasin, flavonoidlər, askorbin turşusu, efir yağları, aşı maddələr, vitaminlərlə zəngindir.

Cökə çiçəkləri A, B6, C, P vitaminləri, manqan, kalsium kimi minerallarla zəngin olduğu üçün orqanizmi gücləndirir. Həmçinin kversetin və kempferol kimi antioksidantlar hesabına öskürək, boğaz ağrısı, qrip və soyuqdəymə əlamətlərini azaldır, qızdırmasılıcı, iltihab əleyhinə təsir edir.

Cökə bağırsaq sancıları, əzələ spazmlarını da aradan qaldırır. Bitki bu antioksidantlar sayəsində həm də orqanizmdən ağır metal duzları, şlak və toksinləri çıxarır.

Cökə çiçəklərinin tərkibindəki P-kumar turşusu adlı maddə orqanizmə tərlədici təsir göstərir. Beləliklə bitki həm də tərləmə yolu ilə orqanizmi zərərli maddələrdən təmizləyir.

Bu da bir növ bədən detoksu hesab edilə bilər. Cökə çiçəkləri sidikqovucu olduğu üçün yüksək arterial təzyiqi normaya salır.

Bu çiçəklərdən hazırlanmış çay stresi və həyəcanı azaldır.

Dünyanın bir çox ölkəsində cökə çiçəkləri sakitləşdirici olaraq istifadə olunur. Cökə çayı panik atak, təşviş, həyəcan zamanı insanda əhvali-ruhiyyəni yaxşılaşdırır və bədəni rahatlayır.

Orqanizmdə baş verən həzm pozğunluğu, ürəkbulanma, qəbizlik, meteorizm, köp zamanı cökə çiçəkləri çox faydalıdır. Bu çiçəklər seliklə zəngin olduğu üçün qastrit, xora kimi xəstəliklər zamanı mədə və bağırsaqların selikli qişasını bürüyərək reseptorların qıcıqlanmasının qarşısını alır.

Bundan əlavə bürüyücü qat altında yara və xora sahələrinin sağalmasını tezləşdirir. Qazəmələgəlməni azaltdığı və qazçıxarıcı olduğu üçün həm uşaqlarda, həm də böyüklərdə həzm prosesini normallaşdırır.

Cökə çiçəklərinin antioksidant tərkibi orqanizmdə sərbəst radikallarla mübarizə apararaq hüceyrələrin yenilənməsini təmin edir, xüsusi olaraq dərini yaşlanmadan qoruyur. Cökə yarpaqlarından hazırlanan dəmləmə dərinin daha gənc, sağlam, gözəl görünməsini və ləkələrin tədricən yox olmasını təmin edir.

Cökə yarpaqlarını qaynadıb, soyutduqdan sonra həmin suya pambıq batıraraq göz qapaqlarının üstünə qoyduqda gözlərdəki yorğunluq aradan qalxır. Pambığa batırılmış dəmləmə ilə gözlərin selikli qişalarını da mikroblardan təmizləmək mümkündür. Cökə flavonoid və kversetinlərin sayəsində orqanizmdə hüceyrə mutasiyalarını önləyir, atipik hüceyrələrin əmələ gəlməsini və xərçəngin qarşısını alır, şiş əleyhinə təsir edir.

Oxşar məhsullar
Prepared by  T-Soft E-Commerce.