Bitib
Stokda olanda mənə xəbər verin.İstifadə qaydası: Bürüyücü, iltihab əleyhinə və ağrıkəsici vasitə kimi udlağın və qırtlağın xəstəliklərində, hiperasid qastritdə, xora xəstəliyində tətbiq edilir, bəlğəmgətirici vasitə kimi traxeitdə, bronxitdə və bronxial astmada təyin olunur. İstifadə qaydası: İki xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 30 dəq. dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Böyüklər üçün gündə 4-5 dəfə, hər dəfə 1/3 stəkan, uşaqlar üçün gündə 3-5 dəfə, hər dəfə 1-2 desert qaşığı daxilə qəbul edilir.
Gülxətmi çoxillik dərman bitkisi olub hündürlüyü 1,5 metrə çatır. Gülxətmi əsasən Avropa, Qərbi Asiya, Orta Şərqdə geniş yayılıb. Bitki ən çox rütubətli ərazilərdə bitir.
Gülxətminin kökləri və çiçəkləri L-aspargin, karotin, fitosterinlər, yağ turşuları, pektinlə zəngindir. Bundan başqa bitkinin tərkibində dəmir, kalium, kalsium, maqnezium, sink, selen, yod kimi mineral maddələr də var.
Dərman gülxətmisi bəlğəmgətirici, öskürək əleyhinə , ağrıkəsici, yumşaldıcı, iltihab əleyhinə, bürüyücü təsir göstərir. Gülxətmi protektor bitki hesab olunur. Demək olar, bütün orqan sistemlərinə təsir göstərir.
Gülxətmi tərkibindəki polisaxaridlər hesabına həcmcə çoxalaraq selikli qişanın və dərinin səthini bürüyür. Gülxətmi uzun illərdən bəri akademik təbabətdə tənəffüs yolu xəstəliklərinin kompleks müalicəsində, əsasən də bronxit, göyöskürək, ağciyərlərin obstruktiv xəstəliyi, bronxopnevmoniya və traxeitdə geniş istifadə olunub.
Selikli komponentlərlə zəngin olduğu üçün bitkini zəyərəklə belə müqayisə edirlər. Bu selikli maddələr tənəffüs yollarının selikli qişasını bürüyür, iltihab nahiyələrini qıcıqlanmadan qoruyur. Bitki həmçinin xəstələrdə öskürəyi azaldır, zədələnmiş toxumaların bərpasını sürətləndirir, bəlğəmin xaric olmasını asanlaşdırır.
Bu o deməkdir ki, gülxətmi bəlğəmi durulaşdırmaqdan əlavə tənəffüs yollarında kirpikli epitelini ehtizaza gətirərək bəlğəmin rahat çıxarılmasını təmin edir.
Gülxətmi mədə-bağırsaq xəstəliklərində də faydalıdır. Bitki kökləri seliklə zəngin olduğu üçün mədə və bağırsaqların divarını bürüyür , onları qıdanın tərkibində olan qıcıqlandırıcı maddələrdən qoruyur. Gülxətmidən hazırlanan dərman preparatları ürək-damar sisteminin fəaliyyətini möhkəmləndirir.
Bitki profilaktik məqsədlə istifadə edildikdə də istənilən yaşda ürək-damar sistemi xəstəliklərinin inkişaf riskini azaldır. Antioksidant və iltihab əleyhinə xüsusiyyətləri hesabına damar divarını möhkəmləndirir, arterial təzyiqi normalaşdırır, həmçinin qastrit və xoranın müalicəsində geniş istifadə olunur.
Gülxətmi ekstraktı və cövhəri psoriaz və ekzema zamanı da effektlidir. Bitki bu xəstəliklərin inkişafının qarşısını alır, xəstələrdə simptomların intensivliyini azaldır. Gülxətmi dəmlənərək imalə şəklində diareya və dizenteriya zamanı da istifadə edilir.
Bitkinin tərkibində olan polisaxaridlər faqositlərin aktivliyini artırır, immun sistemin cavabını sürətləndirir. Bu bitki bağırsaq peristaltikasını artırır, iştahanı azaldır, insanda toxluq hissi yaradaraq arıqlamağa kömək edir. Kosmetologiyada bitkinin ekstraktı akne, kəpək və sızanaqlarda da istifadə olunur.
Şərbət gülxətmi hesabına antihistamin effekt verərək bronxlarda yaranmış spazmı, ödem və şişkinliyi azaldır, tutmaşəkilli öskürəyi aradan qaldırır. Uşaqdan böyüyə hər kəs tənəffüs yolu xəstəlikləri, traxeit, kəskin və xroniki bronxit və pnevmoniya zamanı kompleks müalicə ilə yanaşı Bronxonat şərbətini qəbul edə bilər. Tam təbii olduğu üçün öskürək aradan qalxana qədər uzun müddət istifadə oluna bilər.