Bitib
Stokda olanda mənə xəbər verin.Tərkibi: Çiyələk yarpaqlarının tərkibi B qrupunun vitaminləri, askorbin turşusu, karotinoidlər, üzvi turşular (limon, xin, alma), şəkərlər, efir yağlarının izləri, 2%-ə qədər flavonoidlər (əsasən rutin), aşı maddələri (9%-ə qədər), dəmir, manqan, kobalt və fosforun duzları ilə zəngindir.
İstifadə qaydası: Bir xörək qaşığı xammalın üzərinə l00 ml (1/2 stəkan) qaynar su tökülür, 5-10 dəq. qaynadılır, 2 saat dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 3-4 dəfə, hər dəfə 1 xörək qaşığı daxilə qəbul edilir. Dəmləməni sərin yerdə 2 sutkaya qədər saxlamaq olar.
Çiyələk yarpağı yüksək miqdarda kalsium, fosfor, dəmir, maqnezium, sink, mis, kalium, C, A və B qrupu vitaminləri ilə zəngindir. Bu faydalı bioloji komponentlər hesabına orqanizmə büzücü, immunostimulyator, neyrotrop, hipoqlikemik, İltihab əleyhinə, xərçəng əleyhinə, kardiotrop, həzm tənzimləyici təsir göstərir.
Çiyələk yarpağının tərkibində olan yüksək miqdarda C vitamini immun sistemi dəstəkləyərək xəstəliklərin qarşısını alır, tez sağalmanı təmin edir və xəstəliklərin tez-tez təkrarlanmasının qarşısını alır. B12 vitamini, fol turşusu və dəmir hesabına qan hüceyrələrinin yaranmasına kömək edir, anemiyanın qarşısını alır . Bu komponentlər orqanizmə həmçinin sakitləşdirici və yaddaş gücləndirici kimi təsir göstərir.
Tərkibində olan liflər (sellüloza) həzmi yaxşılaşdırır , həzm fermentlərini aktivləşdirərək qidanın asan parçalanmasına kömək edir. Xüsusi ilə çiyələk yarpaqlarının tərkibindəki tanin bağırsaqların selikli qişasına büzücü təsir göstərərək ishalı dayandırır , orqanizmdən maye itkisinin qarşısını alır. Həmçinin bürüyücü effekt verərək bağırsağın mənfəzində olan toksinlərin qana sorulmasının qarşısını alır .
Çiyələk yarpağı eyni zamanda bağırsaqlarda yaranmış iltihabi prosesləri söndürür, bağırsaq mikroflorasını normallaşdırır və su-duz balansını bərpa edir . İshal və qusma ilə müşayiət olunan bağırsaq xəstəliklərində bu bitkinin yarpaqları çox faydalıdır.
Çiyələk yarpağı dəmləməsinin müntəzəm qəbul edilməsi qanda trigliserid səviyyəsini aşağı salaraq ürək xəstəliklərinin qarşısını alır. Bitkinin yarpağının tərkibindəki antosianinlər orqanizmdə xolesterin səviyyəsini tarazlayaraq ürək-damar xəstəliklərindən və arterial hipertenziyadan qoruyur .
Çiyələk yarpağının tərkibində olan antioksidantlar beynin qavrama qabiliyyətinin artırır, sinir hüceyrələrinin məlumatı emal etmək və ötürmək xüsusiyyətlərini aktivləşdirir. Yaddaşı dəstəkləməklə Alsheymer kimi ciddi xəstəliklərin yaranmasının da qarşısını alır.
Çiyələk yarpaqlarının dəmləməsi hipoqlikemik təsir edir və qanda şəkərin səviyyəsini tənzimləyir. Əsasən tərkibindəki antosianinlər sayəsində bədəndə insulin ifrazını artırır , bununla qlükozanın bədən hüceyrələri tərəfindən mənimsənilməsini asanlaşdırır. Həmçinin toxuma və hüceyrələrin zədələnməsinin qarşısını alır, orqanizmi şiş və virus xəstəliklərindən qoruyur.
Yarpaqların tərkibində olan fitokimyəvi maddələr xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır və mövcud xərçəng hüceyrələrinin metastaz verərək yayılmasına və bölünərək çoxalmasına tormozlayıcı təsir göstərir.
Həzmin pozulması və ishal zamanı bu şərbətdən istifadə etməklə ishalın qarşısını almaq mümkündür.