Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Herba Flora Gicitkən yarpağı 40 qr

Məhsul Kodu : 121-02224
1,20 AZN
Daha çox HERBA FLORA
Daha çox Otlar
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Herba Flora Gicitkən Yarpağı

Tərkibi və İstifadə Qaydası

Tərkibi: Gicitkən yarpaqlarının tərkibində karotinoidlər (β-karotin, viola­ksantin, ksantofil, ksantofil-epoksid), C, K, B1, B2 vitaminləri, aşı maddələri, xlorofil, urtisin qlikozidi, flavonoidlər (kversetin, izoramnetin, kempferol), üzvi turşular (turşəng, qarışqa, fumar), fenolkarbon turşuları (qəhvə, qall), makro- və mikro­elementlər var.

İstifadə qaydası: 1 xörək qaşığı xammalın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. qaynayan su hamamında dəmlənir, soyudulur, süzülür. Daxilə gündə 3-5 dəfə, hər dəfə 1 xörək qaşığı, xaricə vanna və islatma şəklində təyin olunur. Saç üçün dəmləmə 5 xörək qaşığı 0,5 litr suya nisbətində hazırlanır və yuyulduqdan sonra saçlar yaxalanır.

Məhsulun Təsviri

Xalq təbabətində və rəsmi tibdə gicitkən özünəməxsus faydalı xüsusiyyətləri ilə tanınan bitkidir. Bütün Avropanı əhatə etməklə, Sibir, Uzaq Şərq, Şimali Amerika, Kanadada geniş yayılıb. Ən çox rütubətli, azotla zəngin torpaqlarda, çay kənarlarında, meşələrdə yetişir.

Birillik və çoxillik növləri var.

Qədim Misirdə gicitkən artrit və bel ağrılarını müalicə etmək üçün istifadə olunurdu. Gicitkənin yarpaqlarında çox miqdarda qida maddələri, o cümlədən A, K, C və B qrupu vitaminləri, minerallar (kalsium, dəmir, maqnezium, kalium, fosfor, sink, silisium), həmçinin hüceyrələri sərbəst radikallardan qoruyan və orqanizmin qocalmasının qarşısını alan yağlar və əvəzolunmaz amin turşuları var.

Gicitkən yarpağı tərkibindəki faydalı aktiv komponentlər hesabına orqanizmə iltihab əleyhinə , qızdırmasalıcı, hipotenziv, qankəsici , hipoqlikemik, antiallergik, antirevmatik, kardiotrop, antioksidant təsir göstərir. Zəngin vitamin və mineral tərkibi onun orqanizmə ümumi möhkəmləndirici təsirini müəyyən edir. Bitki C və K vitamini, həmçinin dəmir hesabına qanartırıcı təsir göstərir.

Hemoqlobin səviyyəsini yüksəldir, qanaxmaların (xüsusilə aybaşı qanaxmalarında) qarşısını alır . Bitki mədə və bağırsaqların fəaliyyətini yaxşılaşdırır, iştahanı artırır . Gicitkənin mineral tərkibi ürək, qaraciyər, əzələ və digər orqanların sağlamlığına faydalı təsir göstərir.

Bitki qaraciyərin funksiyasını yaxşılaşdıraraq həmçinin güclü detoks xüsusiyyətləri ilə tanınır. Orqanizmi ağır metal duzları, şlak və toksinlərdən azad edir.

Gicitkən yarpağı ekstraktı oynaqlarda yaranan iltihabı yüngülləşdirir. Bədəndəki bütün iltihabi ocaqları söndürür, iltihabın sorulmasını təmin edərək regenerasiyanı sürətləndirir . Bundan başqa bu bitki yüksək arterial təzyiqi müalicə etmək üçün də istifadə edilmişdir.

Gicitkən yarpağı ekstraktı testosteronun daha güclü forması olan dihidrotestosterona çevrilməsinin qarşısını alır. Bununla prostat vəzin yaşla bağlı böyüməsinin qarşısını alır. Bu bitki pielonefrit , sistit, prostat vəz adenoması, prostatit kimi xəstəliklərdə sidikqovucu effekt verərək sidikliyin rahat boşalmasını təmin edir.

Bitki antisellülit təsir edərək bədəndə ödem və şişkinliyi azaldır , artıq çəkidən azad edir.

Gicitkən yarpağının kosmetologiyada da yeri əvəzsizdir. Gicitkən dəmləməsi ilə saçları yaxaladıqda baş dərisinin qan dövranını yaxşılaşdırır. Tük follikullarını vitamin və minerallarla qidalandıraraq möhkəmləndirir, saç tökülməsinin qarşısını alır .

Dəriyə baxım zamanı onun yenilənməsini və təmizlənməsini təmin edir. Akne və ekzema müalicəsində də istifadə olunur.

Bundab başqa gicitkən yarpağı ayrıca ot şəklində də istehsal olunur. Bu məhsullar dəri, böyrək və sidik yolu xəstəliklərində güclü iltihab əleyhinə təsir göstərir.

Oxşar məhsullar
Prepared by  T-Soft E-Commerce.