Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Herba Flora Goji Berry giləmeyvəsi 70 qr

Məhsul Kodu : 121-25210
8,00 AZN
Daha çox HERBA FLORA
Daha çox Otlar
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Herba Flora Goji Berry 70 Qr

Tərkibi və İstifadə Qaydası

İstifadə qaydası: 1 çay qaşığı giləmeyvə 1 stəkan qaynar suda dəmlənir. Gün ərzində 2-3 stəkana qədər içilə bilər. Giləmeyvə həmçinin çərəz kimi yeyilir, sıyıq, müsli və salatlara əlavə edilir.

Məhsulun Təsviri

Goji Berry giləmeyvələri 4000 ildən çoxdur ki, şimal-qərbi Çində yetişdirilir. Bu bitki eramızdan əvvəl 200-cü ildə ənənəvi Çin təbabətində geniş istifadə olunurdu. Əfsanələrə görə min il bundan əvvəl Himalay dağlarında qədim rahiblər sağlamlıq, uzunömürlülük, yüksək enerji, əmək qabiliyyəti qazanmaq üçün öz qidalarına Goji Berry giləmeyvələrini əlavə edirdilər.

Bitkinin giləmeyvələri kollarda yetişir. Kolların hündürlüyü 3-4 metr olur və 2metr uzunluğunda tikanlı budaqlarla əhatə olur. İyul ayından sentyabra qədər o qədər də diqqəti cəlb etməyən bitki çiçək açır və tədricən həmin çiçəklər xırda, qırmızı rəngli giləmeyvələrə çevrilir.

Qurudulmuş giləmeyvələr zahirən zirinc, yaxud kişmişi xatırladır, lakin iriliyi ilə onlardan seçilir. Goji Berry giləmeyvələri quşüzümü dadı verir.

Bitkinin giləmeyvələri antioksidantlar, zülal və minerallarla (sink, yod, selen, dəmir, kalsium, kalium, fosfor, maqnezium), polidoymamış yağ turşuları, Omeqa-6, Omeqa-3 ilə yanaşı A, C, B1, B2, B6, B9 vitaminləri ilə də zəngindirlər. Deyilənlərə görə 1 xörək qaşığı Goji Berry giləmeyvəsi qəbul etmək insanın gündəlik vitamin və minerala olan təlabatını ödəyir. Bu giləmeyvələr immuniteti yüksəldir, orqanizmi virus və infeksiyalardan qoruyur, qanın tərkibini yaxşılaşdırır, qırmızı və ağ qan hüceyrələrinin sintezini təmin edir.

Goji Berry giləmeyvəsinin tərkibindəki siperon koronar arteriyalarda, ürək əzələsində qan dövranını yaxşılaşdırır. Bundan əlavə giləmeyvələrin tərkibindəki polisaxaridlər qanda qlükoza və xolesterin səviyyəsini stabil saxlayır. Mütəmadi olaraq Goji Berry giləmeyvələrinin qəbulu qanda limfositlərin miqdarını yüksəldir, nəticədə orqanizmin xəstəliklərə qarşı müqaviməti artır.

Bu bitki bağırsaq mikroflorasını yaxşılaşdırır, qaraciyəri toksinlərdən təmizləyir, orqanizmdən artıq mayeni çıxarır, həmçinin maddələr mübadiləsini yaxşılaşdırır, hormonal balansı təmin edir.

Tibet zirinci kimi tanınan Goji Berry giləmeyvəsi kişilərdə potensiyanı yaxşılaşdırır, kişi cinsi hormonlarının sintezini artırır. Kişilərdə spermanın keyfiyyətini yaxşılaşdırır, sonsuzluqla mübarizədə əhəmiyyətlidir. Bu bitkinin giləmeyvələri qadın orqanizmi üçün də çox faydalıdır.

Qadınlar aybaşı zamanı qəbul edərsə ağrı azalır. Klimaks zamanı Goji Berry giləmeyvələri xüsusilə tövsiyə olunur. Goji Berry giləmeyvəsi yeyən qadınların əhvali-ruhiyyəsi yaxşılaşır, dərisi gözəlləşir, orqanizmi cavanlaşır.

Goji Berry giləmeyvələri az kalorilidir, lakin vitamin, mineral, zülal və yağlarla zəngindir, həmçinin arıqlamaq üçün qida rasionuna əlavə etdikdə gözəl nəticələr alınır. Tərkibindəki antioksidantlar hüceyrələrdə oksidləşmə reaksiyalarını sürətləndirir, orqanizmin zərərli maddələrdən azad olmasını təmin edir. Fiziki aktivliyin artırılması ilə yanaşı Goji Berry giləmeyvəsinin qəbulu artıq çəkidən azad olmağa kömək edir.

Qablaşdırma çəkisi70 q
Oxşar məhsullar
Prepared by  T-Soft E-Commerce.