Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Herba Flora Güldəfnə toxumu 50 qr

Məhsul Kodu : 121-25372
2,00 AZN
Daha çox HERBA FLORA
Daha çox Otlar
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Herba Flora Güldəfnə Toxumu (xilba, çemenotu)

Tərkibi və İstifadə Qaydası

İstifadə qaydası: Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 30 dəqiqə qaynayan su hamamında dəmlənir, soyudulur və süzülür. Gündə 2-3 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəqiqə əvvəl ilıq şəkildə qəbul edilir.

Məhsulun Təsviri

Güldəfnə toxumu ənənəvi tibb praktikasında çox tətbiq edildiyi üçün onun təsir mexanizmləri haqqında geniş məlumatlar mövcuddur. Güldəfnə bitkisi əsasən mülayim və subtropik iqlim zonalarında yetişir.

Azərbaycan, Türkiyə, İran və qonşu regionlarda çox istifadə olunur. Güldəfnə toxumu bioaktiv maddələrlə zəngin tərkibə malikdir.

Onun tərkibinə Omeqa-3, Omeqa-6 kimi yağ turşuları, B qrupu, A, E vitaminləri, askorbin turşusu, kalsium, kalium, maqnezium, dəmir, fosfor, sink mineralları, flavonoidlər, antioksidantlar və efir yağları daxildir.

Triqoneplon alkaloidi, selikli və acı maddələr də güldəfnə toxumunun əsas tərkib hissələrindəndir. Onlar hipofiz vəzin ön payını stimulyasiya edərək prolaktin sintezini yüksəldir , bununla da ana südünün əmələ gəlməsini artırır və südün karbohidrat-yağ tərkibini yaxşılaşdırır.

Acı maddələrlə zəngin olduğundan həzmi tənzimləyir, anada və körpədə köpün qarşısını alır. Güldəfnə toxumu iştahanı yaxşılaşdırır , qıcqırma və spazmları aradan qaldırır.

Bu bitkinin toxumu qadınlarda həmçinin aybaşı dövrünü tənzimləyir , predmenstrual sindrom əlamətlərini azaldır. Kişilərdə testosteron sintezini artırır, potensiyanı yüksəldir .

Güldəfnə toxumunda olan omega yağ turşuları neyrodegenerativ prosesləri ləngitməyə və beyin hüceyrələrini zədələnmədən qorumağa kömək edir. Bu yaddaşın və diqqətin yaxşılaşmasına , informasiyanın beyin tərəfindən qəbulu, təhlili və ötürülməsinə kömək edir.

Omeqa-3 və Omeqa-6 yağ turşuları həmçinin lipid- xolesterol mübadiləsini yaxşılaşdırır. Güldəfnə toxumu qanda şəkər səviyyəsini azaldır , arterial təzyiqi stabil saxlamağa kömək edir, damar sağlamlığını qoruyur.

Bununla da ürək-damar sistemi xəstəliklərinin inkişaf riskini azaldır.

Kalium sayəsində bədəndən artıq mayeni çıxararaq şişkinlik və ödemi azaldır. Yağ turşuları, həmçinin digər bioaktiv maddələrlə birgə həzm sisteminin fəaliyyətini yaxşılaşdırır , mədə-bağırsaq traktının normal işləməsinə kömək edir.

Liflər və prebiotik komponentlər bağırsaqların motorikasını yaxşılaşdırır, qəbizliyə qarşı mübarizədə faydalıdır. B qrupu vitaminləri, askorbin turşusu və minerallar orqanizmin immun müqavimətini gücləndirir , bədəni ətraf mühitin zərərli amillərindən qoruyur, virus əleyhinə aktiv mübarizə aparır.

Məhz bu səbəbdən yaz, payız, qış fəsillərində mövsümi qrip və soyuqdəymə zamanı güldəfnə toxumunu daxilə qəbul etmək çox faydalıdır.

Flavonoidlər və antioksidantlar hüceyrələrin oksidləşmə proseslərindən qorunmasına kömək edir, sərbəst radikalların təsirlərini azaldır. Yağ turşularının təsirindən güldəfnə toxumu həm də dərinin elastikliyini artırır, qocalma əlamətlərinin gecikməsinə və dəri problemlərinin azalmasına kömək edir.

Bütün bu aktiv maddələr saç follikullarına təsir edərək saçların sağlam böyüməsini təmin edir.

Tealakton çayı südvermə dönəmində ana südünün çatışmazlığından əziyyət çəkən qadınlar üçün çox effektli məhsuldur!

Oxşar məhsullar
Prepared by  T-Soft E-Commerce.